"Yaşamaq yanğısı" () — rejissor Vinsent Minnellinin 1956-cı ildə İrvinq Stounun eyniadlı əsəri əsasında lentə aldığı film. Film dünyaşöhrətli holland rəssam Vinsent van Qoqun həyat və yaradıcılığından bəhs edir.

Məzmun

Film Vinsent Van Qoqun tərcümeyi-halının ümumi cizgilərini göstərərək, eynilə İrvinq Stounun romanının süjet xəttini özündə əks etdirir.

Vinsent van Qoqun dəhşətli dərəcədə incəsənətə mübtəla olması onu məcazi mənada nəfəsini kəsir və məhv etməyə başlayır. Din əleyhinə çıxış edən insanlar onun Allaha məhəbbətini heç cür qəbul edə bilmirlər. Buna görə də onlar rəssamı ictimai fəallıqda və kömür sənayesində çalışan kasıbların qayğısına qalmaqda ittiham edirlər. Bütün bunlardan cana doyan rəssam ata evinə qayıdır. Orada dəlicəsinə sevdiyi qadın tərəfindən rədd edilir. Sonra isə bir fahişə ilə dostluğa başlayır. Həmin qadın Vinsent kasıb olduğu üçün rəssamı tərk edir.

Qardaşı Teo van Qoq həm maddi, həm də mənəvi cəhətdən ondan öz köməyini əsirgəmir. Vinsent həmkarı Pol Qogenlə birlikdə yaşamağa başlayır. Bir müddət sonra qarabasmalardan əziyyət çəkməyə başlayır və könüllü olaraq ruhi xəstəxanaya yerləşir. Müalicə aldıqdan sonra evə yazılır və Teonun köməyilə əsərlərini sevə-sevə yaratdığı kənd mühitinə qayıdır. Lakin həyatında baş verənlərdən sonra ümidsizliyə qapılır və qardaşı Teonun gözləri önündə əbədi olaraq gözlərini yumur.

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi : İrvinq Stoun Ssenari müəllifi : Norman Korvin Rejissor : Vinsent Minnelli Operatorlar : Freddi A. Yanq, Rassel Herlan Rəssamlar : Sedrik Gibbons, Hans Peters, Preston Eyms Bəstəkar : Mikloş Roja Prodüser : Con Hausman Rejissor assistenti : El Cenninqs Montaj edən : Edrienn Fazan Geyim rəssamı : Volter Plankett

Rollarda

right|300px|thumb|Kirk Duqlas Vinsent van Qoq rolunda.

Aktyor Rol Kirk Duqlas Vinsent van Qoq Entoni Kuinn Pol Qogen Ceyms Donald Teo van Qoq Pamela Braun Kristina Everett Sloan doktor Qacet Niall MakGinnis Roulin Noel Pursell Anton Mauve Henri Daniel Teodor van Qoq Mec Kennedi Anna Korneliya van Qoq Cill Bennett Uillmin Canett Sterk Key Layonel Ceffris doktor Peyron Lourens Neysmit doktor Bosman Erik Polmann Kolbert Toni Cerri Coanna Uilton Qraff Striker İzabel Elsom xanım Striker Devid Horn Piters Noel Haulett komissiya üzvü Van Den Berge Ronald Adam komissiya üzvü De Smet Con Raddok Dakrak Culi Robinson Reyçel Devid Leonard Kamil Pissarro Uilyam Fipps Emil Bernar Devid Bond Sera Frenk Perls Tangi Ata Cey Edler ofisiant Lourens Badye Adelin Revu

Mükafatlar və nominasiyalar

Nominasiyalar

1957-ci ilin "Oskar" mükafatı

Ən yaxşı kişi roluna görə – Kirk Duqlas

Şəkil qalereyası

Mənbə

MOVIE REVIEW — Lust For Life (1956) — Screen: Color-Full Life of van Gogh; 'Lust for Life' Tells Story Through Tints Kirk Douglas Stars in Film at the Plaza

İstinadlar

Xarici keçidlər

Lust for Life La Vie passionnée de Vincent Van Gogh Woody Van Gogh! Kitabşünas (RTV). İrvinq Stoun. Yaşamaq yanğısı

Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Rəssamlar haqqında filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Vinsent Minnellinin filmləri Kateqoriya:1956-cı ilin filmləri Kateqoriya:Vinsent van Qoq Kateqoriya:Fransa haqqında filmlər Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatı qaliblərinin çıxış etdikləri filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:ABŞ-nin bioqrafik dram filmləri Kateqoriya:İntihar haqqında filmlər Kateqoriya:Belçika haqqında filmlər Kateqoriya:Psixiatriya müalicəxanaları haqqında filmlər Kateqoriya:Fransada çəkilən filmlər