İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi illik göstəricidir.
Birinci mərhələdə İndeks Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionu dövlətləri və bir sıra inkişaf etmiş ölkələr (cəmi 37 ölkə) üçün hesablanmışdır. 2015-ci ilin Hesabatına müxtəlif inkişaf səviyyəsinə malik və dünyanın fərqli regionlarını əhatə edən daha 25 dövlət üzrə hesablamalar əlavə edilmiş və təhlil olunan ölkələrin sayı 62-yə çatdırılmışdır. 2016-cı ildə tədqiq olunan ölkələrin sayı 99-a çatmışdır.
İndeks haqqında Hansı siyasi-iqtisadi məfkurəni rəhbər tutmalarından asılı olmayaraq, bütün dövlətlər və siyasi qruplar ictimai rifahın yüksəlməsini özlərinin son məqsədi elan edirlər. Solçu siyasi-iqtisadi məfkurəyə görə, həmin məqsədə çatmağın ən "qısa" və düzgün yolu dövlətin fəal tənzimləmə tədbirləri həyata keçirməsindən, sağçı məfkurəyə görə isə, iqtisadiyyatın "sərbəst buraxılması"ndan keçir. Bu iki fəlsəfə (solçuluq və sağçılıq) arasındakı rəqabət müasir dünyada siyasi-iqtisadi inkişafın əsas təkanverici qüvvələrindəndir.
Dövlətin iqtisadiyyata müdaxilə formaları arasında modelyaradıcı müdaxilə formalarını ayrıca təsnifləşdirilir. Bunlar elə müdaxilə formalarıdır ki:
iqtisadi modellər, ilk növbədə, belə müdaxilələrin səviyyəsinə görə fərqlənir. Məsələn, daxili bazarın qorunması məqsədilə idxalın məhdudlaşdırılması xarici ticarət rejiminin liberallıq səviyyəsini və dolayısı ilə həm də iqtisadi sistemin ümumi liberallıq səviyyəsini aşağı salır. Bu o deməkdir ki, xarici ticarətin tənzimlənməsi modelyaradıcı müdaxilədir. Maliyyə bazarında dövlətin həyata keçirdiyi valyuta intervensiyaları isə iqtisadiyyata liberallıq və ya inzibatilik xüsusiyyətləri vermir və deməli, modelyaradıcı müdaxilə deyil; ikiqütblüdür. Məsələn, xarici ticarətin tənzimlənməsi qarşısında dayanan və mahiyyətcə bir-birinə əks olan hədəflərin hər ikisi – idxalın sərbəstliyi və daxili bazarın qorunması – "yaşamaq haqqına" sahibdir. Bunlar cəmi vahidə bərabər olan toplananlardır (biri artdıqda digəri azalır). Eyni zamanda eyni məhsul və xidmətlər üzrə (yaxud bütövlükdə ölkə üzrə) həm idxalın sərbəstliyini yüksəltmək, həm də daxili bazarın qorunmasını gücləndirmək mümkün deyil; siyasi rəqabət predmetinə çevrilir. Məsələn, solçular üçün daxili bazarın qorunması, sağçılar üçünsə xarici ticarətin liberallığı, bir qayda olaraq, daha yüksək prioritetdir.
Solçuluq və sağçılıq təkcə dünyagörüşlərini deyil, real iqtisadiyyatları da səciyyələndirir. Hər konkret zaman kəsiyində hər bir ölkənin iqtisadiyyatı dövlətin ona müdaxiləsinin modelyaradıcı formalarının səviyyəsindən asılı olaraq solluq və ya sağlıq əlamətləri alır. Belə formalarda dövlətin iqtisadiyyata müdaxiləsi nə qədər yuksəkdirsə, iqtisadiyyat bir o qədər daha soldadır və əksinə, nə qədər aşağıdırsa, bir o qədər daha sağdadır.
İqtisadiyyatın solluğu-sağlığı ölçüyəgələndir və İS(S)İ vasitəsilə ölçülə bilər. Hər bir konkret ölkə (və ya ölkələr qrupu) üçün İS(S)İ bunu ifadə edir ki, onun iqtisadiyyatı hansısa başqa bir ölkənin (ölkələrin) iqtisadiyyatına nəzərən daha solçu, digərinin (digərlərinin) iqtisadiyyatına nəzərən daha sağçı iqtisadiyyatdır. İndeks həm də iqtisadiyyatın solluq-sağlıq dərəcəsini ölçür, yəni onu qiymətləndirməyə imkan verir ki, "A" ölkəsinin iqtisadiyyatı "B" ölkəsinin iqtisadiyyatına nisbətənnə qədər solda və ya sağdadır.
