20 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Cəmi 2 dəfə (2005 və 2021-ci illərdə) dövriyyəyə buraxılmışdır.

Tarixi 20 manatlıq əsginaslar yalnız bir dəfə – 2005-ci ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılmışdırDövriyyədə olan əskinaslar — AZN . cbar.az .

Mövzusu Bu əsginaslar Qarabağ mövzusuna həsr olunmuşdur.

Təsviri Ağ kağızda, əsas rəngi yaşıl olmaqla əsginasın ön tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı Bülbül" təsvir olunmuşdur. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir. thumb|300px|center|1 manatlıq əsginasın üzərində Elman Rüstəmovun imzası Bu əsginasın arxa fonunda Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.

Ölçüləri 20 manatlıq əsginasın ölçüləri 141×70 mm-dir.

Mühafizə elementləri Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Belə ki, əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehrli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

Həmçinin bax Azərbaycan manatı

İstinadlar

Xarici keçidlər

Pul. preslib.az

Kateqoriya:Azərbaycan manatı Kateqoriya:Azərbaycan əsginasları Kateqoriya:2005-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:20-lik əsginaslar