Bernar Binlin Dadye () — Kotd’İvuar yazıçısı, şair, dramaturq, jurnalist, siyasətçi.

Həyatı Fransız dilində yazır. Dakardakı məktəbdə təhsil almışdır. 1936–47-ci illərdə oradakı Qara Afrika Fransa İnstitunda işləmiş, demokratik mətbuat ilə əməkdaşlıq etmişdir; 1947-ci ildə vətəninə dönmüş, liberal ideyaları təbliğ etdiyinə görə həbs olunmuşdur (1950).

Fəaliyyəti 1953-cü ildə Kot-d’İvuar Folklor cəmiyyətini təsis etmiş, şifahi rəvayət və əfsanələrin toplanması ilə məşğul olmuşdur ["Afrika əfsanələri", (1954), "Qara sarğı" (1955) nağıllar kitabı]. Mədəniyyət naziri (1961–86) vəzifəsində fəaliyyəti və antimüstəmləkə pafosu ilə aşılanmış bədii yaradıcılığı ilə Afrika incəsənəti ənənələrinin qorunub saxlanmasına çalışmışdır: "Afrika necə varsa" (1950), "Günlər ötür" (1956) və s. şeir topluları; "Klembye" (1958), "Zənci Parisdə" (1959), "Nyu-Yorklu sahibkar" (1964) və s. roman-xronikaları; "Konqolu Beatriçe", "Küləyin arasından keçən səslər" (hər ikisi 1970), "Fırtına adaları" (1973) pyesləri və s. "Dərimin qaralığı", "Sən sən sahib" şeirləri Azərbaycan dilinə tərcümə olunmuşdur.Dadye// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 203.

Xarici keçidlər Bioqrafiyası Bir yol əsərinin rəyləri

İstinadlar Kateqoriya:Kot-d'İvuar yazıçıları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr şairləri Kateqoriya:Dramlar