Azərbaycan ixtiraları və kəşflərinə Azərbaycanda tarixən və müasir dövrdə yaşamış xalqların və etnik azərbaycanlıların fəaliyyəti daxildir.

Qafqaz Alban mədəniyyəti Alban təqvimi. 352-ci ildən etibarən albanlar Misir sisteminə uyğun təqvim istifadə etməyə başlamışdılar.Абрамян А. Г. (арм.)русск.. Албанский календарь (рус.) // Материалы второй Закавказской конференции по историй науки. — Б.: Элм, 1967. Bu alban hökmdarı Urnayrın dövründə (313–371) baş vermişdir. Alban əlifbası. Erməni tarixçisi Koryuna görə alban əlifbası erməni dilçisi Mesrop Maştots tərəfindən erməni yepiskopu Ananiya və alban tərcüməçi Benyaminin köməyi ilə 420-ci illərin əvvəlində yaradılıb (və ya yenilənib). Bu alban hökmdarı Yesuagenin dövründə (424–444) baş vermişdir.Майсак Т. А. К публикации кавказско-албанских палимпсестов из Синайского монастыря // Вопросы языкознания. — М., 2010. — № 6. — С. 89. Qeyri-erməni ilkin mənbələr alban əlifbasının Mesrop tərəfindən yaradıldığını qeyd etmir.Avedis K. Sanjian. The World’s Writing Systems. Oxford University Press, 1996 — P.356.

Musiqi 200px|thumb|right|Azərbaycan tarı Qavaldaş. Qobustan dövlət tarixi-bədii qoruğunda qəbilə adamlarının maddi güzəranı üçün istifadə olunan daş musiqi qurğuları. Muğam. Mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir."Muğam "şumer" deyilən Azəri türkünün milli mənəvi sərvətidir"., Tariyel Vəli Azərtürk., SİETL., ABŞ., 2001., s. 4 Muğam operası. İlk nümunəsi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" muğam operasıdır. Simfonik muğam. 1948-ci ildə Fikrət Əmirov simfonik muğam janrını yaratdı. O, 3 simfonik muğamın: "Şur", "Kürd-ovşarı" və "Gülüstani Bayatı-Şiraz"ın müəllifidir. Caz-muğam. Vaqif Mustafazadə Azərbaycan milli musiqisi ilə caz elementlərini sintez edərək yeni musiqi janrı — caz-muğamı yaratmışdır. Rədif-dəstgah sistemi. Etnoqraflar tərəfindən farsdilli ərazilərin musiqi normalarına uyğun gəlmədiyi bildirilmiş, Jin Durinq isə bu sistemin birbaşa 12 muğam sistemindən gəlmədiyini, mənşəcə azərbaycanlılara uyğun göründüyünü qeyd etmişdir.Lucas, Ann E. "Ancient Music, Modern Myth." Music of a Thousand Years: A New History of Persian Musical Traditions, 1st ed., University of California Press, 2019, pp. 1–22. JSTOR, http://www.jstor.org/stable/j.ctv1f884pp.8 . Accessed 5 Mar. 2023.Laudan Nooshin (1998) The song of the nightingale: Processes of improvisation in dastgāh Segāh (Iranian classical music), British Journal of Ethnomusicology, 7:1, 69–116, DOI: 10.1080/09681229808567273 Balaban. Balabanın ilk nümunəsi Mingəçevir qədim yaşayış məskənində tapılıb. Sümükdən hazırlanmış eramızdan əvvəl I əsrə aid olan bu nəfəsli musiqi aləti balabanın ilk prototipi hesab olunur.К. А. Касимов. Народы Азербайджанской Советской Социалистической Республики. Азербайджанцы. Народное творчество / Под редакцией Б. А. Гарданова, А. Н. Гулиева, С. Т. Еремяна, Л. И. Лаврова, Г. А. Нерсесова, Г. С. Читая. — Народы Кавказа: Этнографические очерки: Издательство Академии наук СССР, 1962. — Т. 2. — С. 158. — 684 с. Laqqutu. Müxtəlif ölçülü iki dördbucaq ağac qutudan ibarət zərb aləti. Azərbaycanda Lerik , Astara, Masallı, Lənkəran, Cəlilabad rayonlarında daha çox istifadə edilir. Meyxana. Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrı. Azərbaycan tarı. 1875-ci ildə Mirzə Sadıq (Sadıqcan) tərəfindən Səfiəddin Urməvi və Mir Möhsün Nəvvabın nəzəri bilikləri istifadə edilərək yaradılmışdır.Ramiz Quliyev. Azərbaycan milli musiqi aləti — tarın formalaşması və təkmillışməsində Mirzə Sadıq Əsədoğlunun rolu (азерб.) // Musiqi dünyası. — Б., 2012. — S. 137–139. Azərbaycan tarı çox sürətli şəkildə İran Azərbaycanında, Ermənistanda, Gürcüstanda, bir müddət sonra isə Dağıstanda, Türkmənistanda, Özbəkistanda, Tacikistanda və Türkiyədə populyar olmuşdur.Ф. И. Челебиев Морфология дастгяха. — С.-Петербург, 2009.

İncəsənət Kəlağayı. İpək sapdan toxunmuş dördkünc formalı ənəvi Azərbaycan qadın baş örtüyü. Şəbəkə sənəti. Azərbaycan ustalarının yapışqan və ya mismarsız kiçik odun parçalarını rəngli şüşələrlə tamamlayaraq, hazırladığı pəncərə.К. М. Мамед-заде. Строительное искусство Азербайджана. — Баку: Элм, 1983. Tuğrayi‐şahi xətt növü. Ətiq Ordubadi tərəfindən ixtira edilmişdir.

Dil və ədəbiyyat Tuyuq. Klassik türk ədəbiyyatına məxsus olan tuyuq adlı dördlüklərin meydana gəlməsi də başlanğıcda Azəri ərazisində xalq ədəbiyyatının təsiri altında olmuş və sonradan Cığatay və Osmanlı ədəbiyyatlarına keçmişdi.M. F. Köprülü. Azəri. Bakı, "Elm", 2000, 115 səh. Sayaçılıq. Azərbaycan sayaçılığın əsil vətənidir. Fars işarət dili. Cabbar Əsgərzadə tərəfindən.

Kulinariya 200px|thumb|right|Gürzə yeməyi Çığırtma. Yumurtalı Azərbaycan yeməyidir. Adı yeməyin isti yağda pişərkən çıxartdığı səsə görə verilib. Növlərinə toyuq, lobya, badımcan, qiymə, ispanaq və Gəncə çığırtması daxildir. Çoban salatı. Mənbəyi Azərbaycan və Türkiyə mətbəxidir. Dolma. Azərbaycanda keçirilən Dolma festivalında Azərbaycanın 40 regionundan 300-dən çox dolma növü təqdim edilmişdir.Serdar Oktay and Saide Sadıkoğlu, Gastronomic Cultural Impacts of Russian, Azerbaijani and Iranian Cuisines, International Journal of Gastronomy and Food Science, https://doi.org/10.1016/j.ijgfs.2018.03.003 Dovğa. Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Döymənc. Azərbaycanın şimal-qərb bölgələrində hazırlanan məzə. Gürzə. Xəmirdən hazırlanan ət xörəklərindəndir. Əsasən çəkilmiş qoyun ətindən hazırlanır. Tərkibi zövqə görə ədvalarla zənginləşdirilə bilər. Gürzə əsasən qış aylarında hazırlanan xörəklər sırasına daxil edilir. Qoğal. Şirin qoğal və şor qoğal növləri var. Plov. Azərbaycanda plovun qırxdan çox növü var:Азербайджанская кухня , (Azerbaijani Cuisine, Ishyg Publ. House, Baku ) Badam plov, Cücə plov, Çoban-aşı, Çəkmə plov, Kişmiş plov, Şabalıdlı plov, Şeşəndaz plov, Şüyüd plov, Əvəlik plov, Mərci plov, Meyvə plov, Paxla plov, Toyuq plov, Çığırtma plov, Qır-qır plov, Qiymə plov, Xam-döşəmə plov, Səbzi-qovurma plov, Tər-çilov plov, Turşu-qovurma plov, Ov quşu ilə plov, Ali müsəmbə plov, Şirin plov, Lobya-çilov plov, Fisincan plov, Südlü plov, Kükü plov, Qiymə-çığırtma plov, Yarma plov. Şəkərbura. Xəmirin içinə fındıq, badam və ya qoz ləpəsinin (sürtgəcdən keçirilib xırdalanmış halda) şəkərlə qarışığı qoyulub, bükülməsi ilə əmələ gəlir. Badambura. Yoğrulmuş xəmir kündə lənir, yayılır, qat-qat yağlanır və kiçik da irələrə bölünür; hər dairənin arasına hil qatılmış iç (xırdalanmış badam və şəkər tozundan ibarət) qoyulur və kənarları bükülür. Fırında bişdikdən sonra üstünə şəkər tozü səpilir.

Oyunlar və idman Əlli səkkiz deşik oyunu. Abşeron və Qobustanın əlli səkkiz deşik oyun abidələrinin tapılması bu oyunun Misir mənşəli yox, cənub-qərbi Asiya, Qafqaz mənşəli olması ehtimalını yaradır.Crist W, Abdullayev R. Herding with the Hounds: The Game of Fifty-eight Holes in the Abşeron Peninsula. European Journal of Archaeology. 2025;28(1):61–80. doi:10.1017/eaa.2024.24 Azərbaycansayağı künc zərbəsi. 1994-cü ildə futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılıb. Taktiki gedişin əsas məqsədi futbolda künc zərbəsi zamanı topa yaxınlaşan futbolçu onu cərimə meydançasına doğru ötürür. Bu zaman topa doğru şığıyan 2 və ya 3 futbolçu topa toxunmayıb onu arxaya buraxır. Öncədən planlaşdırıldığı kimi sonuncu şəxs qapıya doğru zərbə vurur. Proqressiv şahmat. 2013-cü ildə şahmat əsasında yaranan altı nəfərlik rəngarəng intelektual oyun.

Elm və texnologiya TRİZ (İxtira məsələlərinin həlli nəzəriyyəsi). Genrix Altşuller və həmkarları tərəfindən.

Astronomiya və kosmonavtika 200px|thumb|right|Sputnik-1-in replikası Hacıbəy Sultanov Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərindəndir. Asteroidlər həlqəsinin Mars və Yupiterin arasında hərəkət edən bir neçə nisbətən böyük ilkin cisimlərin ardıcıl parçalanması nəticəsində əmələ gəldiyini əsaslandırmışdır. İlk süni peyk Sputnik-1. Kərim Kərimov həmtəsisçisidir. İlk pilotlu kosmik uçuş proqramı Vostok 1. Kərim Kərimov həmtəsisçisidir. İlk kosmik dok Kosmos 186 və Kosmos 188 (kosmik gəmilərin təmir yeri). Kərim Kərimov həmtəsisçisidir. İlk kosmik stansiyalar olan Salyut və Mir. Kərim Kərimov həmtəsisçisidir.Peter Bond, Obituary: Lt-Gen Kerim Kerimov , The Independent, 7 April 2003.Betty Blair (1995), "Behind Soviet Aeronauts ", Azerbaijan International 3 (3).

Biologiya Camışçılıq elmi. 1932-ci ildə Ağaxan Ağabəyli tərəfindən əsası qoyulmuşdur.Российская академия сельскохозяйственных наук: Биографическая энциклопедия / Отв. сост. И. В. Боровских; Под ред. Г. А. Романенко. — Тула: Гриф и К, 2004. — 616 с. — (Материалы к биобиблиографии академического состава Россельхозакадемии). — ISBN 5-8125-0460-1. Bəşirov metodu. Kənd təsərrüfatı heyvanlarının çoxaldılmasına, onların cins tərkibinin yaxşılaşdırılmasına, sağlam nəsil alınmasına, məhsuldarlığın 1000 dəfəyə qədər artırılmasına və s. kimi çox mühüm, böyük nəticələr əldə etməyə imkan verən bir metoddur.3 ölkənin milli qəhrəmanı olan alimimiz . aztoday.az, 14.05.2015 Bu metodun yaradıcısı akademik Eyyub Bəşirovdur.

Fizika Lev Landaunun kəşfləri. Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü və iki-komponentli neytrinoların nəzəriyyəsidir. Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Qaz lazer. Əli Cavan və Uilyam Benet tərəfindən. Lazerin güclənmə mərkəzində lazerin daxilolma gərginliyinin enmə rezonansı hadisəsi. Əli Cavan Uilyam Bennet və C. Lembornla birlikdə kəşf etmişdir. Mod kəsişmələrinin effekti nəzəriyyəsi. 1966-cı ildə Əli Cavan tərəfindən yaradılmış, 1969-cu ildə müşahidə edilmişdir.

Kimya Krekinqin buxar fazasında toluolun və stirolun yaranma mexanizmi. Şıxbala Əliyev tərəfindən. Selendəki anormallıqların idarə edilməsi. Həsən Abdullayev tərəfindən.

Riyaziyyat və məntiq Qeyri-səlis məntiq. Riyaziyyatın bir bölməsi olub, klassik məntiq və çoxluq anlayışlarını özündə ümumiləşdirir. Qeyri-səlis məntiq anlayışı 1965-ci ildə Lütfi Zadə tərəfindən irəli sürülmüşdür. Adi məntiqi məsələlərdə qiymət 1 və 0 olmalıdırsa, qeyri-səlis məntiqə aid məsələlərdə qiymətlər [0;1] intervalında olur.

Qeyri-səlis çoxluq. Çoxluq anlayışının element olmanın qiymətləndirilməsinə söykənən ümumiləşdirmədir.