Azad Azərbaycan — 25 dekabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri.
Tarixçə "Azad Azərbaycan Teleradio Yayım Şirkəti" 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci il tarixində isə yayıma başlamışdır. İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edirdi. Lakin 2002-ci ildən "Son Xəbər" adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlamışdır.
2003-cü il Prezident seçkiləri günü axşam saatlarında baş verən hadisələr zamanı ATV-nin müxbir və operatoruna da ciddi xəsarət yetirilmişdi.
31 dekabr 2007-ci il tarixinə qədər azərbaycanca verilişlərlə yanaşı rusca verilişlər də (Russkie Zvyozdı) yayımlayırdı. Sonradan MTRŞ-nin qəbul etdiyi qanuna görə 2008-ci ildə tamamilə Azərbaycan dilində yayıma keçmişdir.
2009-cu ilin oktyabrında ATV International adlı qardaş kanalı yayıma başlamışdı.
2011-ci ildə telekanalda əsaslı dəyişikliklər başladı. Telekanalın rəhbərliyi dəyişdi.
Həmçinin kanalın 10 ildən çox müddəti olan loqotipi də 10 may 2011-ci il tarixində dəyişdirildi.
2012-ci il sentyabr ayından tamamilə yeniləndi. Verilişlərin məzmunu, keyfiyyəti yaxşılaşdı. Televiziyanın sutkalıq yayımı 24 saata çatdırıldı. Televiziyanın ümumi efir vaxtının 93 faizini şəxsi istehsal proqramları (verilişlər və yerli seriallar), 4 faizini xaricdə istehsal olunan filmlər, 3 faizini isə reklam materialları təşkil etməyə başladı.
Telekanalın təsvir formatı 15 sentyabr 2015-ci il tarixində 4:3 formatından 16:9 formatlı yayım keçirilmişdir.
Telekanalın ANS TV ilə qalmaqallı münasibətləri var. Bunun başlanğıcı 2015-ci ildə Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğın hadisəsindən sonra Mətanət Əliverdiyevanın həmin hadisə ilə əlaqədar "Gündəlik" verilişində "Biz o faciəni lap faciə etməməliyik, elə bil külək idi, film idi, baxdıq, getdi" ifadələrini işlətməsindən sonra başladı. Həmin qalmaqalda ANS TV, Xəbərçi verilişində ATV-ni sərt tənqid etdi. Başqa qalmaqaldan biri də yenə həmin ilin sentyabr ayında ATV-nin Gürcüstandakı kilsələrin birində apardığı çəkilişlə bağlıdır. Həmin sujetdə ANS TV, ATV-ni insanların dini hisləri ilə oynamasında ittiham edir. O sujetə cavab olaraq ATV də ANS TV-ni tənqid etmişdi. İki kanal arasında qalmaqal davam etdi.
21 dekabr 2015-ci il tarixində "ATV Plus"da "HD" yayıma başlamışdır. Hazırda "ATV HD" kanalının ölkənin hər yerindən izlənilməsi imkanı var.
4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın "NTV Plus" kabel televiziyasında yayımlanır.
28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib.
12 yanvar 2024-cü ildən etibarən "ATV HD" telekanalı 23-cü televiziya kanalında (490 Mhz tezliyində) yayıma başlayıb.
Bağlanması 1 may 2020-ci ildə "Bəzədilmiş duvaq" bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 6 may 2020-ci il tarixli 5/1 nömrəli qərarı ilə ATV-nin yayımı 9 may 2020-ci ildə saat 10:00-dan 11:00-dək 1 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.
10 avqust 2020-ci ildə saat 16:00–17:00 arası müddətdə 15 dəqiqə 46 saniyə reklam yayımlanması "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 17 avqust 2020-ci il tarixli 12/2 nömrəli qərarı ilə ATV-nin yayımı 20 avqust 2020-ci ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.
18 aprel 2024-cü ildə saat 05:29–06:38 arası müddətdə Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan "Nyu Yorkda yağışlı bir gün" bədii filminin yayınlanmasına görə Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Qanunun 38.2-ci, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq 9 iyul 2024-cü il tarixli 21/24-10 nömrəli qərarı ilə ATV-nin yayımı 11 iyul 2024-cü ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.
Xəbərlər Departamenti 2002: — "ATV Xəbər" 2002–2019: — "ATV Həftə Sonu" 2013–2020: — "ATV OLAY" 2013: — "ATV AKTUAL" 2019-2020: — "ATV Gündəlik" 2020-2021: — "ATV Qərargah"
Seriallar 2009–2019: — "Bacanaqlar" 2011–2018: — "Bozbash Pictures" 2012: — "Pərvanələrin rəqsi" 2012: — "Acılar bitməz" 2012–2013: — "Sirr" 2012–2013: — "Həkimlər" 2012–2013: — "Məhkumlar" 2012–2013: — "Qağayı" 2013–2014: — "Kabusun kölgəsində" 2013–2014: — "Ləkə" 2013: — "Son hədd" 2013–2014: — "Sonuncu fəsil" 2013–2014: — "Çaqqal nəfəsi" 2013–2014: — "Həyat çiçəyi" 2013–2014: — "Toy gecəsi" 2013–2014: — "Qız yükü" 2013–2014: — "Səfərin ailəsi" 2014–2025: — "Qız atası" 2013–2015: — "5+" 2015–2016: — "3+1" 2015–2018: — "Qardaşlar" 2016–2018: — Vicdan haqqı (teleserial, 2016) 2016: — Dəfnə ağacı (teleserial, 2016) 2016: — Ər və arvad (serial, 2016) 2016–2017: — Günəşim ol (teleserial, 2016) 2016–2017: — Məryəm (teleserial, 2016) 2017–2018: — Laləli saray (teleserial, 2017) 2017–2018: — Ögey ana (teleserial, 2017) 2018–2019: — O gecə 2018–2019: — Təhminə və Zaur 2018–2019: — Sevgi naminə 2018–2021: — Buğlama 2018–2019: — Şou-Şu 2019–2020: — Duz komediya 2019: — Qara yazı 2019: — Keçmişin izində 2019: — Bir qadın 2019: — Qan qohumları 2019: — Bir Kişi Bir Qadın 2019–2020: — Leyli və Məcnun 2019-2024: — Yuxu kimi 2020: — Ailəmiz 2021: — BABAT
Xarici keçidlər
Azad Azərbaycan | Canlı Azad Azərbaycan Web Xəbər səhifəsi Azad Azərbaycan | Instagram ATV Cinema YouTube kanalı
İstinadlar
Kateqoriya:Azərbaycan televiziya kanalları Kateqoriya:Azərbaycan dilində televiziya kanalları
Kateqoriya:Azərbaycan televiziya şəbəkələri