Bacanaqlar — 2009-cu ildən 2019-cu ilə kimi Azad Azərbaycan TV-də yayımlanan komediya janrlı Azərbaycan teleserialı.
Məzmun Film-serial iki bacanağın başına gələn məzəli, bəzən isə tragikomik əhvalatlardan bəhs edir. Ümumi film rollarını götürdükdəysə, Talehin 3 həyat yoldaşı, 1 oğlu və 1 qızı, Qismətin isə 1 həyat yoldaşı, 1 qızı və 1 oğlu var. Həmçinin əvvəl bacanaq idilərsə, sonradan Taleh Qismətin bacısı ilə ailə qurmuş olur.
I və II mövsümlər Bir-birilə bacanaq olan Qismət və Taleh "Şıdırğı" adlı redaksiyada jurnalist kimi çalışırlar və sosial cəhətdən zəifdirlər. Elə bu səbəbdən də, ilk 100 seriyada onlar 5 kirayə ev dəyişirlər (Kürdəxanıda cücə kolxozunda, Sovetskidə həyət evində, Sahil qəsəbəsi Zığ, və Kubinkada bina evlərində). Lakin onlar təkcə bacanaq deyillər, həm də Talehlə Qismətin ailələri bir-birilərinin kəndçiləridir, yerlidirlər. Məsələn, seriyada Yuxarı Çəngəlli, Aşağı Çəngəlli, Çatanaqoyanlar kimi həqiqətdə Azərbaycanda mövcud olmayan kənd/qəsəbə adları səslənir. Şərhçilərin fikrincə, danışdıqları ləhcələri və ailədaxili adət-ənənələri onların təxminən Xankəndi-Tərtər bölgəsindən olduğuna eyham verir. Onlar Bakıya köçməzdən əvvəl (daha doğrusu əvvəl Qismət ailəsiylə, sonra Yediyarın ailəsi və onunla birgə yaşayan Talehgil) eyni kənddə yaşamışdırlar, Qismət əvvəllər məktəbdə əmək-idman müəllimi olub və qohum-əqraba arasında ən savadlı insan məhz odur. Həmçinin, Bəsti də həmən məktəbdə ədəbiyyat müəlliməsi olub, hətta Namiq Qaraçuxurlu onun tələbəsiymiş. Son serialarda evin kiçik kürəkəni Talehin etdiyi fırıldaqçılıqlardan peşman olaraq xarici ölkəyə getməsi, mehriban ailə üzvlərinin evi bir-bir tərk etməyi və həmin redaksiyanın da müflisləşərək bağlanması görüntülənir.
Maraqlı Faktlar Bacanaqlar Azərbaycanın ən uzun serialıdır. Bu serial həm də ən çox aktyor və qonaq-aktyorlarının çoxluğu ilə seçilir. Azərbaycan kino tarixində sponsorların reklam edilməsi də ilk dəfə bu serialda görülüb. Ənənəvi olaraq, hər seriyanın sonunda mütləq alınmayan gülməli kadrlar bir-neçə dəqiqə göstərilir. Yeganə rol Vəfadır ki, seriya ərzində 3 fərqli aktrisa (ilk 2 mövsüm Ülviyyə Əliyeva, növbəti 2 mövsüm Ləman İmanova və son 1 mövsüm Könül Şahbazova) tərəfindən canlandırılmışdır. Bacanaqlar serialındakı hər mövsüm təxminən 40–45 seriyadan ibarət olur və bəzi mövsümlərin öz adı belə vardır.
Filmin heyəti
Film üzərində işləyənlər Layihə rəhbəri: Elməddin Cəfərov Quruluşçu rejissor: Orxan Ali Baş redaktor: Ənvər Abbasov Ssenari müəllifləri: Elnur Hüseynov, Tərlan Nur-Yaşar, Samid Ağayev, Fuad Rəsulzadə Rejissor assistenti: Elçin İbrahimov Montaj: Səbuhi Əhmədov, Zahid Canatov Qrim: Aybəniz Hüseynova Operatorlar: Rövşən Əkbərli, Nurani İsgəndərov, Elvin Zeynalov Səs rejissoru: Vüsal Həsənli Sürücülər: Niyaməddin, Rövşən Kastinq: Elnur Orucov Koordinatorlar: Yadigar Yusifoğlu, Əli Mürşüdov, Kənan Piriyev İcraçı prodüser: Mənsur İbrahimov Baş prodüser: Elməddin Cəfərov
Mövsümlərin adları və seriyaları '''Bacanaqlar''' (1–236-cı seriyalar), '''Köhnə Bacanaqlar''' (237–240-cı seriyalar), '''Eks-Bacanaqlar''' (241–324-cü seriyalar), '''Eks-Bacanaqlar. Şərikli Ev''' (325–326-cı seriyalar), '''Bacanaqlar. Şərikli Ev''' (327–364 seriyalar), '''Bacanaqlar. Yeznə-Qayın''' (365–404-cü seriyalar), '''Bacanaqlar. 10 İl''' (405-ci seriyadan).
