Marqarita "Rita" Mamun-Suxorukova (d. 1 noyabr, 1995; Moskva, Rusiya) — Rusiyalı bədii gimnast. Marqarita Mamun 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Marqarita Mamun həm də, 2013, 2015 və 2016-cı illərdə baş tutan Avropa Çempionatlarında 4 qızıl və 5 gümüş medala, 2013–2015-ci illərdə baş tutan Dünya Çempionatlarında isə 7 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olub.
2015-ci ildə baş tutan I Avropa Oyunlarının çempionu olan Marqarita Mamun 2013-cü ildə Kazan şəhərində baş tutan XXVII Ümumdünya Yay Universiadasının 4 qat çempionudur.
Marqarita Mamun Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 25 avqust 2016-cı il tarixli 429 nömrəli Sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif edilib.
Həyatı Marqarita Mamun 1995-ci il 1 noyabrda Moskva şəhərində anadan olub. Marqarita Mamun həm Rusiya, həm də Banqladeş vətəndaşlığına sahibdir. Onun atası, Abdulla Al Mamun, milliyyətcə benqaldır və ixtisasca dəniz mühəndisidir. Abdulla Al Mamun, qızının Olimpiya çempionu olmasından 6 gün sonra, avqustun 26-sı uzun sürən xərçəng xəstəliyindəən sonra vəfat edib. Anası, Anna Mamun isə, milliyyətcə rusdur və sabiq gimnastdır.
Marqarita Mamunun 7 yaşı olanda, anası onu, yaşadığı evindən bir qədər aralıda yerləşən Olimpiya Kəndinə gətirdi və gimnastika məşqlərinə yazdırdı. 11 yaşından etibarən isə Marqarita Mamun bu idman növü ilə ciddi formada məşğul olmağa başladı. Marqarita Mamunun birinci məşqçisi, Natalya Kukuşkina olub. Onun, şəxsi məşqçisi Əminə Zaripova, Rusiya yığmasında məşqçisi isə İrina Viner-Usmanovadır.
Karyerası Marqarita Mamun birinci ciddi uğurunu 2011-ci ildə qazandı. Həmin il o, Rusiya Çempionatında çoxnövçülükdə, habelə halqa, top və gürz yarışlarında qızıl medala sahib oldu.
Həmin ildəcə 4 qat Rusiya çempionu Marqarita Mamun Kanadanın Monreal şəhərinin ev sahibliyində baş tutan Dünya Kubokunun mərhələ yarışına qatıldı. Çoxnövçülükdə 106.925 xal toplayaraq bürünc medala sahib olan Marqarita Mamun top yarışlarında qızıl medal qazandı və beynəlxalq səviyyədə birinci uğuruna imza atdı.
Ailəsi Marqarita Mamun 2013-cü ildən Rusiyalı üzgüçü, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalçısı Aleksandr Suxorukov ilə münasibətdədir. 2016-cı il 8 dekabrda baş tutan tədbirdə Aleksandr Suxorukov, Marqarita Mamuna evlənmə təklifi etdi.
2017-ci il 8 sentyabrda isə Marqarita Mamun Aleksandr Suxorukov ilə ailə həyatı qurdu.
Dövlət təltifləri 55x55px "Dostluq" ordeni (25 avqust 2016) — Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qazandığı yüksək idman nailliyyətlərinə görə. 55x55px "Hərbi əməkdaşlığın gücləndirilməsinə görə" medalı (26 avqust 2016) — Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qazandığı yüksək idman nailliyyətlərinə görə.
Uğurları SıraİlYarışŞəhər25x25px25x25px25x25px25x25pxÇoxnövçülükKomanda2013Avropa Çempionatı Vyana18.56618.63318.65018.800147.114Universiada Oyunları Kazan18.30017.00018.43318.56672.066Dünya Çempionatı Kiyev18.23318.51618.36617.50070.290"Qran-Pri" yarışı Berlin18.40018.50017.70016.31672.6502014FIG Dünya Kuboku Ştutqart18.70017.85018.70018.75074.315FIG Dünya Kuboku Pesaro18.25018.750——72.999FIG Dünya Kuboku Daşkənd17.25018.10018.60018.55074.750FIG Dünya Kuboku Sofiya—18.45018.550—72.200FIG Dünya Kuboku Kazan18.50018.950—17.40073.250Dünya Çempionatı İzmir18.45018.43318.65018.56674.149147.9142015FIG Dünya Kuboku Lissabon18.95018.550—19.05073.250FIG Dünya Kuboku Buxarest18.85018.800——73.800FIG Dünya Kuboku Pesaro18.85018.20018.750—74.650Avropa Çempionatı MinskFIG Dünya Kuboku DaşkəndAvropa Oyunları BakıFIG Dünya Kuboku BudapeştFIG Dünya Kuboku SofiyaFIG Dünya Kuboku KazanDünya Çempionatı Ştutqart2016FIG Dünya Kuboku Pesaro19.10018.40019.10018.40075.900yoxdurFIG Dünya Kuboku Minsk19.00019.15019.10018.95075.700FIG Dünya Kuboku Qvadalaxara19.25018.85019.25019.20076.550Avropa Çempionatı Holon75.632FIG Dünya Kuboku Kazan18.50019.15019.15019.20077.050FIG Dünya Kuboku Bakı18.55019.40019.40019.40077.150Olimpiya Oyunları Rio-de-Janeyro19.05019.15019.05019.23376.483
Kompozisiyaları
Həmçinin bax
İstinadlar Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:Olimpiya qızıl medalına sahib Rusiya idmançıları Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:2016 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Rusiyanın olimpiya gimnastları Kateqoriya:2015 Avropa Oyunlarında gimnastlar Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:Rusiyanın bədii gimnastları Kateqoriya:Bədii gimnastika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Avropa çempionları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar