Aşıq Qərib (; ; ; ; ) — Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərqdə geniş yayılan xalq nağılı. Həmçinin bu əsər aşıqlar tərəfindən ifa olunan lirikAzərbaycan SSR// Böyük Sovet Ensiklopediyası : [30 cildli] / baş redaktor Aleksandr Proxorov — 3-cü nəşr— M. : Sovet Ensiklopediyası, 1969–1978. dastanıAşıq Qərib // Böyük Sovet Ensiklopediyası: [30 cildli] / baş redaktor Aleksandr Proxorov. — 3-cü nəşr — M. : Sovet Ensiklopediyası , 1969–1978."Aşiq Qərib" azərbaycan xalq dastanının yazılması Lermontovun Azərbaycan xalqının folkloruna böyük maraq göstərməsinin nümunələrindən biridir. <blockquote> sayılır, bundan başqa o, əsasında məşhur folklor süjeti ("ər arvadının toyunda iştirak edir")V. A. Manuylov Ашик-Кериб // Lermontov ensiklopediyası / SSRİ EA. Rus Ədəbiyyatı İnstitutu (Puşkinski Dom) ; науч.-ред. совет изд-ва "Советская энциклопедия" ; baş redaktor V. A. Manuylov ; редкол.: И. Л. Андроников … [и др.]. — M. : Sovet Ensiklopediyası, 1981. — s. 42. olan epos janrına aid olunur.

Dastan oğuz-türk mənşəlidir. 1837-ci ildə Mixail Lermontov nağılın Azərbaycan versiyasını Сюжеты, заимствованные из азербайджанского устного и музыкального фольклора, встречаются и в русском искусстве. Так, азербайджанская сказка об ашуге Гарибе нашла отражение в творчестве М. Ю. Лермонтова ("Ашик-Кериб"), а народная песня "Галанын дибиндэ бир даш олайдым" обработана Глинкой в "Персидском марше". С этой "западной" версией "возвращения мужа" непосредственно связана известная азербайджанская повесть "Ашик-Кериб" (точнее, Гариб — "странник", "чужеземец"), впервые ещё в 1837 году записанная и переведённая на русский язык М. Ю. Лермонтовым от одного "учёного татарина" (вероятно, азербайджанца) в Тбилиси, с подзаголовком "Турецкая сказка". Почти все исследователи "Ашик-Кериба" Лермонтова после долгих и тщательных разысканий пришли к выводу, что "в основу произведения лег шемахинский вариант азербайджанской народной сказки". ilk dəfə yazdıqdan və yazı 1846-cı ildə dərc olunduqdan sonra, əsər rusdilli mühitdə geniş şöhrət qazandı. Bundan başqa erməni, gürcü, türk, türkmən və s. versiyalar da mövcuddur. Gürcülər və ermənilərin arasında Aşiq Qərib barədə rəvayət azərbaycan xalqı ilə ünsiyyət nəticəsində yayılmışdır. Əsərdə pul, sərvət, nəcibliyə qarşı poeziya və musiqidən ibarət incəsənət qüvvəsi müqavimət göstərirВ XVII в. были окончательно отшлифованы такие известные дастаны, как "Шах-Исмаил", "Ашуг-Гариб", "Аббас и Гюльгаз", "Асли и Керем", "Новруз" и др.Деньгам, богатству, знатности противостоит сила искусства — поэзия и музыка. Дастан заинтересовал М. Ю. Лермонтова, который, услышав его во время пребывания на Кавказе, создал на его основе повесть-сказку "Ашик-Кериб".. Dastanın süjeti əsasında üç opera və balet yazılıb, film çəkilib.

"Aşıq Qərib" dastanının tarixçəsi "Aşıq Qərib" dastanı aşıqlar tərəfindən zaman-zaman yeni-yeni variantlarda söylənən məhəbbət dastanlarından biridir. Dastan barədə yazılı məlumatlar XIX əsrin 20-ci illərinə təsadüf edir. Mənbələrdə göstərilir ki, 1813-cü ildə Qarabağın Gülüstan kəndində İran-Rusiya müharibəsinin yekunlarına dair "Gülüstan" müqaviləsinin bağlandığı vaxt bir ziyafət təşkil edilir. Azərbaycanın ikiyə bölünməsinə yol açan hadisəyə həsr edilmiş həmin məclisdə "Qəriblə Şahsənəmin hekayəti" dastanı səslənib. Bundan 12 il sonra dastan rus mətbuatına yol tapıb. "Gülüstan" müqaviləsinin imzalanma mərasimində iştirak edən A. Lazarev adlı hərbi müşavir 1825-ci ildə rus ədəbi məcmuələrinin birində yazı ilə çıxış edir. Həmin məqalədə o, Gülüstanda imzalanan sazişə həsr olunan və İran diplomatları tərəfindən təşkil edilən məclisdə Nüsrəddin adlı bir sənətkarın sazda "Qəriblə Şahsənəmin hekayəti" adlı bir rəvayət oxuduğunu və bütün məclisdəkiləri heyran etdiyini yazır. Sonra əlavə edir ki, "kaş çarizmin Qafqaza islaha göndərdiyi rus yaradıcılarından biri imperiyanı sarsıtmağa çağıran ideyalardan əl çəkib, belə təsirli rəvayətləri qələmə alıb bizlərin ruhunu oxşayaydı".

