Bala Kəhrizli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kəhrizli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd Mil düzündədir. Yaşayış məntəqəsini XIX əsrdə Kəhrizli (indiki Böyük Kəhrizli) kəndindən çıxmış ailələr salmışlar. Oykonim bala (kicik) və Kəhrizli (kənd adı) komponentlərindən düzəlib, "kicik Kəhrizli kəndi" deməkdir. Kəhriz isə yeraltı su yolu, su kəmərinə deyilir"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 107.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağcabədi rayonunun kəndləri