Heydər Əliyev Fondu — qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. Fond Heydər Əliyevin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə yaradılmışdır.

Fondun rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası birinci vitse-prezidenti, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır.

Məqsədlər right|thumb|220px|Fondun binasında foyenin interyeri Heydər Əliyev Fondunun məqsədlərinə Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, Azərbaycan xalqının maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi və xalqın rifahının yaxşılaşmasına xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək, elmi tədqiqatların aparılmasına yardım göstərmək, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək, respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək daxildir.

Loqo Heydər Əliyev Fondunun loqosu səkkizguşəli ulduzun içərisində Heydər Əliyev inisiallarının "H. Ə" əmələ gətirdiyi səkkizguşəli ulduzdan ibarətdir. İnisialları əhatə edən səkkizguşəli ulduz Azərbaycan xalqının Heydər Əliyevin ideyaları ətrafında birləşməsini göstərir.

Loqoda iki rəng qəbul edilmişdir: göy və qızılı. Göy rəng səmanı, demokratiyanı, düzlüyü, təmizliyi, günahsızlığı, dincliyi, etibarlılığı, səmimiliyi, əminliyi, milliliyi göstərir. Qızılı rəng isə günəş, sülh, inkişaf, işıqlı gələcək simvoludur. Hər iki rəng Heydər Əliyevin istək və arzularını, ideyalarını əks etdirir.

Fəaliyyət

Elm və təhsil

Cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ümumilikdə təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondu "Uşaq evləri və internat məktəblərinin inkişafı" ProqramınıUşaq evləri və internat məktəblərinin inkişafı , heydar-aliyev-foundation.org, "Yeniləşən Azərbaycana yeni məktəb"Yeniləşən Azərbaycana yeni məktəb , heydar-aliyev-foundation.org və "Təhsilə dəstək"Yeniləşən Azərbaycana yeni məktəb , heydar-aliyev-foundation.org layihələrini həyata keçirir.Rəfiqə Kamalqızı — Yeniləşən Azərbaycana yeni məktəb , Səs, 13 avqust 2010, Yoxlanılıb: 15 iyul 2014Mehriban Əliyeva: "Azərbaycan şirkətlərinin sosial məsuliyyəti artmalıdır" , publika.az, 24 fevral 2014, Yoxlanılıb: 15 iyul 2014Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaq evləri və internat məktəblərinin sakinləri üçün bayram şənliyi keçirilmişdir , xalqqazeti.com, 12.05.2014, Yoxlanılıb: 15 iyul 2014

2005–2014-cü illər ərzində "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmişdir. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunmuş və yenidən qurulmuş, "Təhsilə dəstək" layihəsi çərçivəsində isə respublika üzrə 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir.HEYDƏR ƏLİYEV FONDUNUN "MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İNKİŞAFI" PROQRAMININ TƏQDİMATI , mehriban-aliyeva.org, 24.02.2014, Yoxlanılıb: 17 iyul 2014Heydər Əliyev Fondu "Təhsilə dəstək" layihəsi çərçivəsində aksiya həyata keçirir , apa.az, 04 sentyabr 2013, Yoxlanılıb: 15 iyul 2014

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə artan tələbatı nəzərə alaraq Fond 2014-cü ildə "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramını həyata keçirməyə başlayıb. Proqramda müəssisələrin təmiri, yeni binaların inşası, təhsilin, tibbi xidmətin, qidanın keyfiyyətinin yaxşılaşdırılması, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı müəssisələrin aidiyyəti üzrə istifadəyə verilməsinin təmin edilməsi və digər məsələlərin həlli nəzərdə tutulur.Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində "Təhsilə dəstək" layihəsi çərçivəsində aksiya keçirir-A, azertag.com, 04.09.2013, Yoxlanılıb: 15 iyul 2014

Fond tərəfindən Gürcüstanda, Hollandiyada, Misirdə, PakistandaPakistanın Müzəffərabad şəhərində qızlar üçün orta məktəb , heydar-aliyev-foundation.org, Yoxlanılıb: 15 iyul 2014Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanın Müzəffərabad şəhərində orta məktəb tikilib , sesqazeti.az, 20.09.2010, Yoxlanılıb: 15 iyul 2015Iftar Dinner hosted for beneficiaries of Edhi homes , onepakistan.com.pk, Yoxlanılıb: 17 iyul 2014, Rumıniyada, Rusiya Federasiyasında"Nezavisimaya qazeta" 2 sentyabr tarixli nömrəsində Heydər Əliyev Fondunun Ulyanovsk şəhərindəki məktəb binasının əsasli təmiri ilə əlaqədar məqalə dərc edib , heydar-aliyev-foundation.org, Yoxlanılıb: 17 iyul 2014 bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur.

2013-cü ildə ABŞ-nin Merilend ştatında yerləşən məktəblərəABŞ-nin Merilend ştatının Montqomeri dairəsində yerləşən məktəblərə maliyyə yardımı , heydar-aliyev-foundation.org, Yoxlanılıb: 15 iyul 2014 interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınmasına maliyyə yardımı edilmiş, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzHeydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz açılıb , heydar-aliyev-foundation.org, Yoxlanılıb: 15 iyul 2014 yenidən qurulmuşdur.

Təhsil müəssisələrinin dərs vəsaiti və müxtəlif ədəbiyyatla təchizatına xüsusi önəm verir. Tədrisin keyfiyyətini yüksəltmək məqsədilə ilk dəfə olaraq Azərbaycan dilində müxtəlif fənlər üzrə hazırlanan plakatların hər birindən 10 min nüsxə olmaqla 1 milyon 400 min ədəd plakat çap edilmişdir.Heydər Əliyev Fondu son iki ildə… , Azərbaycan müəllimi, 6 mart 2009. Yoxlanılıb: 17 iyul 2014

Heydər Əliyev Fondu hər il "Təhsilə dəstək" layihəsi çərçivəsində Qarabağ müharibəsi nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir.

Fond məktəblilərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılması məqsədilə olimpiadalar təşkil edir, mütəmadi olaraq xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini həyata keçirir.

Səhiyyə left|thumb|150px|Fondun prezidenti Mehriban Əliyeva xəstəxana açılışında. Heydər Əliyev Fondu əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak etməyə çalışır. 2004-cü ildən Fond Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsiniDiabetli uşaqlara ən yüksək qayğı , heydar-aliyev-foundation.org, Yoxlanılıb:15 iyul 2014Heydər Əliyev Fondunun "Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirib , trend.az, 6 sentyabr 2010, Yoxlanılıb: 15 iyul 2014 həyata keçirir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər.

Talassemiya xəstəliyinin qarşısının alınması məqsədilə 2005-ci ildə "Talassemiyasız həyat naminə" layihəsinəTalassemiyasız həyat naminə , heydar-aliyev-foundation.org, Yoxlanılıb:15 iyul 2014"Talassemiyasız həyat naminə" proqramı çərçivəsində bölgələrdə maarifləndirmə tədbirləri keçirilmişdir-A, azertag.com, 09.01.2014, Yoxlanılıb: 15 iyul 2014 start verilmişdir. Layihə çərçivəsində 2009-cu ildə Bakıda müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzi inşa edilmişdir.Prezident İlham Əliyev Bakıda Talassemiya Mərkəzinin açılışında iştirak etmişdir , AzərTAc, 13 may 2009, Yoxlanılıb: 15 iyun 2014

Fondun təşəbbüsü ilə paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir. Fondun dəstəyi ilə indiyədək 35 mindən çox insan yerli klinikalarda müalicə edilmiş, 8 minə yaxın xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olunmuş, onların bir qismi müayinə və əməliyyat üçün xarici ölkələrə göndərilmişdir.