Qaracoran, Qaraceyranlı, Qaracaverən — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Mənbədə Qaracuran kimidir
Tarixi Rayon mərkəzindən 10 km şimalda, Gərni çayının yanında, Zəngi çayından axan arxın sağ tərəfində yerləşir.
1972-ci il martın 15-nə kimi, yəni Nairi rayonu yaradılana kimi Əştərək rayonunun tabeliyində olmuşdur. Erməni mənbələrində kəndin adı Qaraceyranlı, Qaracaviran, Qaracaveran, Qaraceyran formalarında da qeyd edilmişdirHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.381. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qaraca ərən formasındaİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.77, Qafqazın 5 verstlik xəritəsində Qaracaran kimiД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s. 116 qeyd edilmişdir.
Toponimi Toponim xəzərlərin qaraçor (>qaracor) türk etnoniminəГейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.46 cəmlik bildirən -an şəkilçisinin artırılması ilə əmələ gəlib "qaraçor" (>qaracor) tayfasının yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Digər adı Qaracaverən, yə'ni "Qaraca xarabalığı" XIX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Aragyuğ (Arakənd) qoyulmuşdur.
Əhalisi Kənddə 1878-ci ilə kimi yalnız azərbaycanlı yaşamışdır. 1829-cu ildə kənddə Türkiyədən gəlmə ermənilər yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. Daha sonra Ermənilər buraya 1878-ci ildə, 1914–1922-ci illərdə Türkiyənin Bayazid, Qars, İqdır vilayətlərindən köçürülmüşdür.
Kənddə 1831-ci ildə 162 nəfər, 1873-cü ildə 233 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.22–23, 106–107. Kəndə 1878-ci ildə ermənilər köçürüldükdən sonra 1886-cı ildə 275 nəfər azərbaycanlı, 424 erməni, 1897-ci ildə 307 nəfər azərbaycanlı, 563 erməni yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.22–23, 106–107.
Mənbələrdə 1908, 1914, 1916-cı illərdə azərbaycanlılar və ermənilər qarışıq şəkildə göstərilmişdir. Ümumiyyətlə, burada azərbaycanlılar 1918-ci ilə kimi yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.23, 106–107.
Halbuki 1986-cı ildə İrəvanda erməni dilində çap olunmuş "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti" əsərində kənddə yalnız ermənilərin yaşadığı göstərilir.
Azərbaycanlılar 1918-ci ilin fevral ayında ermənilərin təcavüzünə məruz qalaraq, deportasiya olunmuşdurИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.219.
İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar 1922–25-ci illərdə öz doğma ocaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 14 nəfər, 1931-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.23, 107.
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948–49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Karbi kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri