Tatarıstan tarixi — Tatarıstanın keçmişi.
Ən qədim tarix
Volqa Bulqarıstanı
Əvvəllər qrup halında yaşayan bulqarlarda hər qrupun bir hökmdarı olurdu, lakin IX əsrdən bulqarlar bir dövlət ətrafında birləşməyə başladılar. Bu qruplar bunlardır : Bulqar, Suvar, Barzula, İskil.
Bulqar dövləti 965-ci ilədək Xəzər xaqanlığından asılı vəziyyətə idi və vergi verirdi. Xəzər xaqanlığının devrilməsindən sonra müstəqilləşən bulqarlar 985-ci ildə Kiyev-Rus dövlətinin hücumuna məruz qalır, lakin ruslar tezliklə ərazini tərk edirlər. 1006-cı ildə bulqarlarla ruslar arasında ticarət müqaviləsi imzalanır.
Rusların bulqarlara qarşı mənfi münasibətinə baxmayaraq 1024-cü ildə Suzdal knyazlığında aclıq baş verərkən bulqarlar ruslara yardım göstərirlər. Yeri gəlmişkən qeyd edək ki, bulqarlar bərəkətli torpaqlarda məskunlaşdıqlarından oturaq həyat tərzi sürürdülər, əkinçilik (ağ darı, buğda və arpa əkirdilər), heyvandarlıq, zərgərlik, dəriçilik və kürkçülüklə məşğul olurdular. Xəzər və Aral gölü dənizləri ətrafı, Xarəzm, İran, Misir, Türküstan və hətta Şimal Buzlu okean əraziləri ilə ticarət edirdilər. Ticarətlərinin əsasını müxtəlif kürk və dəri, silahlar, bal və fındıq təşkil edirdi. "Bulqari" adlanan dəri və çəkmələr daha çox məşhur idi. Bulqarların kürk istehsalı bu ticarətlə məşğul olan digər xalq olan ruslarla münaqişələrə səbəb olurdu. Məhz bu səbəbdən XI–XIII əsrlərdə ruslarla savaşlar aparılır.
İdil-Bulqar şəhərləri bunlardır: Suvar, Osal, Tetiş, Cuke-tav, Züye, Kaşan, Kermencük, Kazan. Paytaxt Bulqar şəhəri IX–XII əsrlərdə Şərqi Avropanın ən mühüm ticarət mərkəzlərindən idi. Bu mərkəz indiki Kazan şəhərindən 115 km cənubda yerləşirdi. Şəhərin ən məşhur sarayları "Ağ saray" və "Qara saray" adlanan tikililərdir. İdil-bulqarları qərbdə burtaslarla və ruslarla, şərqdə başqurdlarla həmsərhəd olublar. İdil çayının adının Hun xaqanı Attilanın ismindən götürüldüyü qeyd olunur. Bulqarların nəsli hesab edilən çuvaşlar "Adıl" adlandırırlar. Digər türk xalqları tərəfindən Atil, Etil, İtil və İdil kimi tələffüz olunur. Valday yaylasından başlayan İdil çayı Şupaşkar, Qorki, Kazan, Kuybişev, Volqoqrad və Astarxandan keçərək Xəzər dənizinə tökülür.
Volqa bulqarları haqqında əsas məlumatları İbn Fədlan "Səfərnamə" əsərində veribdir. "Səfərnamə"də qeyd edilir ki, Bulqar xanı Şelkey oğlu Almış islami bilgilər əldə etmək üçün xəzər türklərindən Baştonun rəhbərliyi ilə xəlifə əl-Müqtədirə elçi göndərir.(920) 922-ci ilin mayın 12-də İbn Fədlanın başçılığı ilə Xilafətdən islam alimlər və inşaatçılar Bulqar şəhərinə ayaq basırlar. Saraydakı görüşdə Almış xan xəlifənin şərəfinə 3 dəfə bal şərabı içir. Fədlan Almış xanın islama səmimiyyətlə inandığını və onun "Allahım, bulqar xanı Yaltavarı islah et" duasını etdiyini qeyd edir. İslamdan əvvəlki bir sıra adətlər saxlanılsa da, yeni dinin ritualları ciddi şəkildə yerinə yetirilirdi. Hətta sübh namazını vaxtında qılmaq üçün gecələr oyaq qalınırdı. İbn Fədlan bu səyahəti əsnasına bulqarlarla yanaşı oğuzlar, xəzərlər, başqurdlar, slavlar haqqında dəyərli məlumatlar verir. Özünə Cəfər adını götürən Almış 944-də oğlu Əhmədi həccə göndərir və eyni zamanda xəlifəyə dəyərli hədiyyələr və bayraq ərmağan edir.
