Qanlı gədik — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda aşırım.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Haqqında Oronim qanlı sifəti ilə Azərbaycan dilində "dağ belində batıq"Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, "Elm", 1966. s.126, "hündür dağ arasında yol", "dağ keçidi, aşırım"Məmmədov N. Azərbaycanın yer adları (oronimiya), Bakı, "Azərnəşr", 1993. s.39 mənasında işlənən gədik sözündən əmələ gəlmişdir. 1918-ci ildə ermənilər həmin ərazidə azərbaycanlıları vəhşicəsinə qırmış, qan su yerinə axmışdır. Ona görə də bu dağ keçidi Qanlıgədik adlanmışdır.
Tarixi hadisə ilə bağlı yaranan mürəkkəb oronimdir.
Ədəbiyyatda Hamlet Əsədov bir şeirində yazır: Qanlı gədik, burda bir vaxt qan düşüb, Neçə igid vurulub atdan düşüb, Dildən-dilə indi bu dastan düşüb: Bir igidin al qanıdır hər lalə, O vaxtdandır qəmli axır şəlalə.
İstinadlar
Kateqoriya:Aşırımlar Kateqoriya:Erməni terrorizmi Kateqoriya:Qafan rayonu