Əbül Hica Salar () — Erməni mənbələrində adı keçən, Arazdan şimalda hakimiyyətdə olmuş son Salari hökmdarı.
Hakimiyyəti Atası İbrahimin ölümündən sonra Dvində hakimiyyətə gəlmiş Əbül Hica Azərbaycanı Rəvvadilərə verməyə məcbur olmuşdu. Bu vaxt qonşuluqdakı iki erməni knyaz I Smbat və əmisi Muşel ədavətdə idilər. Muşel 982-ci ildə ona Smbata hücum etməsini təklif etmiş, lakin elə bu ərəfədə Ordubad hakimi Əbu Dulaf Şeybani Dvini ələ keçirmişdi.Ter-Ghewondyan, Aram N. (1976). The Arab Emirates in Bagratid Armenia. Trans. Nina G. Garsoïan. Lisbon: Calouste Gulbenkian Foundation, pp. 100-01.
Sonrakı həyatı Bundan sonra sərgərdan həyatı yaşamağa başlayan Əbül Hica və ailəsi Bizans imperatoru II Bazilin yanına gedərək torpaqlarını geri almaq üçün kömək istəmişdi. 989-cu ildə II Smbatın köməyi ilə Əbu Dulafa hücum etmiş, lakin məğlub olmuş və öz qulluqçuları tərəfindən boğulmuşdurThe Cambridge History of Iran, Volume 4 by Richard Nelson Frye
İstinadlar
Kateqoriya:Salarilər