Xarimkotan adası () — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adanın şimal-qərbdən cənub-şərqə uzunluğu 13 km, eni isə 8 km, sahəsi 68 km² təşkil edir. Öz növbəsində Severqin vulkanının (1157 m) su səthi sahəsini təşkil edir. Sunajma burnunda Aynulara məxsus olmuş yaşayış məntəqəsinin qalıqları vardır. Şimalında yerləşən Severqin buxtasında isə eyni adlı tərk edilmiş yaşayış məntəqəsi mövcuddur. Kiçik şirin su axarına və gölə sahibdir. Ətrafında dəniz kələmi sıx su altı cəngəllik əmələ gətirir. Burada Şimal dəniz şirinə və nerpalara rast gəlinir. Adaya təhlükəsiz yan almaq üçün əlverişli yer yoxdur. 15 km şimal-şərqdən Onekotan adasından Altıncı Kuril boğazı, 29 km cənub-qətrbdən isə Şiaşkotan adasından Severqin boğazı ilə ayrılır.

Mənbə Adanın təsviri. Plan. Foto şəkillər.

Kateqoriya:Kuril adaları Kateqoriya:Asiya dağları Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Saxalin vilayətinin yaşayış olmayan adaları Kateqoriya:Rusiyadakı stratovulkanlar