Üstüzən () — öz cinsinin yeganə yarımnövüdür. Az saylıdır.
Xarakterik morfoloji əlamətləri Başı böyükdür, bədən uzunluğunun 26.0%-nə qədərini təşkil edir. Pulcuqları bədənə möhkəm yapışıb. Ağız başın ucunda yerləşir. Bel üzgəci bədənin nisbətən geri hissəsində yerləşir. Bədənin yanları uzunu tünd rəngli zolaq gedir. Pulcuqların dal kənarlarında sıra ilə tünd nöqtələr yerləşir. Xırda balıqdır, uzunluğu 40 mm-ə, kütləsi 820 mq-a qədər olur.
Yaşayış yeri və həyat tərzi Göl tipli, zəif sürətlə axan, dibi lili, su bitkiləri ilə zəngin su hövzələrində yaşayır. Yarımpelegial həyat tərzi keçirən oturaq balıqdır. Əksər fərdləri 1 il yaşayır, kürütökmədən sonra tələf olurlar. Fərdi inkişaf forması tam çevrilmə ilə gedir. Həyat sikli kürü, sürfə, körpə, yaşlı fərd şəklində olur.Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
Yayılması Azərbaycanda bir yarımnövü (Leucaspius delineatus delinecatus) yayılmışdır. Üstüzənin (Leucaspius delineatus) bir yarımnövü vardır. Azərbaycanda Aşağı Kür hövzəsində, Kiçik Qızılağac körfəzində və ona tökülən çayların (Qumbaşı və Viləşçay) mənsəb hissələrində rast gəlinir.
Sayı Az saylıdır.
Cinsi statusu və çoxalma xüsusiyyətləri Çoxalma kürütökmə yolu ilə olur. Kürütökmə aprelin axırlarından başlayır avqustun sonuna qədər davam edir. Kürülərini hissə-hissə tökür. 1 dəfə, orta hesabla 247 ədəd kürü verir.Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
Rasionu Başlıca olaraq plankton canlılarla, rotatorilər, kopepodlar və qismən detridlə qidalanır. Nisbətən iri fərdləri havadan suya düşən cücüləri də yeyir.
Biomüxtəliflikdə rolu Biomüxtəlifliyin bir kompanentidir. Onurğasız heyvanlarla qidalanır, özləri isə digər yırtıcı balıqların, sürünənlərin və balıqyeyən quşların qidasını təşkil edir.
Düşmənləri Yırtıcı balıqlar (sıf, naxa, durnabalığı və s.), sürünənlər, balıqyeyən quşlar və balıq parazitləri.
İnsan həyatına təsiri Vətəgə və təsərrüfat əhəmiyyəti yoxdur. Vətəgə əhəmiyyətli balıqların qida şəriki olmaqla müəyyən qədər ziyan verir.
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır. Azsaylı olduğundan qorunma tədbirləri həyata keçirilməlidir.
İstinadlar
Ədəbiyyat Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
Kateqoriya:Çəkilər Kateqoriya:Rusiya balıqları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Danimarka balıqları Kateqoriya:Yunanıstan balıqları Kateqoriya:Bolqarıstan balıqları Kateqoriya:Avstriya balıqları Kateqoriya:Belçika balıqları Kateqoriya:Xorvatiya balıqları Kateqoriya:Rumıniya balıqları Kateqoriya:Fransa balıqları Kateqoriya:Ukrayna balıqları Kateqoriya:Norveç balıqları Kateqoriya:Niderland balıqları Kateqoriya:Almaniya balıqları Kateqoriya:İtaliya balıqları Kateqoriya:Estoniya balıqları Kateqoriya:Monteneqro balıqları Kateqoriya:Çexiya balıqları Kateqoriya:Macarıstan balıqları Kateqoriya:Serbiya balıqları Kateqoriya:Slovakiya balıqları