Token Ring lokal şəbəkəsində kompüterlər məntiqi olaraq halqavari şəkildə birləşdirilir.

thumb|Token Ring lokal şəbəkəsi thumb|Token Ring lokal şəbəkəsi thumb|IBM 8228 MAU

Token Ring lokal şəbəkəsində informasiyanı ötürmək üçün markerdən (token) istifadə edilir. Marker içərisində yalnız xidməti məlumatlar olan bir paketdir. Markeri alan kompüter kanalı tutmuş hesab olunur, yəni öz informasiyasını göndərə bilər. İnformasiya paketlər şəklində göndərilir. Markeri alan kompüter paketini qonşu kompüterə ötürür. Paket öz ünvanına çatdıqda alıcı kompüter paketi özünə yazır, bu haqda paketdə lazımi qeydlər edir və paketi qonşu kompüterə ötürür. Paket yenidən onu göndərən kompüterə gəldikdə, o, halqadan geri alınır və yeni informasiya varsa onu göndərir. Göndəriləcək yeni informasiya yoxdursa, markeri qonşu kompüterə göndərir və proses təkrar olunur.

Mənbə "LOKAL ŞƏBƏKƏLƏR" (Mühazirə), İ.M.ƏLIYEV, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu

Həmçinin bax İnformatika Əməliyyat sistemi Lokal şəbəkə Qlobal şəbəkə Kompüter şəbəkəsi Kompüter proqramları

Xarici keçidlər R. M. Metcalfe and D. R. Boggs. Ethernet: Distributed Packet Switching for Local Computer Networks. // ACM Communications, 19(5):395--404, July 1976. Standarts IEEE 802.3 2002

Kateqoriya:Kompüter şəbəkələri Kateqoriya:Ardıcıl şinləri