Prosper Merime (; ) — XIX əsr məşhur fransız yazıçısı, Fransa Akademiyasının üzvü.

Həyatı Yenilik tərəfdarı, XVIII əsr ideyaları ruhuna sadiq olan kimyaçı alim və rəssam Jan Fransua Leonor Merimenin ailəsində doğulmuş Prosper erkən yaşlarından özündə gözəl zövq və incəsənət sevgisini inkişaf etdirməyə başlamışdır. Parisdə hüquq elmləri kursunu bitirən gənc Prosper əvvəlcə iyul monarxiyası dövrünün nazirlərindən qraf d’Artunun katibi olmuş, sonralar isə Fransa tarixi abidələrinin baş inspektoru təyin edilmişdir. 1830-cu ildə İspaniyaya ilk səfəri zamanı o, qraf Teba və onun xanımı ilə tanış olmuşdur. Gələcək Fransa imperatriçası Yevgeniya qraf Tebanın qızı idi.

Fransada İkinci imperiya dövründə Merime qrafinya Montihonun ailəsinin köhnə dostlarından biri kimi Tüilrilərin sarayına yaxın adam hesab olunurdu. İmperatriça Yevgeniya və III Napoleon onunla dost idilər. 1853-cü ildə Merime senator dərəcəsi almışdır.

Ədəbiyyata gəlişi Merimenin ədəbiyyat sahəsində ilk addımı 20 yaşında yazdığı "Kromvel" tarixi dramıdır. Lakin müəllif bu əsərdən razı qalmadığına görə onu nəşr etdirməyib. 1825-ci ildə o, özünün bir neçə dramatik pyesini "Klara Qasul teatrı" başlığı altında nəşr etdirdi. Lakin mistifikasiyaları çox sevən müəllif ön sözdə qeyd edirdi ki, bu pyesləri ispancadan tərcümə edib və guya onların müəllifi səyyar truppanın naməlum aktrisasıdır. Hətta nəşrin bəzi nüsxələrinə həmin aktrisanın portreti də əlavə olunmuşdu. Əslində isə bu Merimenin qadın paltarında çəkdirdiyi öz şəkilləri idi.

Yaradıcılığı Prosper Merime realizm dövrünün novella ustadı hesab edilir. Bu novellalarda güclü və parlaq xarakterli, orijinal naturalar, yüksək hisslərə malik insanlar təcəssüm olunur. Bunlara "Karmen", "Kolomba", "Falkone" aiddir. Merime həm də pyeslər müəllifidir. Onun "Jakeriya" adlı pyes – xronikasında XVI əsrdəki kəndli hərəkatı təsvir edilir. Onun yeganə böyük romanı "IX Karl dövrünün xronikası" adlı əsəridir. Bu əsərdə o, Varfolomey gecəsinin hadisələrinin, katoliklərlə protestantların mübarizəsinin bədii təsvirini vermişdir.Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı, Sabah nəşriyyatı (2008), 2010, 876 səh.

Roman və povestləri Guzla () – 1827 Jakeriya () – 1828 Karvahal ailəsi () – 1828 IX Karlın hakimiyyətinin xronikası () – 1829 Matteo Falkone () – 1829 Tamanqo () – 1829 Toledo incisi () – 1829 Etrusk vazası () – 1830 Cəhənnəm sakinləri () – 1834 İlli Venera () – 1837 Jaklin () – 1839 İkili səhv () – 1839 Kolomba () – 1841 Karmen () – 1845 Lokis () – 1869

Ölümündən sonra çap olunan əsərləri Mavi otaq () – 1873 Son novellalar () – 1873 Naməlum qadına məktublar () – 1874 Digər naməlum qadına məktublar () – 1875

Maraqlı faktlar 1960-cı ildə Prosper Merimenin "Matteo Falkone" hekayəsi əsasında "Azərbaycanfilm" kinostudiyası eyniadlı film çəkmişdir.

Mənbə

Xarici keçidlər Prosper Merimenin əsərləri — Lib.ru

Kateqoriya:Fransa yazıçıları Kateqoriya:Fransa dramaturqları Kateqoriya:Fransız yazıçılar Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:Fransız ateistlər Kateqoriya:Romantisizm dövrü yazıçıları Kateqoriya:Dramlar Kateqoriya:Fransa arxeoloqları Kateqoriya:Fransa tərcüməçiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri