Hadisələr 26 yanvar - Laybaxda (indiki Lüblin) Müqəddəs ittifaqın III Konqresinin açılması. 24 fevral - Meksikada İspaniya ağalığına qarşı üsyanın başlanması. Aqustin İturbide tərəfindən Meksikada İspaniya kralının başçılığı ilə konstitusiyalı monarxiya yaradılmasını nəzərdə tutan İqualın planının nəşr edilməsi. 2 mart - İspaniyada Evaristo Peresa de Kastronun başçılıq etdiyi hökumətin istefaya getməsi. 23 mart - Avstriya ordusu tərəfindən Neapolun tutulması və hər iki Siciliya krallığında inqilabın yatırılması. 23 aprel - Eysebio Bardayi Azaranın başçılığı ilə İspaniyada yeni hökumətin təşkil olunması. 12 may - Müqəddəs İttifaqın III Konqresinin bağlanması, İtaliyada inqilabi hərəkatın yatırılmasının qərara alınması. Rusiya tərəfindən Yunanıstanda azadlıq hərəkatına köməklik göstərməmək barədə öhdəliyin götürülməsi. 9 iyun - Paraqvayın İspaniya vətəndaşlarından təmizlənməsi və onların əksəriyyətinin ölkədən sürgün edilməsi. 29 iyun - Simon Bolivarın ordusunun təntənəli şəkildə Karakasa daxil olması. 6 iyul - İspaniya ordusunun döyüşsüz olaraq Perunun paytaxtı Limanı tərk etməsi. Xose de San-Martinin inqilabi ordusunun Limaya daxil olması. 28 iyul - Sose de San-Martin tərəfindən Perunun müstəqilliyinin elan edilməsi. 10 avqust - Missuri ştatının Amerika Birləşmiş Ştatlarının tərkibinə daxil edilməsi. 15 sentyabr - Qvatemalanın İspaniyadan ayrılaraq müstəqilliyinin elan etməsi 23 sentyabr - Aqustin İturbidenin ordusunun İspaniya ordusu tərəfindən tərk edilmiş Mexikoya daxil olması. 1 oktyabr - Yeni Qranada ordusu tərəfindən İspaniyanın sonuncu dayaq məntəqəsi olan Kartaxen qalasının ələ keçirilməsi. 29 oktyabr - Kosta-Rikanın İspaniyadan ayrılaraq öz müstəqilliyini elan etməsi. 30 noyabr - Qvatemalanın paytaxtında Meksikaya birləşdirilmənin tərəfdarları ilə əlehdarları arasında toqquşmaların baş verməsi. Hindistanda Ram Mohan Ray ilk dəfə benqal dilində jurnal nəşr edilməsi. Çexiyada kəndli üsyanının baş verməsi. Meksikanın müstəqilliyinin elan edilməsi. Perunun müstəqilliyinin elan edilməsi. Moreyada yunanlar üsyan qaldırması. 8 oktyabr - Rusiya imperatoru I Aleksandrın fərmanı ilə Cənubi Qafqazda güzəştli ticarət tarifi tətbiqi.
Doğumlar Aşıq Ələsgər 11 noyabr - Fyodor Dostoyevski - rus yazıçısı. 7 dekabr - Albert Daniloviç Jamet - rus rəssamı. 10 dekabr - Nikolay Alekseyeviç Nekrasov - rus şairi. 12 dekabr - Qustav Flober -fransız yazıçısı 14 dekabr - Nikolay Fyodoroviç Şerbina - rus şairi. 25 dekabr - Klara Barton - Amerika Qırmızı Xaç cəmiyyətinin banisi. 29 dekabr - Dmitri İvanoviç Jurovski - rus mühəndisi.
Ölümlər 23 fevral - Con Kits, ingilis şairi. 5 may - I Napoleon Bonapart - Fransa imperatoru (Müqəddəs Yelena adasında) 20 iyun - İzidor Veys - Vilen universitetinin professoru, naşir, rəssam-qravür. 4 sentyabr - Xose Migel Karrera - 1811-1814-cü illərdə Çili prezidenti. 29 oktyabr - Mixail Vasilyeviç Milonov - rus şairi.