Rudolf Mate (; ) — polyak mənşəli ABŞ kinorejissor və kinooperatoru.
Həyatı Rudolf Mate (Mayer) 1898-ci ildə Krakovda yəhudi ailəsində anadan olmuşdur. Budapeşt Universitetini bitirib. Film karyerasına 1920-ci ildə operator köməkçisi kimi başlamış, daha sonra isə bir sıra Avropa ölkələrinə getmiş, alman rejissoru Karl Froynd ilə əməkdaşlıq etmişdir. 1928-ci ildə Danimarka rejissoru Karl Teodor Dreyerin "Janna d'Arkın ehtirası", 1932-ci ildə "Vampir" filmlərinin operatoru olur. 1947-ci ildə Rudolf Mate rejissor kimi fəaliyyət göstərməyə başlayır. Ən yaxşı rejissor işləri "Nə vaxt dünya toqquşacaq" (1951), "Gələn ölüm" (1950), 300 spartalı (1962) filmləri olmuşdur. Filmoqrafiya 300 spartalı (film, 1962) İstinadlar
Xarici keçidlər
Rudolph Maté in the AFI Catalog Rudolph Maté in the Internet Encyclopedia of Cinematographers
Kateqoriya:ABŞ rejissorları Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:1898-ci ildə doğulanlar Kateqoriya:1964-cü ildə vəfat edənlər Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Polşa kinorejissorları Kateqoriya:Polşa kinooperatorları Kateqoriya:ABŞ kinooperatorları Kateqoriya:Polşadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:XX əsr macar yəhudiləri