() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Cənubi Afrikadır.

Botaniki xarakteristikası Hündürlüyü 1,5 m-dək, həmişəyaşıl yarımkoldur. Gövdəsinin uzunluğu 150 sm-ə qədər vardır. Yastılanmış, yarpaqşəkilli, nazik, biz gövdələrin uzunluğu 3 sm-ə qədər, eni 1–3 mm-dir. Çılpaq, parlaq, hamar və ya şırımlı, sallaqdır. Parlaq yaşıl yarpaqları uzunluğu 2–4 mm-dək pulçuqlara qədər reduksiyaya uğramışdır. Yan zoğları-filokladiləri isə onlara bənzəyir. Bu növdə onlar yaşıl, uzunluğu 2–3 sm, düz və ya bir az əyilmiş, tək və ya dəstələrdə toplanmış 2–4 ədəddir. Çiçəyi xırdadır və yumşaq çiçək qrupu – salxım əmələ gətirir. Çiçəkləri ağ və ya çəhrayı, ətirlidir. Meyvələri qırmızı, çılpaq, parlaq, hamar və ya şırımlı sallaqdır. Toxumlarla və kolun bölünməsi ilə çoxaldılır.

Ekologiyası İşıq çatışmadıqda və torpaq quruduqda "yarpaqları" tökülür, zoğları zəif inkişaf edir. Onunla mübarizə üçün sabun məhluluna intektisid əlavə edilir.

Azərbaycanda yayılması Mərdəkan dendrarisində 1972-ci ildə introduksiya edilmişdir. Abşeronda mədəni şəraitda becərilir.

İstifadəsi Dekorativ məqsədlər üçün istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Kap vilayətləri florası Kateqoriya:Şimal vilayətləri florası Kateqoriya:CAR-ın endemik florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Otaq bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları