Kəmər — Türkiyə Respublikası Antalya əyalətində rayon. Aralıq dənizi sahilində, Antalya əyalət mərkəzindən 40 km uzaqlıqda yerləşir. 1980-cı ildən etibarən sürətlə inkişaf edən Kəmər bölgəsi 1991-ci ildə rayon adı aldı və ölkə turizminin mühüm mərkəzlərindən birinə çevrildi. Rayonun şimalında Konyaaltı rayonu, qərbində və cənub-qərbində Kumluca rayonu, cənubunda, cənub-şərqində və şərqində isə Aralıq dənizi yerləşir

Adlandırılması XX əsrin 10-cu illərində Köhnə kənd (Eski köy) xalqı, kəndi sellərdən qorumaq məqsədi ilə dağın ətəklərində 23 km uzunluğunda bənd hörmüşlər. Sonralar bu divara görə kəndi Kəmər adlandırmışlarKemer hakkında Kəmər Belediyesi

Tarixi Kəmər rayonunun tarixi E.ə. 690-cı ilə dayanır. Tarixi Likiya şəhərləri olan Faselis, Olimpos, İdyros Kəmər rayonu ərazisində yerləşir. E.ə. 690-cı ildə Rodos kralı I Oleios tərəfindən Faselis şəhərinin əsası qoyuldu. Şəhərin qalıqları bu gündə qalmaqdadır. Rayon ərazisində mövcud olan digər antik şəhər olan Olimposun əsası E.ə. II əsrdə qoyulub. Mərkəzdən 25 km uzaqlıqda olan şəhər E.ə. 78-ci ildə Romalıların əlinə keçmişdir. Gedelma kilsəsi Roma dövründən qalmışdır. Rayon mərkəzində olan İdyros (İdropolis) şəhərinin qalıqlıqlarına əsasən şəhərin dənizçilik və ticarət mərkəzi olduğu müəyyən edilir.

Kəmər rayonu XII əsrdə Türklərin əlinə keçmişdir. XX əsrin əvvəllərində rayona köçərilər gəlməyə başlaçışdır. 1968-cı ildə Kəmər kənd, 1986-cı ildə isə qəsəbə adını almışdı. 20 may 1990-cı il tarixli 3644 saylı qanunla Kəmər rayon adı verilmişdir. 26 avqust 1991-ci ildə Kemer Kaymakamlığı qurulmuşdur.Kemer ilçesi tarihi T.C. Kemer Kaymakamlığı

Coğrafiyası 200px|thumb|right|Kemer rayonunun Antalya əyalətindəki mövqeyi Kəmər rayonu Antalyanın 43 km qərbində yerləşir. Rayon Qərbi Toros dağlarının ətəklərində 46 km uzunluğundakı sahil xəttində yerləşir. Şərqində Aralıq dənizi, qərbində meşə və dağlarla əhatələnmiş rayonun sahəsi 53.483 km²-dir. Rayonun 45 000 hektarlıq ərazisi meşə ilə örtülmüşdür. Rayonun iqlimi yaz aylarında isti və quraq, qış aylarında isə sərin və yağışlı keçir. Rayonun ən yüksək yeri 15 m-dir.Kemer ilçesi Coğrafiyası T.C. Kemer Kaymakamlığı

Əhalisi Kəmər rayonu əhalisi son 5 ildə artmaqda davam edir. Belə ki, 2010-cu il statistikasına əsasən rayon əhalisinin sayı 36 010 nəfər2010-cu il statistikası Türkiyə Statistika Komitəsi idisə bu rəqəm 2012-ci ildə 41 268 nəfər2012-ci il statistikası Türkiyə Statistika Komitəsi olmuşdur. Son 2014-cu il statistikasına əsasən isə rayon əhalisi 2013-cü il statistikasına nisbətən azalma baş vermişdir. Belə ki, rayon əhalisi 42 421 nəfərdən2013-cü il statistikası Türkiyə Statistika Komitəsi 41 621 nəfərə2014-cü il statistikası Türkiyə Statistika Komitəsi enmişdir. Turizm Rayon 1980-cı illərdə tətbiq edilən Cənubi Antalya Turizm layihəsi ilə mühüm turizm mərkəzlərindən birinə çevrilmişdir. Rayon tarixi Likiya şəhərləri olan Olimpos, Faselis və İdyros şəhərlərini özündə birləşdirməklə yanaşı Türkiyə turizminində mühüm yerə malik Likiya yolu üstündə yerləşir. Likiya yolu istiqamətində səfərə çıxdığımız zaman Kəmər rayonunda yerləşən Faselis və Olimpos antik şəhərləri ziyarət edilən mühüm bölgələrdəndir.

Qardaşlaşmış şəhərlər Lapta, ŞKTC Kalampaka, Yunanıstan Pleszew, Polşa Şvabax, Almaniya Krasnovorod, Rusiya Federasiyası Ximki, Rusiya Federasiyası Yuznı, Ukrayna Yoşkarola, Marı-El Muxtar Respublikas, Rusiya Federasiyası Sıktıvkar, Komi Muxtar Respublikası, Rusiya FederasiyasıKardeş şehirler Kemer Belediyesi

Həmçinin bax Faselis İdyros Olimpos Likiya yolu İstinadlar

Kateqoriya:Antalya ili Kateqoriya:Türkiyənin ilçələri Kateqoriya:Türkiyənin sahilyanı yaşayış məntəqələri