İdil-Bulqar dövləti islamı dövlət dini edən ilk türk dövləti olur. Almış xan isə İslamı qəbul edən ilk türk hökmdarlarından biri kimi tarixə keçir.
Xanlıqda eltəbər, buyruq, tudun kimi vəzifələr mövcud olubdur.
Çuçi ulusu
Tatar-Moğolların birgə qurduğu Böyük Türk Moğol İmperatorluğunun qurucusu, əslən monqol olan Çingiz xanın 1227-ci ildə ölümündən sonra dövlət onun dörd oğlu tərəfindən idarə olunmuşdur. İmperatorluğun güclü dövrlərində Çingiz oğulları mərkəzi hakimiyyətə sədaqətlə bağlı olmuş, hakim olduqları ölkələri bir vali kimi idarə etmiş, lakin mərkəzi hakimiyyət zəiflədikdən sonra imperatorluq dörd böyük hissəyə ayrılmışdır.Хеллер К. Золотая Орда и торговля с Западом // Источниковедение истории Улуса Джучи (Золотой Орды). От Калки до Астрахани. 1223–1556. Казань, 2001.-С. 111–128.
Çin və Monqolustan Çingizin kiçik oğlu Toluydan olan nəvəsi Kubilay, Azərbaycan, Persistan və ətrafları yenə də Toluydan olan nəvəsi Hülakü, Türküstan ortancıl oğlu Cağatay oğulları, Şərqi Avropa və Quzey Türküstan isə bundan öncəki yazımızda da qeyd etdiyimiz kimi, böyük oğlu Cuci oğullarından Batı xan tərəfindən idarə olunmuşdu.Историческая география Золотой Орды в XIII–XIV вв. Автор: В. Л. Егоров Издательство: Либроком Год: 2009.
Cuci atası Çingiz xandan altı ay əvvəl öldüyündən, Çingiz xan onun yerinə Cucinin ikinci oğlu, ən çox sevdiyi və ümüd bəslədiyi Batı xanı təyin etmişdi.Султанов Т.И. Чингиз-хан и Чингизиды. Судьба и власть. М.: ACT, 2006.-445 с. Batı xan babası Çingiz xanın bu ümüdünü şərəflə doğrultmuşdur. Belə ki, Batı xan babasına verdiyi sözə əməl edərək Quzey Qara dəniz bölgələrini və Şərqi Avropanı işğal edərək Xəzər dənizi və Aral gölünün ətraflarını da öz Qızıl Orda dövlətinə qataraq rus knyazlıqlarının siyasi varlıqlarını ortadan qaldırmaqla Böyük Türk Moğol İmperatorluğu içərisində yeni bir imperatorluq qurmuşdu. Ümumiyyətlə, Qızıl Orda da daxil Böyük Türk Moğol İmperatorluğunun bəşər tarixinə ən böyük xidməti qitələrarası münasibətlər (Avro-Asiya) yaratmasıdırsa, türk dünyasına ən böyük xidməti türk boylarını bir araya gətirərək türk dünyasını bir mərkəz ətrafında birləşdirməsi, türk qövmlərinin bir-biri ilə qaynayıb-qarışmasını təmin etməsidir. Daha dəqiq desək, bu nəhəng imperatorluq sayəsində imperatorluğa daxil olan ərazilərə yeni bir türk ruhu, türk nəfəsi gətirmişdir. Çox təəssüflər olsun ki, Azərbaycan və hətta son dövrlərə qədər Türkiyə tarixşünaslığı tarixi türk düşmənlərinin əsrlər boyu türklərin əleyhinə yazdıqları tarixi cızma-qaraların təsirinə düşərək türklüyə əvəzsiz xidmət etmiş bu müəzzəm imperatorluğu və onun qurucu və yaradıcılarını aşağılamağa çalışmışlar. Biz əminik ki, gec-tez haqq öz yerini tapacaq, türk dünyası öz tarixi keçmişinə yenidən qayıdacaq, onu yenidən tədqiq edəcək. Və araşdırdıqca da öz böyüklüyünü bir daha dərk edəcək, həqiqətləri ortaya çıxaracaq, öz keçmişinə sahib çıxacaq. Bundan öncəki yazımızda da qeyd etdiyimiz kimi, Qızıl Orda Türk Moğol İmperatorluğunda baş verən bir sıra amillər sonda onu çökdürdü və yerində kiçik xanlıqlar yarandı.Федоров-Давыдов Г.А. Общественный строй Золотой Орды. М.: Наука, 1973.-180 с.
