() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Hündürlüyü 10-15 (20) sm, gövdəsi sadə və ya nazik tək budaqlı çoxillik ot bitkisidir. Kök yumruları kiçikdir, diametri 7-15 mm olub, şarşəkillidir, bərkdir və boz-qonur rəngdədir. Yarpaqlarının sayı 2 ədəddir, kifayət qədər uzun saplaq üzərində yerləşmişdir, uzunsov-xətvari dilimləri olan, ikiqat üçərdir. Çiçəkləri qısa, seyrək, azçiçəkli salxımda toplanmışdır. Çiçəkaltlığı üç bölümlüdür. Çiçək tacı ağ və ya tutqun-sarı rəngdədir, uzunluğu 20-23 mm-dir; mahmızları kifayət qədər nazikdir, düz və kütdür. Qutucuq xətvaridir, uzunluğu 25 mm-ə qədərdir, 2-3 dəfə çiçək saplağından uzundur. Aprel ayında çiçəkləyir. May ayında meyvə verir.
Azərbaycanda yayılması Böyük Qafqaz (Quba nadir halda), Kiçik Qafqaz şimal, Kiçik Qafqaz mərkəzi, Lənkəran dağları aşağı və orta dağ qurşaqlarında.
Yaşayış mühiti Meşələrdə, meşə kənarında və kolluqlarda rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax