Amerikan qorxu hekayəsi: Qatil ev (, orijinal adı ilk dəfə Amerikan qorxu hekayəsi () kimi elan edilmişdi) FX telekanalında yayımlanan "Amerikan qorxu hekayəsi” serialının 5 oktyabr 2011-ci ildən 21 dekabr 2011-ci ilə kimi efirdə olmuş birinci mövsümüdür. “20th Century Fox Television” tərəfindən istehsal edilmiş mövsümün icraçı prodüseri Dante Di Loreto, yaradıcıları isə Bred Falçuk və Rayan Mörfi olmuşdur.

Birinci mövsümdə baş verən hadisələrin mərkəzində Ben, Vivyen və onların qızı Vayaletdən təşkil olunmuş Harmonlar ailəsi durur. Vivyenin uşaq düşürməsi və Benin ailəsinə xəyanət etməsindən sonra, Harmonlar yeni həyata başlamaq üçün Bostondan Los-Ancelesə keçir və Viktorian dövrünə aid malikanədə məskunlaşırlar.

Serialın birinci mövsümü televiziya tənqidçiləri və fanatlar tərəfindən müsbət qarşılanmışdır. Serialın aktyor heyəti, xüsusi Cessika Lanc və Frensis Konroyun oyunu yüksək qiymətləndirilmişdir. Serial FX kabel televiziyası üçün sabit yüksək reytinq gətirməklə, birinci mövsümdə ən böyük kabel serialı olmuşdur. Ən Yaxşı Teleserial – Drama nominasiyasında Qızıl Qlobus Mükafatı da daxil olmaqla bir çox mükafatlara namizəd göstərilmiş birinci mövsüm Emmi mükafatı da daxil olmaqla on yeddi mükafata layiq görülmüşdür. Bunlardan əlavə serialda yaratdığı obraza görə Cessika Lanc İkinci dərəcəli rolda Ən yaxşı aktrisa nominasiyasında Qızıl Qlobus Mükafatı, Heyrətamiz qadın performansına görə Ekran Aktyorları Gildiyasının mükafatı, Miniserial və ya Filmdə İkinci dərəcəli qadın roluna görə Emmi mükafatına layiq görülmüşdür.

2015-ci ilin avqustunda “Qatil ev”in və Kristin Estabrukun Marsi adlı satış mütəxəssisi kimi serialın “Otel” adlı beşinci mövsümündə görünəcəyi elan edilmişdir. Beşinci mövsümün “Otaq 33” adlı seriyasında Çarlz Montqomeri obrazı ilə Mett Ross da yer almışdır.

Məzmun

Ben (Dilan MakDermott), Vivyen (Konni Britton) və Vayaletdən (Taissa Framiqa) təşkil olunmuş Harmonlar ailəsi Vivyenin uşaq düşürməsi, Benin isə tələbələrindən biri olan Heyden (Keyt Mara) ilə ailəsinə xəyanət etməsindən sonra Viktorian dövrünə aid böyük malikanədə yeni həyata başlamaq üçün Bostondan Los Ancelesə köçür. Köçdükdən sonra onlar dövlət satış agenti Marsidən (Kristin Estabruk) evin keçmiş sahibləri olmuş Çad və Patrikin (Zaxari Quinto və Teddi Sirs) qətl/sui-qəsd nəticəsində öldüklərini öyrənirlər. Onların qonşusu Konstans (Cessika Lanc) və onun qızı Eddi (Ceymi Breyer) tez-tez yeni qonşunun evinə qonaq gəlirlər ki, bu hərəkət də bezdirici xarakter almağa başlayır. Eddinin evin sirli tarixi ilə əlaqəli olduğu görünür. Evin keçmiş sakini olmuş və baş vermiş yanğında eybəcər hala düşmüş Larri Harvi (Denis O’Hare) də Harmonların həyatına müdaxilə etməyə başlayır. Evə həm də çoxdan bu evdə yaşayan və işləyən xidmətçi Moira O’Hara (Frensis Konroy/Aleksandra Brekenric) gəlir, o qadınların gözünə yaşlı qadın, kişilərin gözünə isə cazibədar gənc qız kimi görünür.