Rollarda Aktyor Rol Mövqeyi Elməddin Cəfərov Taleh Bəstinin oğludur. Mətanətin və Xəyalənin həyat yoldaşıdır. Elnur Hüseynov Qismət Mətanətin qardaşı Fatma Mahmudova Bəsti Talehin və Sevdanın anası Firəngiz Mütəllimova Ceyran Talehin və Qismətin keçmiş qayınanası Fidan Axundova Mətanət Talehin 2-ci həyat yoldaşı Nigar Mahmudova Sevda Bəstinin qızı Nərgiz Mütəllimova Nərgiz Qismətin və Ceyranın işcisi Pərvin Abıyeva Delya Mətanətin köhnə rəfiqəsi Cavidan Novruz Ramiz Sevdanı qaçıran oğlan Fərda Xudaverdiyev Şahbaz Razinin kürəkəni Arzu Rzayev Razi Şahbazın qayınatası Ənvər Abbasov Abbas Talehin yeznəsi Günay Əhməd Çinarə Razinin qızı Nərmin Hüseynova Minarə Razinin qızı
I və II mövsümlərdə (1–98) əsas və ikinci dərəcəli rollar Aktyor Rol Mövqeyi Elməddin Cəfərov Dünyamalıyev Taleh Kiçik bacanaq, Bəstinin ilk oğlu, fırıldaqçı müxbir Elnur Hüseynov Qismət Böyük bacanaq, Vəfanın həyat yoldaşı, müxbir Ülviyyə Əliyeva Vəfa Qismətin ilk xanımı, idman müəlliməsi, Arzunun böyük bacısı Xəyalə Quliyeva Dünyamalıyeva Arzu Talehin ilk həyat yoldaşı, tibb bacısı Nihat Cəfərov Dünyamalızadə Kamran Taleh və Arzunun böyük oğlu, məktəblidir Sara Şükürova Fəridə Qismətin məktəbli qızı Fatma Mahmudova Dünyamalıyeva Bəsti Talehin müğənni anası, ümumən 8 oğlu və 5 qızı var Firəngiz Mütəllimova Ceyran Talehlə Qismətin müğənni qayınanası, ümumən 2 qızı var Zöhrə Abdullayeva Zərnişan Qismətin rayonda yaşayan anası Arif Quliyev Bahadur Qismətin savxoz müdiri atası, ümumən 2 oğlu və 3 qızı var Yaşar Nuri Nobel (əsl adı Nofəl) Bacanaqların yaşadığı IV evin kirakeşi, fizik Tərlan Nur Yaşar Xansuvar "Şıdırğı" qəzetinin ilk müdiri, 7 qardaş 1 bacının ilki Teymur Məmmədov Mirzəyev Teymur (Timati) "Şıdırğı" qəzetinin ikinci müdiri, Xansuvarın sinif yoldaşı Ənvər Abbasov Polis Gülənvərqulu Sahə müvəkkili Sehri Rəhimova Məsmə (Masya) Redaksiyada ilk katibə Kənan MM Vüsal Məsmənin idmançı sevgilisi Ramin Hacıyev Məhəbbət Şıxalıyev Redaksiyaya tez-tez baş çəkən avara Xanım Qafarova Xanımbacı Şıxalızadə Məhəbbətin anaəvəzi xalası Məcid Hüseynov Simuzərov Həsrət, Yasinqulu Xansuvarın Qırğızıstandan gələn bacıoğlusu, ilk seriyada molla Valeh Əhmədov Valeh Kolbasa şirkətinin reklam mütəxəssisi Esmiralda Əliyeva Esya Redaksiyada ikinci (yeni) katibə Elmir Ağayev Murad Esyanın idmançı nişanlısı Kənan Piriyev Hayıl Qəzet satıcısı Rüfət Şahbazov Mayıl Qəzet satıcısı, Hayılın kiçik qardaşı Hikmət Zamanov Yardımqulu Ailə həkimi Faiq Ağamalıyev Həciqulu, dəllal Hikmət&Nemət Yeganə şəxsdir ki, serial ərzində 3 rol canlandırmışdır Lalə