Bhopal — Orta Hindistanda şəhər. Madhya-Pradeş ştatının inzibati mərkəzi. Əhalisi 2006-cı ildə 1643 min nəfər olub. İki süni gölün sahillərində yerləşir. D.y. qovşağı. Aeroport. Şəhər haqqında ilk məlumatlar 11 əsrin əvvəllərinə aiddir; 18 əsrin birinci rübündən eyniadlı sultanlığın paytaxtı kimi tanınmışdır. Məscidlər (Tac ül-məscid,Came məscidi, Mirvari məscid); Dövlət arxeologiya muzeyi, İ. Qandi ad. Bəşəriyyət Milli Muzeyi fəaliyyət göstərir. Un-t (1970), tibb, mühəndislik, meşə təsərrüfatı kollecləri və s. var. Ağır energetika avadanlığı dövlət zavodu, kimya, pambıq parça, yeyinti sənayesi müəssisələri fəaliyyət göstərir; metal emal edilir. Kustar üsulla parça və zər gərlik məmulatları istehsal olunur. “Yunion Karbayd” korporasiyasının pestisidlər istehsal edən zavodunda 1984 ildə zəhərli qaz sızması nəticəsində 3800-dən çox insan həlak olmuş, təqribən 200 min nəfər zərər çəkmişdir. thumb|Tac ül-məscid
İstinad
İstinadlar
Kateqoriya:Hindistan şəhərləri Kateqoriya:Hindistanın milyon nəfərdən çox əhalisi olan şəhərləri