thumb|Bakı Veloparkının görünüşü|223x223px Bakı Veloparkı — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində velosiped idmanı ilə məşğul olanlar üçün nəzərdə tutulan beynəlxalq səviyyəli idman qurğusu. Azərbaycan Velosiped İdmanı Federasiyasının balansındadır.

Hazırda Veloparkın yerləşdiyi ərazidəki park 1970-ci illərin əvvəllərində Heydər Əliyevin təşəbbüsü ilə salınmışdır. 1990-cı illərin əvvəllərində baxımsızlıq üzündən bərbad hala düşən bu ərazidə qanunsuz tikililər inşa olunmuşdur. 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev parkın ərazisində təmizlik işlərinin aparılması barədə göstəriş vermişdir. 2013-cü ildə isə parkın ərazisi baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edilmişdir. thumb|Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkın açılışında

Bundan sonra həmin Federasiya tərəfindən 40 hektar ərazidə genişmiqyaslı abadlıq işləri aparılmış, burada minlərlə ağac əkilmiş, yarışlar üçün 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınmışdır.İlham Əliyev Veloparkın açılışında iştirak edib . president.az, 13.05.2015 Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində 2015-ci ildə ilk dəfə keçirilmiş Avropa Oyunlarında istifadə olunmuş BMX veloparkı da inşa olunmuşdur. Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulmuşdur ki, onun da sahəsi 6700 kvadratmetrdir.

Meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğundur. Həm yarış iştirakçıları, həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı BMX veloparkında 1197 nəfərlik tamaşaçı yeri yaradılmışdır. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulmuşdur. Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılmışdır. Ofis binasının damında xüsusi örtüklü start meydançası, idmançıların hazırlaşması üçün 20 çadır quraşdırılıb. Ərazidə VIP, Olimpiya ailəsi, beynəlxalq federasiyaların təmsilçiləri, rəsmi nümayəndələr üçün avtodayanacaq, qeydiyyat, fərdi yerləşdirmə və digər xidmət sahələri də mövcuddur.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva 13 may 2015-ci ildə Veloparkın açılışında iştirak etmişlər. Qalereya

BMX yarışlarının keçirilməsi üçün hazırlanmış 6700 kvadratmetrlik ərazi Həmçinin bax Respublika Velotreki

İstinadlar

Kateqoriya:Bakıda idman Kateqoriya:2015-ci ildə Azərbaycanda yarananlar