Masallı şəhər stadionu və ya əvvəlki rəsmi adı ilə Anatoli Banişevski adına stadion — Masallı şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu əvvəllər 7,500 nəfər olubWorld Stadiums — Stadiums in Azerbaijan (Dünya Stadionları — Azərbaycanda Stadionlar) . Viləş PFK ev oyunlarını bu stadionda keçirir.

Stadion 2012-ci ildən Mübariz Mənsimovun rəhbəri olduğu Palmaliyə məxsus idi. 2014-cü ildən stadionda təmir məqsədli söküntü işləri başlasa da, sonradan işlər yarımçıq qalıb.

2025-ci ilin sonlarında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə Xidmətinin sabiq rəisi, istefada olan polkovnik, yerli iş adamı Səxavəddin Sadıqov 3 hektar 72 sot stadion ərazisini 400 min manatdan artıq qiymətə Mübariz Mənsimovun qardaşı Mais Mənsimovdan satın alıb.

Hazırda stadion tamaşaçı oturacaqları olmadan fəaliyyət göstərir.

İstinadlar

Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:Masallı rayonunda idman