Bu xanlıqlardan biri də Qazan Xanlığıdır. Qədim Türk-Bulqar xaqanlığının torpaqları üzərində qurulan Qazan xanlığının yaradıcısı Cəlaləddin bin Toxtamışın oğlu Qızıl Orda hökmdarlarından olan Uluğ Məhəmməd Xandır. Uluğ Məhəmməd Xan Suzdal knyazlığını məğlub edərək, Moskva knyazlığını da özünə tabe etdi və Oka çayı sahilindəki Xankirman şəhərini mərkəz edərək oğlu Qasımın idarəçiliyində bir bəylik qurdu. Sonradan bu bəylik "Qasım Xanlığı" (1445–1681) adı ilə 1681-ci ilə qədər öz mövcudluğunu qoruyub saxladı. Lakin Uluğ Məhəmmədin 1445-ci ildə qəflətən ölməsi onun Qızıl Ordanın digər bölgələrini birləşdirmək planının həyata keçməsinə mane oldu. Uluğ Məhəmməddən sonra oğlu Mahmud, ondan sonra Mahmudun oğlu Xəlil, Xəlildən sonra qardaşı İbrahim taxta çıxmışlarsa da elə bir önəmli uğur qazana bilməmişlər. Ümumiyyətlə, 115 illik Qazan Xanlığı tarixində on doqquz dəfə xan dəyişikliyi olmuş, nəticədə dövlət iç mücadilələrin və taxt qovğalarının təsiri ilə zəifləməyə başlamış və bundan istifadə edən Moskva çarı IV İvan 1552-ci ildə Qazan Xanlığına son qoydu. Bəzi məscidləri yerlə yeksan etdi, bəzilərini kilsəyə çevirdi, tatarlara qarşı kütləvi qətliam həyata keçirdi və bölgəyə rusları yerləşdirdi. 1000 illik türk xalqlarının həyat qaynağı olan İtil, indiki Volqa çayı rusların əlinə keçdi. Qazan Xanlığının ruslar tərəfindən işğalı o ərazilərdəki türklərin mərhələ-mərhələ çöküşünə səbəb oldu. Belə ki, Qazan Xanlığının çöküşündən sonra öz dövlətlərinin ərazilərini mərhələ-mərhələ genişləndirən ruslar 1556-cı ildə Həştərxan Xanlığını, 1681-ci ildə Qasım Xanlığını, 1683-cü ildə Sibir Xanlığını, 1878-ci ildə Kırım Xanlığını işğal edərək tarixi türk torpaqları üzərində özlərinin nəhəng bir imperatorluğunu qurdular. Moğollarla ayrı-ayrı türk boylarının qaynayıb-qarışmasından təşəkkül tapan bütün Qızıl Orda xalqına ruslar tərəfindən "tatar" deyilmiş və bu "tatar" adı Sovet dövrünə qədər bütün Çar Rusiyasındakı türklərə verilən ümumi ad olmuşdur. Ruslar imperiya daxilindəki türkləri yer adlarına görə "Qazan tatarları, Kırım tatarları, Həştərxan tatarları, Qafqaz tatarları, Azərbaycan tatarları, Sibir tatarları, Altay tatarları, və hətta Türküstanı işğal etdikdən sonra Daşkənd tatarları, Xivə tatarları, Buxara tatarları, Kaşğar tatarları və s. kimi adlandırmışlar". XIX əsrin sonu, xüsusilə XX əsrin əvvəllərindən başlayaraq rus çarizminin milli ayrı-seçkilik siyasətinə qarşı türk milliyyətçiliyinin geniş vüsət aldığından qorxuya düşən Sovet imperiya ideoloqları imperiya daxilindəki türklərin ümumi adı "türk" adının sinonimi olan "tatar" adı əvəzinə başqırd, qazax, qırğız, özbək, türkmən, uyğur, qaraçay, balkar, azərbaycanlı və s. kimi süni "millətlər" yaradılmasına nail oldular və "tatar" adını yalnız Qazan, İdil-Ural, Qərbi Sibir, Həştərxan və Kırım türkləri üçün işlətdilər və tatarlara kiçik bir ərazidə muxtariyyat verərək tarixi qisaslarını gerçəkləşdirdilər.
