Küveytdə nəqliyyat — Relsdən başqa bütün nəqliyyat növlərinə Küveytdə rast gəlmək olar. Avtomobil nəqliyyatı ölkədə əsas rolu oynayır. İctimai avtobuslar əhəmiyyətli yerə malikdir. Küveyt İran körfəzinin sahilində bir neçə limana malikdir. Küveytdə 7 hava limanı fəaliyyət göstərir. Onlardan ən böyüyü Küveyt Beynəlxalq Hava limanıdır.

Dəmiryol nəqliyyatı Küveyt dəmir yolu infrastrukturuna malik deyil. Ancaq avtomobil hərəkətinin intensivliyinin artımı bir neçə dəmir yolu layihəsinin yaranmasına gətirib çıxarmışdır. Əl-Küveyt Gulf Railway yolunun son stansiyalarından biri olmalıdır. Bu dəmir yolunun 2000 kilometri bir neçə körfəz ölkələrini bir-biri ilə bağlayacaqdır. Paytaxt metrosunun dörd xəttinin tikintisi başqa perspektivli layihədir. Metronun ümumi uzunluğu 160 kilometr təşkil edəcək və 69 stansiyadan ibarət olacaq.

Avtomobil nəqliyyatı Küveyt avtomobillərlə yüksək təmin olunmuş ölkələrdəndir: 2,25 insana 1 avtomobil düşür. Avtomobil nəqliyyatı ölkədə əsas yeri tutur. 2010-cu ildə asfalt döşənmiş və qrunt yollarının ümumi ölçüsü 6 608 kilometr təşkil edirdi. Gündüz yollar üzrə hərəkət nəqliyyat vasitələrinin miqdarına görə çətinlik yaradır. Xüsusilə bu hala Əl-Küveytdə rast gəlmək olar.

Küveytdə yol-nəqliyyat hadisələri nəticəsində yaranan ölüm faizi dünyada ən yüksək göstəricilərdən hesab olunur. Hər il bir neçə yüz insan həlak olur və minlərlə insan xəsarət alır. 2012-ci il ilk yarımillikdə yol hərəkəti qaydalarının pozulması üçün yazılmış cərimələrin miqdarı qeydiyyatda olan nəqliyyat vasitələrinin sayını ötmüşdür.

Dəmiryolu nəqliyyatının yoxluğunda ictimai daşınmalar demək olar ki, avtobus marşrutlarının hesabına tamamilə təmin olunur. 1962-ci ildə dövlət Kuwait Public Transportation Company şirkətini yaratmışdır. Bu şirkət avtobusları yerli və xarici marşrutlara əvəz edir. CityBus aparıcı şəxsi avtobus şirkətidiк. Bütün ölkə üzrə təxminən 20 marşrut xidmət edir. Başqa şəxsi avtobus şirkəti 2006-cı ildə əsasını qoyulmuş Kuwait Gulf Link Public Transport Services şirkətidir. Bir neçə daxili və beynəlxalq marşrutlara nəzarət edir.

Su nəqliyyatı thumb|Əş-Şüəyba limanı İran körfəzində yerləşən Küveytin əsas limanları aşağıdakılardır: Əş-Şüəyba; Əş-Şüveyx; Küveyt limanı; Mina-Abd-Allax; Mina-Əl-Əxmədi; Əz-Zaur (Mina-Suud).

2010-cu ildə Küveytin ticarət flotu 34 gəmidən (su təzyiqi 1000 t və daha çox) ibarət idi. Onlar arasında: 2 balker, 3 skotovoz, 6 konteyner, maye qaz üçün 4 tanker, 19 neft daşıyan tanker var. Küveytə aid olan 45 gəmi başqa ölkələrdə qeyd edilmişdir.

Hava nəqliyyatı 2013-cü il məlumatlarına görə Küveyt 7 beynəlxalq hava limanına malikdir. Həmçinin dördü beton örtüyə malikdir. Ölkədə 4 helikopter meydanı yerləşir. Küveyt Hava Limanı yeganə vətəndaş daşıyan Küveyt hava limanıdır.

Aviaşirkətlər Kuwait Airways şirkəti Küveytin milli aviaşirkəti hesab olunur. Loukoster Jazeera Airways Küveytin başqa aviaşirkətidir.

Boru kəməri nəqliyyatı 2013-cü il məlumatlarına görə Küveyt 261 kilometr qaz kəməri borularına malikdir. Neft məhsulları üçün 540 kilometr neft kəməri və 57 kilometr boru kəməri fəaliyyət göstərir.

İstinadlar

Kateqoriya:Küveyt