Qəhrəman şəhər (; ; ) — Müharibələr zamanı müstəsna xidmət göstərmiş şəhərlərə verilən fəxri ad. Qəhrəman şəhər titulu əsasən SSRİ tərkibində olan şəhərlərə verilmişdir. İkinci Dünya müharibəsi dönəmində Üçüncü Reyxə qarşı aparılan hərbi əməliyyatlarda fərqlənmiş 12 şəhər və 1 qala bu titula layiq görülmüşdür. Qəhrəman şəhər titulu işğal olunmuş və sonrakı əməliyyatlarda geri qaytarılmış şəhərlərə verilirdi. Titul şəxslərə verilmiş Sovet İttifaqı Qəhrəmanı titulunun şəhərlərə verilən forması kimi də qəbul edilmişdir.

Nizamnaməyə əsasən qəhrəman elan edilən şəhərə Lenin ordeni ilə yanaşı Yüksək Sovet Prezidyumu təqdim edilirdi. Titula layiq görülmüş şəhərin mərkəzi meydanlarının birində Qəhramənlıq heykəli inşa edilməli idi. İkinci Dünya müharibəsindən sonra SSRİ-nin Leninqrad, Odessa, Sevastopol, Stalinqrad, Kiyev, Kerç, Moskva, Novorossiysk, Minsk, Tula, Murmansk, Smolensk şəhərləri və Brest qalası qəhrəman şəhər elan edilmişdir.

Tarixi

Qəhrəman şəhər termini ilk dəfə İkinci Dünya müharibəsi zamanı Şərq cəbhəsində Barbarossa əməliyyatı ilə Üçüncü Reyxin hücumlarına məruz qalan SSRİ mətbuatı tərəfindən işlədilmişdir. Pravda qəzetinin 1942-ci ildə nəşr edilən sayında nasistlərə qarşı aparılan mübarizədə sovet şəhərlərinin qəhrəmanlığından söhbət açılır. Rəsmi yazışmalarda isə ilk dəfə olaraq 1945-ci ilin 1 may tarixində İosif Stalin tərəfindən imzalanan 20 nömrəli əmrdə qəhrəman şəhər sözündən istifadə edilir.

İmzalanan əmrdə Leninqrad, Odessa, Sevastopol və Stalinqrad şəhərləri üçün top atışının həyata keçirilməsi tələb olunur. İlk qəhrəman şəhər titulu hal-hazırda Sankt-Peterburq olaraq adlandırılan Leninqrad şəhərinə verilmişdir. Şəhərlərin fəxri ada layiq görülməsi ardıcılığı isə aşağıdakı kimidir.

№ÖlkəQəhrəman şəhərElan edilmə tarixi1 Leninqrad (Sankt-Peterburq) 8 may - 19652 Odessa 8 may - 19653 Sevastopol 8 may - 19654 Stalinqrad (Volqoqrad) 8 may - 19655 Kiev8 may - 19656 Brest qalası (Qəhrəman qala)8 may - 19657 Moskva8 may - 19658 Kerç14 sentyabr - 19739Novorossiysk14 iyun - 197310 Minsk26 iyun - 197411 Tula7 dekabr - 197612 Murmansk6 may - 198513Smolensk6 may - 1985

Qalereya

Digər ölkələrdə olan bənzər titullar

Kateqoriya:Qəhrəman şəhərlər Kateqoriya:SSRİ-nin fəxri adları Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Rusiya şəhərləri