Ani zərbə () filmi rejissor Klint İstvud tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Məşhur "Çirkin Harri"nin yeni macəralarıdır. Detektiv Harri Kallahan bu dəfə müəmmalı qətl işini araşdırır. Filmdə əsas rolları Klint İstvud, Sondra Lok, Pet Hinql, Bredford Dillman, Pol Dreyk və Odri Ninen ifa edirlər.
Məzmun Detektiv Harri Kallahan müəmmalı qətl işini araşdırır. Onun bu araşdırması San-Fransisko merinin ürəyincə deyil. Harri qətlin qurbanlarından birinin izilə San-Paulo şəhərinə gəlir. O, burada seriyalı qatil Cennifer Spenserin izinə düşür. Bu qadın onu və kiçik bacısını vaxtilə zorlayan kişiləri öldürür. Lakin, bu işi araşdıran Harrini San-Paulo polisi də narazılıqla qarşılayır və hər vəchlə onun şəhəri tərk etməsini istəyirlər...
Rollarda Klint İstvud- Harri Kallahan Sondra Lok — Cennifer Spenser Pet Hinql — kapitan Cenninqs Bredford Dillman — kapitan Briqqs Pol Dreyk — Mik Odri Ninen — Rey Parkins
İstinadlar
Həmçinin bax ABŞ filmlərinin siyahısı
Xarici keçidlər Filmi izlə (azərbaycan dilində) IMDB
Kateqoriya:1983-cü ilin filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:Cinayət filmləri Kateqoriya:Triller filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:ABŞ-nin polis detektiv filmləri Kateqoriya:ABŞ-nin zorlama və qisas haqqında filmləri Kateqoriya:ABŞ-nin viqilante filmləri Kateqoriya:San-Fransisko haqqında filmlər Kateqoriya:1983-cü ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:Las-Veqas haqqında filmlər Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:İtlər haqqında filmlər