Alvaro Borxa Morata Martin (, ) — İtalyanın Yuventus komandası və İspaniya milli futbol komandasının heyətində hücumçu kimi çıxış edən peşəkar ispan futbolçusu.
Karyerasına Real Madrid heyətində başlayan Morata 2010-cu ilin sonlarında Real Madridin əsas heyətində oynamağa başlamış, 52 rəsmi oyunda (11 qol), o cümlədən Real Madridin qalib gəldiyi 2014 Çempionlar Liqası final oyununda iştirak etmişdir. İlk mövsümündə qızıl dubl qazanan Morata 2014-cü ildə €20 milyona Yuventus klubunun heyətinə keçmişdir. 2016-cı ildə €30 milyon qarşılığında Yuventusdan Real Madrid FK-na transfer edilmişdir.
Moratanın Gənclərdən ibarət İspaniya milli futbol komandasında 34 iştirakı ölkənin 2013-cü ildə Gənclərdən ibarət komandaların Avropa Futbol Çempionatında qalib gəlməsinə kömək etmişdir. Moratanın əsas milli komandada debütü 2014-cü ildə baş tutmuşdur.
Klub karyerası
Real Madrid 180px|thumbnail|left|Morata 2010-cu ildə Real Madridin heyətində məşq edərkən. Madriddə doğulmuş Morata 2008-ci ildə qonşu Getafe komandasından Real Madridə keçmiş, iki il sonra formalaşmasını tamamlayan Morata kiçik yaşlarından Real Madrid C komandasında çıxış etməyə başlamışdır.Un año inolvidable para Morata (An unforgettable year for Morata) ; Real Madrid, 5 noyabr 2015 Yuvenil A-da 34 qolla nəticələnmiş uğurlu mövsümdənUna generación para la historia (A generation to make history) ; Marca, 5 oktyabr 2015 sonra 2010-cu ilin iyulunda Morata Real Madrid Kastiliyaya götürülmüş, ilk komanda məşqçisi Xose Maurinyo oyunçunu dörd komanda yoldaşı ilə birlikdə ABŞ turuna aparmışdır.At the gates of the first team ; Real Madrid, 5 oktyabr 2015
15 avqust 2010-cu ildə Morata Alkorkon komandasına qarşı yoldaşlıq oyununda Kastiliyanın tərkibində debüt edən Morata oyunun yeganə qolunu vurmuşdur.El Alcorcón cae ante un buen Real Madrid Castilla (Alcorcón loses against a good Real Madrid Castilla) ; Marca, 5 noyabr 2015 29 avqustda Koruxo komandasına qarşı keçirilmiş və 3–2 qələbə ilə başa çatmış oyunla Üçüncü diviziyada debüt etmiş Morata, ilk rəsmi qolunu 31 oktyabrda Alkala komandasına qarşı keçirilmiş və 1–1 hesabı ilə başa çatmış oyunda vurmuşdur.3–2: Primeros tres puntos para el Castilla (3–2: First three points for Castilla) ; Real Madrid, 5 noyabr 2015
12 dekabr 2010-cu ildə La Liqa çərçivəsində Real Saraqosa komandasına qarşı keçirilmiş və Real Madridin 3–1 hesablı qələbəsi ilə başa çatmış oyunun 88-ci dəqiqəsində Anxel Di Mariyanın əvəzlənməsi ilə meydana çıxan Morata əsas komanda heyətində debütünü etmişdir.Madrid claim Zaragoza triumph ; ESPN Soccernet, 5 noyabr 2015 On gün sonra son dəqiqələrdə meydana çıxan Morata İspaniya Kral Kubokunda debütünü etmişdir. 2011-ci ilin yanvarında Qonsalo İquainin zədələnməsindən sonra, İspaniya mediası əsas heyətdə onun Morata ilə əvəzlənməsini təklif etmişdir. Lakin, Maurinyo "O, hələ Real Madridin əsas heyətində çıxış etməyə hazır deyil. Çünki hələ böyüməli və formalaşmasını Kastiliyada başa çatdırmalıdır""No tengo esperanzas de que se fiche un delantero" ("I have no hopes about signing a new striker") ; Diario AS, 5 noyabr 2015 deyərək bu təklifdən imtina etmiş, həmin dövrdə ehtiyat heyətdə saxlanan Morata beş qol vurmuşduEspecial Real Madrid: Estas son las joyas de La Fábrica que persigue la Premier (Real Madrid special: These are the jewels of "La Fábrica" chased by the Premier League) ; Goal.com, 5 noyabr 2015 , Emmanuel Adebayorla isə əsas heyətin hücumçusu kimi müqavilə bağlanmışdı.