Quliyeva Həkiməxanım Tibb bacısı, Arzunun iş yoldaşı Telli Hüseynova Şəfiqə Həsrətin sevib qaçırtdığı qadın Ləman Hacıyeva Rəfiqəbanu Şəfiqənin azyaşlı qızı Elsevər Mehdizadə Oğlanbala, mühafizəçi İki rol — Şəfiqənin oğlu və Teymurun mühafizəçisini canlandırıb Azər Baxşəliyev Supulu yığan Azər, Cahandar İki rol — Şəfiqənin ilk sevgilisi və Teymur müəllimin oğlunu ifa edib Nüşabə Ələsgərli Varlı qaraçı Gülnabad Talehin borclu olduğu varlı qaraçı xanım Nemət Namazov Hətələmbala Yalnız ilk seriyada görünən qonaq gələn qonşu Cəfər Səlimov Nəlbəki Arazcan Yalnız ilk seriyada görünən çayçı Vüqar Axundov Gülüşqulu, Nərbala Bir seriyada kloun, digərində Teymurun yeni mühafizəçisi Təranə Səmədova Təranəbanu Redaksiyayla üzbəüz yaşayan qonşu Nahidə Orucova Aynabad Nobeli dənizdə boğulmaqdan xilas edən yaşlı qadın Elnurə Məmmədova Nara (Nargilə) Talehin sevdiyi Nobeli xilas edən qız Nəzrin Məmmədova Veranika (Vera) Qismətin sevdiyi Nobeli xilas edən rus qız Ülviyyə Hacılı Qonşuxanım Talehlə Qismətin Sahildəki evlərinin qonşusu Mehmet Şamil Bəbir bəy Xarici ölkədən gələn fırıldaqçı Sayqa Məmmədova Falçı Süriyyə Talehin borclu olduğu öncəgörücü xanım Elman Sənanlı Elman müəllim Qəzetdə reklamını yerləşdirən şirkət müdiri Çyan Sen Dju Kitaybala Çindən gələn cavan satıcı oğlan Rəhman Rəhmanov Rəhmanağa Qəza törədərək Ceyrana xəsarət yetirən Qazel sürücüsü Rövnəq Həsənli Zəfərxan Ev təmiri üçün "Zəfəroğlu" İnşaatdan gələn işçi Nigar Babayeva Səfiyyə Qisməti sevgilisi zənn edən ruhi xəstə Alamdar Manafov Əli Əsmanın sevgilisi Polad Həsənli Mister Herrman Xansuvarı İngiltərəyə göndərən ingilis xeyriyyəçi
Qeyd: Yuxarıdakı siyahıda 48 nəfər aktyor üzrə 54 rol qeydə alınmışdır. İki mövsümdə də tez-tez bəzi adlar çəkilir ki, bu şəxslərin heç-biri seriya ərzində iştirak etmirlər: Ceyranın həyat yoldaşı Yediyar (yaxud Yadigar), Talehin babası Şıxəli, Talehin borclu olduğu Çingiz və Dursun müəllim, Ceyranın kiçik bacısı Maral, Vəfanın işlədiyi trenajor zalının müdirəsi Tofiqə, Ceyran və Zərnişanın adaş anaları Fəridə, Xansuvarın yeganə bacısı Simuzər, lakin tez-tez Talehin borcu olduğu başqa şəxslər kadrlarda görünür. Eləcə də, bir-çox tanınmış müğənni və televiziya xadimləri də epizodik rollarda (məsələn, Xoşqədəm Hidayətqızı, Elçin Cəfərov, Röya Ayxan, Elariz Məmmədoğlu, Zaur Baxşəliyev və s.) iştirak etmişdirlər. Həmçinin, serialdan bu məlum olur ki, Bəstinin adı çəkilməyən və tez-tez həbsə düşən ikinci qızı evin dördüncü qızını belə qətlə yetirmişdir.
III və IV mövsümlərdə (99–192) əsas və ikinci dərəcəli rollar