Bu məqalə Qafqazda sürgün həyatı yaşayan rus şairi Mixail Lermontovun diqqətini cəlb edir. O, "Aşıq Qərib" dastanını söyləyən aşıqlardan biri ilə tanış olur. Hekayəni dinləyir və dastanın süjeti əsasında eyniadlı məşhur poemasını qələmə alır. Bu faktı poema ilə aşıq söyləmələri arasındakı süjet yaxınlığı, mövzu və məzmun oxşarlığı da təsdiqləyir. Beləliklə, "Qəriblə Şahsənəmin hekayəti" rus şairi Mixail Lermontov tərəfindən yazıya köçürülür.

Dastanın süjetinin başqa bir versiyası sonrakı illərdə Azərbaycan aşıqlarından M. Mahmudbəyov tərəfindən yazıya alınır və o, 1882-ci ildə "Qafqaz əraziləri və xalqlarının təsviri üçün materiallar toplusu"nda dərc edilir. Daha sonra 1916-cı ildən etibarən "Orucov qardaşları mətbəəsi"ndə dastan Azərbaycan və türk dillərində bir neçə dəfə nəşr edilir. Həmin nəşrlərdən öz məzmun dolğunluğu və sənətkarlıq baxımından Gəncə versiyası daha çox dinlənilib qəbul edilir. Dastan Azərbaycanda və Anadoluda geniş şöhrət tapır və yayılır. Təsadüfi deyil ki, həmin versiya əsasında Anadolu aşıqları da öz "Aşıq Qərib"lərini yaradırlar.

Dastanın Azərbaycanda on, Anadoluda yeddi versiyası mövcuddur. Dastan haqqında akademik H. Araslı, professorlardan M. Təhmasib, P. Əfəndiyev, A. Nəbiyev və başqalarının tədqiqatları var. Akademik H. Araslı və filologiya üzrə fəlsəfə doktoru S. Yaqubovanın qeydlərinə görə, Aşıq Qərib tarixi şəxsiyyət olub. XVI əsrdə yaşayıb-yaradıb və Təbriz aşıq məktəbinin görkəmli sənətçilərindən biri imiş.

Dastan tarix yönündən də vacibliyini qoruyur. "Aşıq Qərib" milli dastan yaradıcılığının ən erkən süjetlərini əhatə etdiyi kimi, Azərbaycan xalqının erkən orta əsr məişət həyatını, adət-ənənələrini və cəmiyyətdaxili ziddiyyətlərini geniş şəkildə özündə ehtiva edir. Onun hər hansı başqa bir xalqa məxsus olduğunu iddia etmək, saxtalaşdırıb özünküləşdirmək heç cür mümkün deyil. "Aşıq Qərib" dastanının süjeti Azərbaycan aşıq yaradıcılığında yeni məhəbbət dastanı kimi "buta" arxasınca getmə ənənəsi üzərində qurulub. Bu ənənə daha çox İslam görüşləri ilə bağlıdır. Yəni aşiq və məşuqun yuxuda bir-birinə buta edilməsi, biri-birindən xəbərsiz olaraq ilahi varlıq tərəfindən bəxş edilən nikah bağlantısı, ilahi vergisi ilə bağlıdır. Azərbaycan dastan yaradıcılığında bu tipli süjetlərdə aşiq və məşuqlar bir çox çətinliklərlə üzləşsələr də, sonda bir-birinə qovuşa bilirlər. Eyni zamanda bu tipli süjetlərdə butalanan qəhrəmanlara dara düşərkən kömək edən Xızır, Həzrət, Cəbrayıl və s. İslam anlamı ilə bağlı fövqəlbəşər qüvvələr olub. Məlumdur ki, "Aşıq Qərib" dastanında tacir Məhəmmədin oğlu Rəsul yuxuda ikən tiflisli Xoca Sənanın qızı Şahsənəm ona buta verilir. Rəsul öz butasının arxasınca getməli olur. Gəlib Tiflisə çatanda bir qarıya rast olur. Qarı vəziyyətdən hali olur və deyir ki, sən qal burada, mən gedim Şahsənəmi muştuluqlayım. Elə buradaca qarı Rəsulu "Qərib" deyə çağırır və Rəsula bu ad xoş gəlir. O, bu adı özünə götürür. Hadisələr açılır, Şahsənəm Aşıq Qəribin gəlişindən xəbər tutur və onunla görüşür. Ancaq Qərib Şahsənəmin əmisi oğlu Şahvələdə nişanlı olduğunu bilir. Bu xəbər onu sarsıdır. Şahsənəm əmisi oğluna xəbər göndərir ki, məni yeddi il gözləsin. Aşıq Qərib Şahsənəmə qovuşmaq üçün bütün əzablara dözür. Dastanda Qəribin kəşməkəşli həyatının çox gərgin bir mərhələsi təsvir olunur. Bu, çətinlik və ağır güzərandan çıxma, buta arxasınca getmə, böyük çətinliklərə qalib gəlib toy gününə qovuşma, yeni həyata qədəm qoyma ilə əlamətdardır. Dastanın əvvəlində butasına qovuşacağına nagüman olan Rəsul (Qərib) dastanın sonunda artıq muradına yetişən haqq aşığı kimi diqqəti çəkir.