13 fevral 2011-ci ildə Deportivo La-Korunya B komandasına qarşı keçirilən və 7–1 hesablı qələbə ilə nəticələnən oyunda Morata karyerasının ilk het-trikini həyata keçirmişdir.Morata hace un 'hat trick' en el 7–1 del Castilla (Morata does a hat trick in Castilla's 7–1) ; Marca, 6 noyabr 2015 O, ilk mövsümünü 14 qolla başa vurmuş, Xoselu ilə yanaşı yadda qalmışdır, lakin, Kastiliya pleyoff mərhələsindən keçə bilməmişdir.
Morata Realın əsas heyətində ilk rəsmi qolunu 11 noyabr 2012-ci ildə, Levante komandasına qarşı keçirilmiş və 2–1 hesabı ilə nəticələnmiş oyunun 83-cü dəqiqəsində meydana çıxdıqdan sonra vurmuşdur.Morata earns Madrid the win ; ESPN Soccernet, 6 noyabr 2015 Evdə ilk rəsmi qolunu 17 fevralda Rayo Valyekano komandasına qarşı keçirilən oyunda, oyunun başlamasından üç dəqiqə sonra vuran Morata, ilk yarıdan sonra meydançadan çıxarılmışdır ki, Serxio Ramosun cəzalandırılmasından sonra Raul Albiolun meydana buraxılmasına şərait yaradılsın.Real claim derby spoils ; ESPN FC, 6 noyabr 2015 thumb|right|Morata 2013-cü ildə Kastiliya heyəti ilə qələbə qeyd edərkən. 2 mart 2013-cü ildə Barselona komandasına qarşı keçirilmiş El Klasiko oyununda 90 dəqiqə meydanda saxlanan Morata Kərim Benzemanın asisti kimi oynamış, oyun 2–1 hesablı qələbə ilə başa çatmışdır. Oyun ərzində onun bir neçə dəfə özünü göstərmək imkanı olmuşdur.Ramos heads late winner ; ESPN FC, 6 noyabr 2015
2013–14 mövsümündə Morata, Karlo Ançelottinin rəhbərliyi ilə məşq edən əsas heyətin daimi üzvü kimi çıxış edir. 18 mart 2014-cü ildə Morata Santyaqo Bernabeu stadionunda Şalke 04 komandasına qarşı keçirilən və 3–1 hesablı qələbə ilə başa çatan oyun zamanı UEFA Çempionlar Liqası çərçivəsində ilk qolunu vurur. 17 mayda 2013–14 La Liqa mövsümünün RCD Espanyol komandasına qarşı keçirilmiş son oyununda iki son qolunu vuran Morata Real Madridin 3–1 hesablı qələbəsini təmin etmiş, həmçinin Çempionlar Liqasının finalında Atletiko Madrid komandasına qarşı keçirilmiş oyunda iştirak edərək, Benzemanı əvəzləmiş, son on dəqiqədə və əlavə vaxtda meydanda olmuşdur.
Yuventus 19 iyul 2014-cü ildə Yuventus futbol klubu Moratanın transferi haqqında razılaşma əldə etdiyini açıqlamışdı. €20 milyon dəyəri olan razılaşma beş il müddətinə nəzərdə tutulmuş və Real Madridin gələcəkdə Moratanı yenidən geri ala biləcəyi qeyd edilmişdi. Morata İtaliya A Seriyasında 13 sentyabrda Udineze klubuna qarşı oynanılmış və 2–0 hesabı ilə başa çatmış oyunun sonunda Fernando Llorenteni əvəzləməklə debüt etmişdir. İki həftə sonra Atalanta komandasına qarşı oynanılmış və 3–0 hesabı ilə başa çatmış oyunda yenidən meydana çıxan Morata yeni komandanın formasında ilk qolunu vurmuşdur.
5 oktyabr 2014-cü ildə Roma komandasına qarşı keçirilmiş oyunda meydana çıxan Morata Kostas Manolasa qarşı qayda pozuntusuna görə meydançadan çıxarılmışdır. Yuve bu ev görüşündə 3–2 hesabı ilə qalib gəlmişdi. 9 noyabrda Parma komandasına qarşı keçirilmiş oyunda əvəzlədiyi Llorente ilə birlikdə komandasının 7–0 hesablı qələbəsinə kömək edən Morata iki qol vurmuşdur. 22 dekabrda Dohada Napoli komandasına qarşı keçirilən İtaliya Superkuboku oyununun son on dəqiqəsində meydana çıxan Morata 11 metrlik cərimə zərbəsini həyata keçirsə də, Yuventus bu oyunda 5–6 hesabı ilə məğlub olmuşdur.
28 yanvar 2015-ci ildə İtaliya Kuboku çərçivəsində Parma kkomandasına qarşı Ennio Tardini stadionunda keçirilmiş oyunun son 13 dəqiqəsində meydana çıxan Morata qarşılaşmanın yeganə qolunu vuraraq komandasının yarımfinala çıxmasını təmin etmişdir. Növbəti ay Borussiya Dortmund komandasına qarşı UEFA Çempionlar Liqası çərçivəsində keçirilmiş və Yuventusun 2–1 hesablı qələbəsi ilə nəticələnmiş oyunun 43-cü dəqiqəsində meydana çıxan Morata topa ilk toxunuşu ilə qol vurmuş, Siqnal İduna Park stadionunda keçirilən cavab qarşılaşması zamanı da meydana çıxaraq komandasının 3–0 hesablı qələbəsinə kömək etmişdir.
7 aprel 2015-ci ildə İtaliya Kuboku çərçivəsində Fiorentina komandasına qarşı keçirilmiş və Yuventusun qələbəsi ilə bitmiş oyunda Alessandro Dyamantiyə qarşı qayda pozuntusuna yol verdiyinə görə Morata meydançadan çıxarılmış, buna görə də final oyununu buraxmalı olmuşdur. Bir həftə sonra, Monako komandasına qarşı keçirilmiş Çempionlar Liqasının dörddə bir final oyununda Morata 11 metrlik cərimə zərbəsi qazanmış, Arturo Vidalın bu cərimə zərbəsini uğurla yerinə yetirməsi ilə Yuventusun 1–0 hesablı qələbəsi təmin edilmişdir. Əvvəlki komandası Real Madridə qarşı oynanılan yarımfinalın ilk qarşılaşmasında Morata səkkizinci dəqiqədə rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratmış, oyun isə Yuventusun 2–1 hesablı qələbəsi ilə başa çatmışdır. Cavab qarşılaşmasında da Morata uğurlu çıxış etmişdir. 6 iyunda Barselona komandasına qarşı keçirilmiş 2015 UEFA Çempionlar Liqasının final oyununda Morata bir bərabərlik qolu vursa da, yekun nəticədə Yuventus 1–3 hesabı ilə məğlub olmuşdur.
2015-ci il avqustun əvvəllərində məşq zamanı sol ayağı əzələlərində zədələnmə baş verdiyinə görə Morata bir ay müddətinə oyunlardan uzaqlaşdırılmış və buna görə də 2015 İtaliya Superkubokunda iştirak etməmişdir. Yenidən oyuna qayıtdıqdan sonra Çempionlar Liqasının qrup mərhələsində 15 sentyabrda Mançester Siti komandasına qarşı keçirilmiş və Yuventusun 2–1 hesablı qələbəsi ilə nəticələnmiş oyunda Morata 85 dəqiqə iştirak etmişdir. 30 sentyabrda Yuventus stadionunda Sevilya komandasına qarşı keçirilmiş və Yuventusun 2–0 hesablı qələbəsi ilə nəticələnmiş oyunda qol vuran Morata, komandasının qalib gəlməsinə kömək etmişdir. Bu nəticə ilə o, Alessandro Del Pyeronun rekordunu təkrarlamış, 24 noyabrda isə UEFA İlin Komandası mükafatına nominant göstərilmişdir.