Ben evində pasiyentləri qəbul etməyə başlayır. Onlardan biri olan Teyt Lenqdon (Even Peters) Benin depressiyadan əziyyət çəkən qızı Vayaletlə maraqlanmağa başlayır. Ben Teytin Konstansın oğlu və ruh olmasını bilmir. Ailənin yeni evdə məskunlaşmasından sonra tez-tez qəribə hadisələr baş verir. Ailə öyrənir ki, onların köçməsinə kimi bu evdə iyirmiyə qədər zorakılıq və qətl hadisəsi baş vermişdir və buna görə də ev yerli əhali arasında “Qatil ev” kimi tanınır. Evdəki ruhların onlara rahatlıq verməməsi reallığına fikir verməyən ailə öz problemləri ilə məşğul olur. Çardağı səliqəyə salarkən Vivyen lateks bondaj kostyumu aşkarlayır. Daha sonra o, həmin kostyumu geyinmiş kişi ilə cinsi əlaqədə olur, Vivyen bunun Ben olduğunu düşünsə də, əslində həmin kişi Teyt olur. Vivyenin xəbəri olmadan zorlanması çox nadir halda baş verən fərqli ataları olan əkizlərə hamilə qalma ilə nəticələnir. Teytin Vivyenlə cinsi əlaqəyə girməsinin səbəbi isə bu evdə yaşayan və uşağını itirmiş ruh Noraya (Lili Reyb) uşaq bəxş etmək istəyi idi. Bostondan gələn Hayden Beni şantaj edərək onunla əlaqəsini kəsəcəyi halda Vivyenə Bendən hamilə qaldığını deyəcəyini bildirir. Larri tərəfindən öldürülən Heyden Ben tərəfindən evin həyətində dəfn edilir və ruh şəklində yenidən evə gəlir. Evdəki bəzi ruhlar, o cümlədən Nora və Hayden əkizləri ələ keçirmək üçün Vivyenin dəli olmasına çalışırlar.

Ölülərin dirilər arasında gəzə biləcəyi yeganə gün olan Hellouen bayramı günündə Vayalet Teytin anası Konstansı kiçik və deformasiyalı qardaşını evtanaziya etmək istədiyinə görə cəzalandırmaq üçün məktəb kitabxanasındakı uşaqlara atəş açaraq onları öldürmüş, daha sonra isə məktəb müəllimi Larri Harvinin törətdiyi yanğında iflic olmasına səbəb olmuş həmin gənc oğlan olmasını öyrənir. Eddi yolu keçərkən avtomobil qəzasına düşərək ölür, lakin qardaşının ruhu ilə qovuşa bilməsi üçün Konstans onun cəsədini Harmonların evinin həyətində dəfn edə bilmir. Bu arada Vivyen şəhərə gələn qonaqlara görməli yerlərdən biri kimi təqdim edilən məkanlar sırasında onların yaşadıqları “Qatil ev”in də olduğunu öyrənir. Özü turda iştirak edərkən eşidir ki, evin zirzəmisində evin ilk sakini olmuş cərrah tərəfindən yenidən dirildilmiş bədheybət oğlu yaşayır.

Monster Teytlə qarşılaşan və ona qarşı romantik hissləri olduğunu başa düşən Vayalet intahar edir, Teyt onu xilas etməyə çalışsa da, onun bu cəhdi uğursuz alınır. Vayalet öldüyünü yalnız bir həftə sonra evi tərk edə bilmədiyini gördükdə başa düşür. Çoxsaylı poltergeystlərdən sonra Vivyenin nəhayət ki, həqiqətən də psixi xəstəxanaya aparılmasına ehtiyac yaranır, həmin vaxt Ben əkizlərdən birinin atasının başqa adam olduğunu öyrənir. O, həmin adamın polis zabiti olan Lyuk (Morris Çestnut) olmasından şübhələnsə də, sonradan Teytin uşağın atası olması məlum olur.

Vivyen uşaqları evdə dünyaya gətirir və doğum zamanı ölür. Yeni doğulmuş uşaqlardan biri ölsə də, digərini Konstans saxlamaq üçün götürür. Doğumdan sonra Heydenin ruhu Beni öldürür və başqa ruhların köməyi ilə bu qətl sui-qəsd kimi göstərilir. Evdə məskunlaşmış Moira kimi xoş xasiyyətli ruhlar gələcək faciələrin qarşısını almaq üçün evdə yeni ailələrin məskunlaşmasına mane olurlar.

Rollarda

Əsas

Konni Britton - Vivyen Harmon Dylan McDermott - Dr. Ben Harmon Evan Peters - Teyt Lenqdon Taissa Farmiga - Vayalet Harmon Denis O'Hare - Larri Harvi Jessica Lange - Konstans Lenqdon

Qonaq ulduzlar

Keyt Mara - Heyden MakKlayn Zachary Quinto - Çad Varvik Lemb Çop - Halli Çarlz S. Datton - Detektiv Qreyncer Erik Stounstrit - Derek

Müvəqqəti aktyorlar

Frensis Konroy - Moira O'Hara Lili Reyb - Nora Montqomeri Aleksandra Brekenric - Gənc Moira O'Hara Ceymi Bryuer - Adelaida Lenqdon Kristin İstabruk - Marsi Morris Çestnat - Lyuk Mett Ross - Dr. Çarlz Montqomeri Bodi Şulz - Troy Kay Şulz - Brayan Maykl Qraziadi - Trevis Vonderli Selia Finkelşteyn - Dayə Qledis İv Qordon - Dr. Holl Rouz Salazar - Dayə Mariya Teddi Sirs - Patrik Azura Skay - Fiona Kayli Davis - Dallas Sara Polson - Billi Din Hovard Şelbi Yanq - Leya Rebekka Visoki - Loreyn Harvi Sem Kinsi - Berqard Lenqdon Devid Entoni Higgins - Sten Mina Suvari - Elizabet Şort Malaya Rivera Dryu - Detektiv Barrios Ben Vulf- Tadeus Montqomeri / The Infantata Erik klouz - Hüqo Lenqdon Brendo İton - Kayli Qrinvell Eşli Rikards - Xloya Steplton Alessandra Torresani - Stefani Boqqs Cordan Devid - Kevin Gedman Aleksandr Nimetz - Amir Stenli

Seriyalar {|class="wikitable plainrowheaders" style="width:100%" |- style="color:white" ! style="background:#9f2323; width:5%"|SerialdaNo. ! style="background:#9f2323; width:5%"|MövsümdəNo. ! style="background:#9f2323; width:20%"|Ad ! style="background:#9f2323; width:17%"|Rejissor ! style="background:#9f2323; width:24%"|Ssenari ! style="background:#9f2323; width:13%"|Orijinal efir vaxtı ! style="background:#9f2323; width:7%"|İstehsal kodu ! style="background:#9f2323; width:9%"|ABŞ izləyiciləri(milyon)

İstehsal Layihə

Serialın yaradıcıları olan Mörfi və Falçuk Fox-da yayımlanan “Xor” serialının istehsalının başlanmasından əvvəl “Amerikan qorxu hekayəsi” üzərində işləməyə başlamışdılar. Mörfi əvvəllər gördüyü bütün işlərin əksinə olan bir layihə üzərində işləmək istəyirdi, ona görə də bu layihə üzərində işə başlamışdı. O, qeyd edir ki, “Mən “Bədən hissələri” serialından “Xor” serialına keçsəm də, hiss edirdim ki, nəsə mürəkkəb və qaranlıq bir iş görmək istəyirəm. Və mən həmişə Bredin qorxu janrına olan marağını bəyənirdim. Buna görə də bu iş mənim üçün təbii oldu.” Qorxu janrını inkişaf etdirmək ideyasının maraqlandırdığı Falçuk qeyd edir ki, ilkin olaraq onların serialı yaratmaqda yeganə məqsədləri izləyiciləri qorxutmaq idi. “Siz istəyirsiz ki, sonra insanlar arasında bir az balans olsun” deyə o qeyd edir.

Serialın tünd rəngləri Mörfinin nənəsinin uşaq vaxtı ona izlətdiyi, 1966-1971-ci illərdə ABC telekanalında yayımlanmış “Qaranlıq kölgələr” serialı əsasında yaradılmışdır. Birinci mövsümə həm də “Rozmarinin uşağı”, “İndi isə baxma”, “Amitivilliya dəhşəti” və Stenli Kubrikin “Parıltı” filmindən təsirlənmişdir.

Başlanğıcdan Mörfi və Falçuk serialın hər mövsümünün ayrı-ayrı hadisələrə həsr olunacağını planlaşdırmışdılar. Birinci mövsümün finalının yayımlanmasından sonra Mörfi çəkiliş heyəti və yerlərinin dəyişdirilməsi planı haqqında danışmışdır, lakin birinci mövsümdən bəzi şəxslərin ikinci mövsümdə də görünəcəyini açıqlamışdır: “Yenidən seriala qayıdan şəxslər tamamilə fərqli obrazlar, varlıqlar və ya bədheybətləri canlandıracaqlar, Harmonların hekayəsi isə başa çatmışdır.”

2011-ci ilin fevralında FX telekanalı rəsmi şəkildə Rayan Mörfi və Bred Falçukun müəllifliyi və Mörfinin rejissorluğu ilə çəkiləcək yeni serialın pilotunu sifariş etdiyini açıqlamışdır. Dante Di Loretonun icraçı prodüser olması elan edilmişdi. Serialın istehsalın 2011-ci ilin aprelində başlanılmışdır. 2011-ci ilin iyulunda FX rəsmi şəkildə layihənin alındığını və birinci mövsümün on üç seriyadan ibarət olacağını elan etmişdi. 2011-ci ilin avqustunda Tim Miner, Cennifer Salt, Ceyms Vronq və Cessika Şarzerin ssenari müəllifi kimi layihəyə qoşulduğu elan edilmişdir.

Aktyor seçimi

Serial üçün aktyor seçimi 2011-ci ilin martında elan edilmiş, ilkin olaraq Konni Britton Vivyen Harmon obrazı üçün təsdiqlənmişdir. Britton qeyd etmişdi ki, Vivyen rolunu qəbul edərkən risk etmişdir. Mörfi rolu ona təqdim edərkən demişdir: “Bu sizin kimi, bizim də heç vaxt görmədiyimiz bir obrazdır. Bu sadəcə öz qulağınla eşitdiklərin nəticəsində meydana gələn çevirilmə olacaqdır.” Mörfinin sözləri onu maraqlandırmış və nəticədə o, rolu qəbul etmişdir. “Entertainment Weekly” jurnalına verdiyi müsahibədə serialın yaradıcılarından biri olan Rayan Mörfi qeyd edir ki, o, lap başlanğıcda Konni Brittona onun yaradacağı Vivyen obrazının mövsümün sonunda öləcəyini demişdi. “Biz həqiqətən də, birlikdə işləmək üçün tam bir mövsümə sahib olacayıq” deyə o qeyd etmişdi. Üç əsas rolu canlandıran aktyorlar Konni, Dilan [MakDermott] və Cessika [Lanc] ilə görüşdə biz çalışırdıq onlara deyək ki, sizin rolunuz ssenarinin ortasında başlayır, ortada da başa çatır. Bəli, buna görə də, Konniyə rahat şəkildə bütün mövsüm boyu birlikdə olacağımızı deyə bilirdim.”

2011-ci ilin martında Denis O'Harenin Larri Harvi obrazı ilə seriala qoşulduğu elan edilmişdir. 2011-ci ilin aprelində Cessika Lanc Konstans obrazı ilə serialın aktyor heyətinə qoşulmuş və bu aktrisanın televiziyada ilk davamlı rolu olmuşdur. Lanc bu rolu canlandırmağa ona görə razılıq vermişdi ki, mövsümün adətən teleseriallarda olduğu kimi 22 seriyalı olmayacağı qeyd edilmişdi. “bu mənimçün çox vacib idi” o deyir. “Bilirsiz, mən altı aylıq iş üçün razılaşmağa hazır deyildim. Bu yayım yox, kabel televiziyası idi...Mənə əvvəl də yayım şoularında rol təklif etsələr də razılaşmamışdım, çünki, uzun müddətli işi öhdəmə götürmək istəmirdim.”