"Aşıq Qərib" Azərbaycan opera sənətində də özünə yer tapıb. Dastanın motivləri əsasında Zülfüqar Hacıbəyov "Aşıq Qərib", C. Cabbarlının yazdığı libretto əsasında görkəmli rus bəstəkarı Reynqold Qliyer "Şahsənəm" operasını yazıb.

Nağılın versiyaları "Aşıq Qərib" Şərqdə kifayət qədər yayılmış dastandır. O, poetik ifadənin yüksək səviyyədə ustalıqla açıqlanması ilə, qəhrəmanların nəcib simaları ilə, güclü və ilahi sevgini əks etdirməklə dinləyicinin diqqətini xüsusilə özünə cəlb edir. Cəlbedici süjetlərlə və nəsr mətninə əlavə edilmiş incə lirizm ilə dolu olan şeir-mahnıların sayəsində bu dastan aşıqların ifaçılıq repertuarında sevimli əsərlər kimi özünə məxsus yer tutur. Məhz elə bu xalq özanları-aşıqları vasitəsilə o, yayılaraq populyar folklor abidələrindən birinə çevrilmişdir. Bu dastanın versiyalarına Orta Asiya folklorunda: türkmən, özbək, qaraqalpaq, eləcə də Qafqaz şifahi xalq ədəbiyyatında: Azərbaycan, gürcü, erməni dili, kalmık və kabarda arasında rast gəlinir. Dastan eləcə də Türkiyə və Bolqarıstanın türk əhalisi arasında da yayılmışdır. Tədqiqatçıların diqqəti hər şeydən öncə, Azərbaycan versiyası üzərində dayanmışdır. Lakin bu dastanın türk versiyaları mürəkkəb süjetli geniş əsərlərdir, hər bir epizodun müstəqil hadisə kimi inkişaf etdiyi fərqli mətni əhatə edir.

Geniş süjet gərgahı bütün Orta Asiya versiyasını xarakterizə edir. Baş qəhrəmanların roman sərgüzəştlərinə paralel olaraq digər roman epizodları da tapılır ki, bu da əksər hallarda əsas süjet xəttinin yüklənməsinə səbəb olur. Bütün versiyalarda dini elementlərə bolluca rast gəlinir.

M. Y. Lermontovun versiyası

Lermontov "Aşıq Qərib"i 1837-ci ildə Tiflis yaxınlığında hərbi hissədə olarkən yazmışdır. Əsər Lermontovun ölümündən sonra, 1846-cı ildə "Dünən və bu gün" () ədəbi almanaxında dərc olunmuşdur. Nağılda mənbə barəsində nə məlumat var, nə də Lermontovu bu folklor abidəsi ilə tanış edən şəxsin kimliyi açıqlanır. "Aşıq Qərib"in başlığından sonra "türk nağılı" () şərhi verilmişdir. Bu məqam, açıqca süjetin türk mənşəli olmasını göstərirdi və uzun müddət tədqiqatçılar arasında şübhə doğurmurdu. Lakin Lermontovun arxivi ilə tanışlıqdan sonra "Aşıq Qərib"in əlyazmasında onun türk mənşəli olması barəsində nə bir başlığın, nə də bir qeydin olması aşkar olunmadı. Müəyyən edildi ki, başlığı, eləcə də qeydi mətndə mövcud Şərq gerçəkliklərinə və türk ifadələrinə uyğun olaraq mətnin tərtibi və türk kimi hesab edilməsi jurnalın redaktoru Soloquba məxsusudur. Belə bir məqam müəyyən maraq döğurmuş və tədqiqatçıların diqqətini bu əsərin yaranma mənbəyinin axtarılmasına yönəltmişdir.

Oxşarlıqların müəyyən edilməsi nəticəsində 1864-cü ildə Lermontov nağılının Atajukin tərəfindən kabarda dilinə tərcümə olunandan sonra, şübhəsiz, yaradılması mümkün olan, kabarda şifahi xalq ədəbiyyatına təsir göstərən və eyni süjetlər ilə bənzəri olan variantlarının əmələ gəldiyi kabarda versiyası da istisna olundu.

Azərbaycan versiyası