10 dekabr 2015-ci ildə Morata 2020-ci ilə kimi Yuventus heyətində qalmaq üçün müqaviləsini uzadan yeni müqavilə imzalamış, 20 mart 2016-cı ildə Derbi della Mole çərçivəsində Turin F.K. qarşı oyunda meydana çıxaraq iki qol vurmuş və nəticədə Yuventus 4–1 hesabı ilə qalib gəlmişdir. 21 may 2016-cı ildə Romadakı Olimpiya stadionunda İtaliya Kuboku uğrunda Yuventus və Milan arasında keçirilən final qarşılaşmasında, əlavə vaxtın 110-cu dəqiqəsində meydana çıxan Morta Yuventusa qələbə gətirmiş oyunun yeganə qolunu vurmuşdur.
Real Madridə qayıdışı 21 iyun 2016-cı ildə €30 milyon qarşılığında Yuventusdan Real Madrid FK-na transfer edilmişdir.
Beynəlxalq karyerası 170px|thumbnail|left|Morata 19 yaşlılardan ibarət İspaniya Milli Futbol Komandasının heyətində çıxış edərkən 17 yaşlılardan ibarət İspaniya Milli Futbol Komandasına Nigeriyada keçirilən 2009 FIFA Dünya Kuboku üçün dəvət edilən Morata iki qol vurmuşdur. Bunun ardınca 19 yaşlılardan ibarət İspaniya Milli Futbol Komandasına dəvət edilənConvocatoria Torneo Internacional de Japón Sub-19 ; Royal Spanish Football Federation, 12 noyabr 2015 Morata Yaponiya Beynəlxalq Turnirində komandanın ev sahiblərindən sonra ikinci yerdə qərarlaşmasına kömək etmişdir.La Sub-19 gana y se adjudica el segundo puesto ; Royal Spanish Football Federation, 12 noyabr 2015
2011 UEFA Avropa Çempionatında iştirak edən 19 yaşlılardan ibarət İspaniya Milli Futbol Komandasına dəvət edilən Morata, Rumıniyada keçirilən yarışma zamanı altı qol vuraraq komandasının qalib gəlməsinə kömək etmiş, onun nəticəsi isə yarışma daxilində göstərilmiş ən yüksək nəticə kimi qeydiyyata alınmışdır.Spain's Morata takes U19 scoring plaudits UEFA.com, 12 noyabr 2015 Morata 21 yaşlılardan ibarət İspaniya Milli Futbol Komandasında debütünü İsraildə keçirilmiş 2013 UEFA Avropa Çempionatında etmişdir. Rusiya və Almaniyaya qarşı keçirilmiş ilk iki oyunda vacib rol oynayan Morata hər iki oyunda müvafiq olaraq 82 və 86-cı dəqiqələrdə qol vurmuşdur.Morata late show gives Spain winning start ; UEFA.com, 12 noyabr 2015Morata sends Spain through as Germany crash out ; UEFA.com, 12 noyabr 2015 Morata qrup oyunlarını həm özü, həm də komandası üçün gözəl nəticə ilə yekunlaşdıraraqSpain beat Netherlands to top Group B ; UEFA.com, 12 noyabr 2015 Niderlanda qarşı keçirilmiş oyundan (3–0) sonra yarışmanın ən yaxşı bombardiri elan edilmişdir.Morata wins Golden Boot in Spanish clean sweep ; UEFA.com, 12 noyabr 2015
7 noyabr 2014-cü ildə İspaniya milli futbol komandasının məşqçisi Visente del Boske Belarus və Almaniyaya qarşı keçiriləcək oyunlarda iştirak etmək üçün Moratanı əsas komanda heyətinə dəvət etdir. Morata, UEFA Avropa Çempionatı 2016 Seçmə mərhələsində Huelvada İskonu oyunun son on dəqiqəsində əvəz etməklə debüt edir. 27 mart 2015-ci ildə Sevilyada Ukrayna komandasına qarşı keçirilmiş oyunda Morata ilk beynəlxalq qolunu vurmuşdur.
Oyun üslubu