Qazan xanlığı
XIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində qədim Bulqar knyazlıqları tənəzzülə uğradılar. Əhalinin böyük bir hissəsi şimala Svyaqa çayının orta axarına köçdülər. Bu yerdə Bulqar tipli yeni knyazlıqlar yaradıldı. Bu knyazlıqlar arasında ən çox fərqlənən İsgi-Kazan knyazlığı idi. İsgi-Kazan knyazlığı XIII əsrin ikinci yarısında yaranmışdır.Худяков М.Г. Очерки по истории Казанского ханства // На стыке континентов и цивилизаций: Из опыта образования и распада империй X–XVI вв. М.: Инсан, 1996. — С. 527–758.
XIV əsrin sonunda İsgi-Kazan knyazları Kazan şəhərinə doğru irəliləyərək burada yeni inzibati mərkəz yaratmağa çalışdılar. Lakin knyazın bu cəhdi uğursuz oldu. 1399-cu ildə ölkənin yeni mərkəzi olan Kazan knyazın qüvvələri Yuri Dmitreviçin silahlı dəstələri tərəfindən darmadağın edildi. Səlnamələrdə yazıldığına görə Kazan şəhəri təxminən 40 ilə yaxın dağılmış bir vəziyyətdə qaldı. Beləliklə, yeni bir inzibati mərkəz yaradıldı. Həmin mərkəz Kazan adlandırıldı.Dərgah Qüdrətov "Türk Xalqlarının Tarixi". Bakı, 2004 Şəhərin ərazisindən axan çay da Kazan çayı adlanırdı.Əsmər Muxtarova "Türk Xalqlarının Tarixi". Bakı, 1999.
Burada kiçik bir haşiyə cıxaraq Kazan şəhərinin adı və mənası haqqında qısaca danışmaq lazım gəlir, çünki Azərbaycan ərazisində Kazançı adlı kənd vardır. İş burasındadır ki, qədim türk bulqarlarının böyük tayfalarından biri Kazan adlanmışdır. Dilimizdə "kazan" sözünün qədim türk forması "kazqan"dır. Ehtimal olunur ki, bulqarların Kazan tayfasına mənsub ailələri Cənubi Qafqaza gəlmiş və Kazan kəndlərini salmış. Deməli, Volqaboyu bulqarların içərisindəki Kazan tayfası məhz indiki Kazan şəhərinin əsasını qoymuşdur. Bu dediklərimiz Azərbaycanda aparılmış toponimik tədqiqatlara əsaslanır.Əsmər Muxtarova "Türk Xalqlarının Tarixi". Bakı, 2008. Kazan xanlığının ərazisi indiki Tatarıstan Respublikasının bir hissəsini təşkil edir. Xanlığın ərazisi Volqa çayının sağ sahillərindən Kama çayına qədər olan geniş bir sahəni əhatə edirdi. Bu yerlər ən qədim yaşayış məsgənləri olmuşdur. Buranın ilk sakinləri marilərin, mordvalıların, udlaudların əcdadları olmuşdur. Eramızın III–IV əsrlərindən başlayaraq bu yerlərə türkdilli tayfalar da axışıb gəlmiş burada məskunlaşmışlar. Viyatka çayı sahilində Udmurdlar, geniş meşə ətəklərində çuvaşlar, mordvallar, marilər, başqırdlar yaşayırdılar.