Oleq Sergeyeviç Stepko () — Ukraynaı, Azərbaycanı və Rusiya təmsil edən idman gimnastı, Avropa Çempionatının və Avropa Oyunlarının qalibi.

Karyerası Oleq Stepko 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 2 qızıl və 2 gümüş medalla başa vurdu. 2012-ci ildə isə Oleq Stepko Ukraynanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Komanda turnirində Oleq Stepko olimpiadanı beşinci pillədə başa vurdu.

2013-cü aprelində Oleq Stepko Rusiyada baş tutan Avropa Çempionatında parallel qollarda turnirin qızıl medalına sahib oldu. Həmin ilin iyulunda isə Oleq Stepko Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını bir gümüş və bir bürünc medalla başa vurdu.

2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Oleq Stepko Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ilin iyununda Oleq Stepko Birinci Avropa Oyunlarının 1 qızıl, 2 gümüş və 2 bürünc medalına sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Oleq Sergeyeviç Stepko "Şöhrət" ordeni ilə təltif edildi.

2015-ci ildə Oleq Stepko həm də Şotlandiyanın Qlazqo şəhərində baş tutan Dünya Çempionatında parallel qollarda turniri bürünc medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Bu medal həm də Azərbaycan idmanında idman gimnastlarının Dünya Çempionatında sahib olduğu birinci medal idi.

Oleq Stepko Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Ümumi nəticədə Oleq Stepko təsnifat mərhələsini 86.208 balla 20-ci pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində isə Oleq Stepko 78.082 balla olimpiadanı 22-ci pillədə başa vurdu.

Daha sonra Oleq Stepko 2017-ci ildə Azərbaycan yığmasından imtina etdi və Rusiya yığmasının heyətində beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı.

İstinadlar

Kateqoriya:Ukraynanın idman gimnastları Kateqoriya:Ukraynanın olimpiya gimnastları Kateqoriya:Azərbaycanın idman gimnastları Kateqoriya:Azərbaycanın olimpiya gimnastları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2015 Avropa Oyunlarında gimnastlar Kateqoriya:2015 Avropa Oyunlarında qızıl medal qazananlar Kateqoriya:2015 Avropa Oyunlarında gümüş medal qazananlar Kateqoriya:2015 Avropa Oyunlarında bürünc medal qazananlar Kateqoriya:Azərbaycanın Ukraynadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Ukraynadan Azərbaycana mühacirət edənlər Kateqoriya:Avropa Oyunlarının bürünc medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Avropa Oyunlarının gümüş medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Avropa Oyunlarının qızıl medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycandan Rusiyaya mühacirət edənlər Kateqoriya:2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər