Çexiya (çex. Česko) və ya rəsmi adı ilə Çex Respublikası () — Mərkəzi Avropada yerləşən dənizə çıxışı olmayan dövlət. Tarixən Bohemiya kimi tanınan ölkə cənubda Avstriya, qərbdə Almaniya, şimal-şərqdə Polşa və cənub-şərqdə Slovakiya ilə həmsərhəddir. Çex Respublikası əsasən mülayim kontinental və dəniz iqlimi olan 78.871 km². (30.452 kv. mil) ərazini əhatə edən dağlıq ölkədir. Paytaxtı və ən böyük şəhəri Praqadır. Digər böyük şəhərlərinə Brno, Ostrava, Plzen və Liberets daxildir.
Bohemiya hersoqluğu IX əsrin sonlarında Böyük Moraviyanın tərkibində qurulmuşdur. Rəsmi şəkildə 1002-ci ildə Müqəddəs Roma imperiyasının imperiya dövləti kimi tanındı və 1198-ci ildə krallığa çevrildi. 1526-cı ildə Mohaç döyüşündən sonra Bohemiyanın bütün kral torpaqları tədricən Habsburq monarxiyasına birləşdirildi. Təxminən 100 il sonra protestant Bohemiya üsyanı Otuzillik müharibəyə səbəb oldu. Ağ Dağ döyüşündən sonra Habsburqlar öz hakimiyyətini möhkəmləndirdilər. 1806-cı ildə Müqəddəs Roma imperiyasının dağılması ilə kral torpaqları Avstriya imperiyasının bir hissəsi oldu.
Çexiya XIX əsrdə daha çox sənayeləşdi və 1918-ci ildə böyük hissəsi I Dünya müharibəsindən sonra Avstriya-Macarıstanın dağılmasının ardınca Birinci Çexoslavakiya Respublikasının hissəsi oldu. Çexoslovakiya Mərkəzi və Şərqi Avropada bütün müharibələr arası dövr ərzində parlamentar demokratiya olaraq qalan yeganə ölkə idi.Timothy Garton Ash The Uses of Adversity Granta Books, 1991 p. 60 1938-ci ildə Münhen sazişindən sonra nasist Almaniyası sistemli şəkildə Çexiya torpaqlarına nəzarəti ələ keçirdi.
Çexoslovakiya 1945-ci ildə bərpa olundu və üç il sonra 1948-ci ildə dövlət çevrilişinin ardınca ardınca Şərq bloku kommunist dövlətinə çevrildi. Hökuməti və iqtisadiyyatı liberallaşdırmaq cəhdləri 1968-ci ildə Praqa baharı zamanı sovet qoşunlarının ölkəyə hücumu ilə yatırıldı. 1989-cu ilin noyabrında Məxməri inqilab ölkədə kommunist idarəçiliyinə son qoydu və demokratiyanı bərpa etdi. 31 dekabr 1992-ci ildə Çexoslovakiya sülh yolu ilə dağıldı, onun tərkib hissəsi olan Çexiya və Slovakiya respublikaları müstəqil dövlətlər oldu.
Çexiya unitar parlamentli respublika və qabaqcıl, yüksək gəlirli sosial bazar iqtisadiyyatına malik inkişaf etmiş ölkədir. O, Avropa sosial modeli, universal səhiyyə və ödənişsiz universitet təhsili olan sosial dövlətdir. Ölkə İnsan İnkişafı İndeksində 32-ci yerdədir. Çexiya BMT, NATO, Avropa İttifaqı, İƏİT, ATƏT, Avropa Şurası və Vişeqrad qrupunun üzvüdür.
Etimologiya
Ölkənin ənənəvi adı "Bohemiya" sözünün mənşəyi latın dilindən götürülüb. Belə ki, Boiohaemum "boiilərin evi" (qal qəbiləsi) mənasını verir. Hazırkı adı isə mənşəyini çex dilində Čech sözündün götürüb. Bu ad slavyan tayfasından () və rəvayətə görə onları Rip dağına məskunlaşmaq üçün Bohemiyaya gətirən liderləri Çexdən yaranıb.
Ölkə ənənəvi olaraq qərbdə Bohemiya (Čechy), şərqdə Moraviya (Morava) və şimal-şərqdə Çex Sileziya (Slezsko; tarixi Sileziya ərazisinin daha kiçik cənub-şərq hissəsi) olmaqla üç fərqli hissədə müxtəlif adlanır. XIV əsrdən bəri Bohemiya krallığının əraziləri kimi tanınan ölkəni Çex/Bohemiya əraziləri, Bohemiya krallığı, Çexiya və Müqəddəs Venkeslaus krallığı əraziləri kimi bir sıra adlarla adlandırıblar. Astriya-Macarıstan imperiyasının 1918-ci ildə süqutundan sonra ölkə müstəqilliyini yenidən qazananda çex və slovak millətlərinin vahid ölkə daxilində birləşməsini göstərmək üçün yeni Çexoslovakiya adı yaradıldı.
Çexoslovakiya 1992-ci ildə parçalandıqdan sonra Česko yeni dövlətin çex dilində qısa adı kimi qəbul edildi və Çexiya Xarici İşlər Nazirliyi ingiliscə forması üçün Çexiya adını təklif etdi. Bu forma o dövrdə geniş yayılmadı, beləcə demək olar ki, hər yerdə ingiliscə ad kimi Çex Respublikası uzun adından istifadə edildi. Çexiya hökuməti 2016-cı ildə Çexiyanın rəsmi ingiliscə qısa adı kimi istifadə edilməsinə qərar vermişdir. Qısa ad BMT tərəfindən siyahıya alınmışdır və Avropa İttifaqı, NATO, Mərkəzi Kəşfiyyat İdarəsi, Google Maps və Avropa Yayım İttifaqı kimi digər qurumlar tərəfindən istifadə edilir.
Tarix
İbtidai dövr Arxeoloqlar ərazidə paleolit dövrünə qədər gedib çatan ibtidai dövrə aid insan məskənlərinə dair qalıqlar tapıblar.
Antik dövrdə e.ə. III əsrdə baş vermiş keltlərin köçlərinin nəticəsində Bohemiya boii tayfaları ilə əlaqələndirilir. Boiilər müasir Praqanın yerləşdiyi ərazinin yaxınlığında oppidum qurdular. Daha sonra I əsrdə german tayfaları olan markomannilər və kvadlar burada məskunlaşdı.
Qara dəniz-Karpat ərazisindən gələn slavyanlar ərazidə məskunlaşdı. VI əsrdə hunlar qərbə Bohemiya, Moraviya və müasir Avstriya və Almaniyanın bir hissəsinə doğru irəliləmişdi.
VII əsrdə frank tacir Samo yaxınlıqdakı avarlara qarşı döyüşən slavyanları dəstəkləyərək Mərkəzi Avropada qeydə alınmış ilk slavyan dövləti olan Samo dövlətinin hökmdarı oldu. Moymir sülaləsinin idarə etdiyi Böyük Moraviya hersoqluğu VIII əsrdə yarandı. IX əsrdə (I Svatoplukun dövründə) frankların hücumlarına qarşı gələrək yüksəliş yaşadı. Böyük Moraviya Bizans missiyası Kiril və Mefodinin rolu ilə xristianlaşdırıldı. Slavaynlar ilk ədəbi və ayin dili olan qədim slavyan dilini və qlaqolitsa yazısını kodlaşdırdılar.
Bohemiya
left|thumb|Müqəddəs Roma imperiyasının tərkibindəki Bohemiya tacı torpaqları (1600-cü il). Çex torpaqları 1002–1806-cı illərdə imperiyanın bir hissəsi idi, Praqa isə 1346–1437-ci və 1583–1611-ci illərdə imperiyanın mərkəzi olmuşdur. Bohemiya hersoqluğu IX əsrin sonlarında Prjemıslovlar tərəfindən birləşdiriləndə yaranmışdır. Bohemiya 1002–1806-cı illərdə Müqəddəs Roma imperiyasının imperiya dövləti idi.
Alman köçəriləri XIII əsrdə Bohemiyanın ətrafında yerləşdi. Avropanı işğal edən monqollar Moraviyaya gəldilər, lakin Olomoukda məğlub oldular.
Bir sıra sülalə müharibələrindən sonra Lüksemburq sülaləsi Bohemiyanı ələ keçirdi.
Bohemiyada kilsə islahatlarına cəhdlər XIV əsrin sonlarında başlamışdı. Yan Husun davamçıları Roma kilsəsini bəzi praktikalardan uzaqlaşdırmış və Husçular hərəkatında (1419–1434) Siqismundun onlara qarşı başlatdığı beş xaç yürüşünü məğlub etmişdir. Növbəti iki əsr müddətində Bohemiya və Moraviya əhalisinin 90%-i husçu qəbul edildi. Pasifist mütəfəkkir Petr Jelçiski Roma Katolik kilsəsindən tamamilə ayrılan Moraviyalı qardaşlar hərəkatının (XV əsrin ortalarında) ilham mənbəyi olmuşdur. alt=Painting of battle between mounted knights|thumb|Husçular hərəkatı zamanı husçularla səlibçilər arasında döyüş; Jena kodeksi, XV əsr. 21 dekabr 1421-ci ildə uğurlu hərbi komandir və muzdlu əsgər olan Yan Jijka Kutna-Hora müharibəsində bir qrup qüvvəyə rəhbərlik etmiş və müharibə husçuların qalibiyyəti ilə bitmişdir. Jijka hazırda da milli qəhrəman kimi xatırlanır.
Bohemiya 1526–1627-ci illərdən sonra getdikcə Habsburqların qatı hakimiyyəti altına düşdü. Praqa 1583–1611-ci illərdə Müqəddəs Roma imperatoru II Rudolf və sarayının rəsmi mərkəzi idi.
Praqanın müdafiəsi və ardınca 1618-ci ildə Habsburqlara qarşı başlayan üsyan Otuzillik müharibənin başlanğıcı oldu. 1620-ci ildə Bohemiyadakı üsyan Ağ Dağ döyüşündə yatırıldı. Bohemiya üsyanının liderlərki 1621-ci ildə edam edildi. Zadəganlar və orta təbəqənin protestant nümayəndələri ya katolik olmalı, ya da ölkəni tərk etməli idilər.
1620-ci ildən XVIII əsrin sonlarına qədər davam edən dövr "Qaranlıq dövr" kimi tanınır. Otuzillik müharibədə çex protestantların ölkədən çıxarılması ilə birlikdə müharibə, xəstəlik və aclıq səbəbi ilə çex ərazilərinin əhalisi üçdə bir nisbətində azaldı.Oskar Krejčí, Martin C. Styan, Ústav politických vied SAV. (2005). Geopolitics of the Central European region: the view from Prague and Bratislava. p.293. Habsburqlar katoliklik xaric bütün xristian məzhəblərini qadağan etdi. Osmanlı türkləri və tatarlar 1663-cü ildə Moraviyanı işğal etdi."History of the Mongols from the 9th to the 19th Century. Part 2. The So-Called Tartars of Russia and Central Asia. Division 1". Henry Hoyle Howorth. p.557. 1679–1680-ci illərdə çex əraziləri Böyük Vyana vəbası və təhkimçilik üsyanları ilə qarşı-qarşıya qaldı."The new Cambridge modern history: The ascendancy of France, 1648–88". Francis Ludwig Carsten (1979). p.494. left|thumb|1618-ci ildə Praqanın defenstrasiyası Habsburqlara qarşı Bohemiya üsyanının başlanğıcına və buna görə də Otuzillik müharibənin birinci mərhələsinə səbəb oldu. Aclıq səbəbi ilə kəndlilər üsyanlar etdilər."The Cambridge economic history of Europe: The economic organization of early modern Europe". E. E. Rich, C. H. Wilson, M. M. Postan (1977). p.614. 1781–1848-ci illər aralığında təhkimçilik ləğv edilmişdi. Napoleon müharibələrinin bir neçə döyüşü hazırkı Çexiyanın ərazilərində baş tutmuşdu.
Müqəddəs Roma imperiyasının 1806-cı ildə süqut etməsi Bohemiyanın siyasi statusunun geriləməsinə yol açmışdı. Bohemiya Müqəddəs Roma imperiyasının seçki bölgəsi mövqeyini və siyasi təmsilini itirmişdi. Bohemiya əraziləri Avstriya imperiyasının tərkibinə qatılmışdı. XVIII–XIX əsrlərdə çex dili, mədəniyyəti və milli kimliyini yenidən canlandırmaq üçün Çex milli oyanışı yüksəlməyə başladı. Avstriya imperiyasının daxilində liberal islahatlar cə Bohemiya krallığının muxtariyyəti üçün çalışan Praqadakı 1848-ci il inqilabı yatırıldı.
Bohemiyada müəyyən güzəştlərin ediləcəyi güman edilirdi, lakin sonda imperator I Frans İosif sadəcə Macarıstan ilə razılaşma əldə etdi. Avstriya-Macarıstanın 1867-ci il müqaviləsi və Frans İosifin Bohemiya kralı olaraq taxta oturmaması bəzi çex siyasətçilərinin ümidlərini puça çıxartdı. Bohemiya kral əraziləri Sisleytaniya adlandırılan bölgənin bir hissəsi oldu.
Çex sosial-demokrat və mütərəqqi siyasətçiləri ümumi seçki hüququ uğrunda mübarizəyə başladılar. Kişilərin ümumi seçki hüququ ilə ilk seçkilər 1907-ci ildə keçirilmişdir.
Çexoslovakiya
alt=|thumb|Birinci Çexoslovakiya Respublikası keçmiş Avstriya-Macarıstan əhalisinin 27%-ni və sənayenin təxminən 80%-ni təşkil edirdi.Stephen J. Lee. Aspects of European History 1789–1980. Page 107. Chapter "Austria-Hungary and the successor states". Routledge. 28 January 2008. 1918-ci ildə Birinci Dünya müharibəsinin sonunda Habsburq monarxiyasının dağılması zamanı qalib gələn Antanta dövlətlərinə qoşulan müstəqil Çexoslovakiya Respublikası Tomaş Masarikin başçılığı ilə quruldu.Preclík, Vratislav. Masaryk a legie (Masaryk and legions), váz. kniha, 219 pages, first issue – vydalo nakladatelství Paris Karviná, Žižkova 2379 (734 01 Karviná, Czech Republic) ve spolupráci s Masarykovým demokratickým hnutím (Masaryk Democratic Movement, Prague), 2019, , pages 22–81, 85–86, 111–112, 124–125, 128, 129, 132, 140–148, 184–209. Bu yeni ölkə Bohemiya tacını özündə birləşdirdi.
Birinci Çexoslovakiya Respulikası keçmiş Avstriya-Macarıstan əhalisinin sadəcə 27%-ni təşkil edirdi, ancaq sənayenin təxminən 80%-ni təşkil edirdi. Bu da onun qərbin sənaye dövlətləri ilə rəqabətə girməsinə şərait yaradırdı. 1929-cu ildə 1913-cü illə müqayisədə Ümumi Daxili Məhsul 52%, sənaye istehsalı isə 41% artmışdı. Çexoslovakiya 1938-ci ildə dünya üzrə sənaye istehsalında 10-cu yerdə idi. Çexoslovakiya Mərkəzi və Şərqi Avropada iki müharibə aralığında liberal demokratiya olaraq qalan tək ölkə idi. Birinci Çexoslovakiya Respublikasının unitar dövlət olmasına baxmayaraq, başda almanlar (1921-ci ildə 23,6%), macarlar (5,6%) və ukraynalılar (3,5%) olmaqla azlıqlara müəyyən hüquqlar vermişdir. left|thumb|1968-ci ildə Varşava Müqaviləsi üzvlərinin Çexoslovakiyaya hücumu zamanı Praqa.