Karatedə dərəcə və kəmərlər Karatedə idmançıların bacarıq səviyyəsi və təcrübəsi kəmərlər vasitəsilə göstərilir. Ənənəvi olaraq dərəcələr aşağıdakı kimi sıralanır: Ağ kəmər Sarı kəmər Narıncı kəmər Yaşıl kəmər Göy kəmər Qəhvəyi kəmər Qara kəmər

Başlanğıc səviyyələr Kyu adlanır, qara kəmərdə isə alınan dərəcələr Dan adlanır. Ümumiyyətlə, 10 kyu və 10 dan dərəcəsi mövcuddur.

Təchizat Karatedə istifadə olunan əlcəklər əlləri zədədən qoruyur və həmçinin kumite zamanı təhlükəsizliyi təmin edir. Müasir yarış karate qaydalarına (məsələn, WKF) əsasən əlcəklər, diş qoruyucular, qoruyucu jilet və digər avadanlıqlar məcburidir.

Azərbaycanda karate Azərbaycanda karate uzun illərdir inkişaf edir və müxtəlif üslublar (o cümlədən ənənəvi və idman karate) üzrə təlim keçirilir. Karatenin inkişafına töhfə vermiş tanınmış ustadlar arasında aşağıdakılar qeyd olunur: Ülvi Quliyev Füzuli Musayev Əhməd Hətəmov Həmdiyyə Məmmədov Mirəli Seyidov Oqtay Məmmədov Allahverdi Rüstəmov Elçin Mehdizadə Maarif Bağırov Talıb Berzigiyarov və digər məşhur müəllimlər.

thumb|right

Karate, tam adı karate-do (Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol") - yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır. Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. left|thumb|Traditional Dojo - Shurei no yakata at Karate Kaikan, Tomigusuku Naha Okinawa

Karate hazırda olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növü mövcuddur.Bunlardan biri Goju-ryu; Shotokahan və s.

Kateqoriya:Döyüş sənəti terminologiyası Kateqoriya:Yapon dilində sözlər və ifadələr Kateqoriya:Yaponiyada idman Kateqoriya:Yay olimpiya idman növləri