İqtisadiyyatın solluğu (sağlığı) indeksinin bütün dövlətlər üçün optimal sayıla biləcək bir qiyməti mövcud deyil. Liberal və dirijist iqtisadiyyatlara sahib olan müxtəlif dövlətlər istər iqtisadi inkişaf sahəsində, istərsə də sosial rifahın yüksəldilməsi sahəsində eyni dərəcədə uğur qazana bilir. Bir ölkəyə sağçılıq uğur gətirirsə, digərinin müvəffəqiyyətə doğru yolu solçuluqdan keçir. Üstəlik, İndeksin optimallıq sərhədləri həm də zaman içində dəyişir. Lakin bu və ya digər ölkədə İndeksin optimallığa nə dərəcədə yaxın olduğunu indikativ metodla, ilk növbədə iqtisadi artım tempi əsasında müəyyənləşdirmək mümkündür. İndikativ üsulla iqtisadiyyatın ayrı-ayrı sahələrinin solluq-sağlıq optimallığı da qiymətləndirilə bilər. Ölkə öz iqtisadiyyatının hansısa sahəsində idarəetməni liberallaşdırdıqda (və ya sərt tənzimləmə tədbirləri həyata keçirdikdə) onun inkişaf tempi digər sahələrlə müqayisədə yüksəlirsə, deməli, bu tədbirlər düzgün seçilmişdir və davam etdirilməlidir. Bununla belə, İqtisadiyyat İnstitutunun bəzi mütəxəssisləri hesab edirlər ki, hər bir ölkə üzrə İS(S)İ-nin ayrı-ayrı sub-indekslərinin optimallıq səviyyəsini (həndəsi ifadədə – "optimallıq sahəsini") nəzəri üsullarla da müəyyənləşdirmək mümkündür. Bunun üçün çoxmeyarlı riyazi modellər qurulmalıdır. Ayrı-ayrı ölkələrdə İS(S)İ-nin hər hansı konkret zaman kəsiyində (məsələn, illər üzrə) dəyişmələrinin təhlili iqtisadiyyatın liberallaşmasının (sağlaşmasının), yaxud dirijistləşməsinin (sollaşmasının) yaratdığı makroiqtisadi və sosial-iqtisadi nəticələri qiymətləndirməyə imkan verir. Bu, həmin ölkələr üçün optimal liberallıq həddinin müəyyənləşdirilməsinə (optimal inkişaf modelinin seçilməsinə) imkan verə bilər. Bu yöndə tədqiqatlar davam etməkdədir.
Metodologiya İqtisadiyyatın solluğu (sağlığı) indeksi, onun bütün sub-indeksləri və bunların alt-indeksləri 0–1 aralığında dəyişir. "0" – iqtisadiyyatın "mütləq sağlığını" (dövlətin iqtisadiyyata heç bir müdaxilə etməməsini), "1" – "mütləq solluğunu" (iqtisadiyyatın tamamən dövlət tərəfindən tənzimlənməsini) göstərir. Bütün göstəricilər 0–1 aralığına (Vi — Vmin) / (Vmax — Vmin) düsturu ilə gətirilmiş və bəzi hallarda 1-dən çıxılmışdır.
2015-ci il üçün İqtisadiyyatın solluğu (sağlığı) indeksi aşağıdakı altı sub-indeks əsasında hesablanmışdır (2014-cü ilin İndeksləri iki variantda hesablanmış, birinci varianta Sosial xərclər sub-indeksi də daxil edilmişdi): Dövlət maliyyəsi sub-indeksi (DM), Qiymətlərin tənzimlənməsi sub-indeksi (QT), Xarici ticarət sub-indeksi (XT), Lisenziyalaşdırma sub-indeksi (L), Məşğulluğun tənzimlənməsi sub-indeksi (MT) Minimum əmək haqqı sub-indeksi (MƏH)
İqtisadiyyatın solluğu (sağlığı) indeksi, onun bütün sub-indeksləri və bunların alt-indeksləri 0–1 aralığında dəyişir. "0" – iqtisadiyyatın "mütlə́q sağlığını" (dövlətin iqtisadiyyata heç bir müdaxilə etməməsini), "1" – "mütlə́q solluğunu" (iqtisadiyyatın bütünlükdə dövlət tərəfindən idarə edilməsini) göstərir. Xarici ticarət sub-indeksinin hər üç alt-indeksi və Məşğulluğun tənzimlənməsi sub-indeksinin Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi istisna olmaqla, bütün göstəricilər 0–1 aralığına (Vi — Vmin) / (Vmax — Vmin) düsturu ilə gətirilmişdir. Adı çəkilən alt-indekslər isə baza göstəricinin mahiyyətinə uyğun olaraq, (Vi — Vmax) / (Vmin — Vmax) düsturu ilə indeksləşdirilmişdir. Bəzi ölkələrdə iqtisadi tənzimləmənin ayrı-ayrı formaları üzrə (yəni ayrı-ayrı sub-indekslər üzrə) mütlə́q sağlıq və ya mütləq solluq halları olsa da, ümumən, hər hansı bir ölkə iqtisadiyyatının "mütlə́q sağ" və ya "mütləq sol" nöqtəyə düşməsi mümkünsüzdür. Odur ki, bütün ölkələr üzrə İS(S)İ 0 və 1 nöqtələrindən müəyyən kənarlaşmada yerləşir. 2015-ci ildə olduğu kimi, 2016-cı il üzrə hesablamalarda da sub-indeksləri formalaşdıran alt-indekslərin hər biri üzrə mümkün (və ya ehtimal edilən) minimal göstərici "Vmin", mümkün (və ya ehtimal edilən) maksimal göstərici "Vmax" olaraq qəbul edilmişdir. Qiymətlərin tənzimləməsi sub-indeksi istisna olmaqla, digər sub-indekslərin hesablanması metodologiyasında əsaslı dəyişiklik edilməmişdir.
Dövlət maliyyəsi sub-indeksi gəlirlərin vergilər vasitəsilə yenidən bölünməsinin səviyyəsini ifadə edir və öz növbəsində iki alt-indeksin – Büdcə xərcləri alt-indeksinin və Müəssisələrin vergi yükü alt-indeksinin cəbri ortası kimi hesablanmışdır. Büdcə xərcləri alt-indeksi büdcə xərclərinin ÜDM-də faizlə ifadə edilən pay göstəriciləri əsasında hesablanmışdır. Faktik informasiya BVF-in statistik bazasından əldə edilmişdir (). Vergi yükü alt-indeksi, modelləşdirilmiş özəl şirkətin bir il ərzində ödədiyi vergilərin onun illik mənfəətinə nisbəti göstəricilərinin əsasında sayılmışdır. Statistik məlumatlar Dünya Bankının "Biznes mühiti" hesabatından götürülmüşdür.
Əgər təhlil olunan ölkələr arasında resurs ixracatçıları olmasaydı, büdcə ÜDM-ə nisbəti müəssisələrin vergi yükünü (və ümumiyyətlə vergi yükünü) də adekvat əks etdirərdi. Büdcə vəsaitlərinin mühüm bir qismi neft-qaz fondlarından trasfertlərlə formalaşanda vergi yükü göstəricilərinin ayrıca nəzərə alınmasına ehtiyac yaranır. Bəzi araşdırma mərkəzləri vergi yükünü gəlir və mənfəət vergilərinin yuxarı həddi əsasında hesablayır, lakin yuxarı hədlə vergi ödənməsi əksər ölkələr üçün tipik deyil. Buna görə də Vergi yükü alt-indeksinin hesablanması üçün hipotetik şirkətin vergi yükü göstəricilərindən istifadə olunmuşdur. Nəzəri baxımdan, Dövlət maliyyəsi sub-indeksi gəlir vergisi vasitəsilə yenidən bölünən milli gəliri də əks etdirməlidir, amma bəzi ölkələrdə proporsional, digərlərində isə proqressiv vergi sistemi tətbiq edilir və onları vahid bir ölçüyə gətirmək yanlışdır. Hər iki alt indeks üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür.
Qiymətlərin tənzimlənməsi sub-indeksi qiymətlərin nə dərəcədə sərbəst əmələgəlməsini (sağ qütb) və eyni zamanda, dövlətin qiymətlərin formalaşmasına nə dərəcədə müdaxilə etməsini (sol qütb) ifadə edir. Sub-indeksin sıfıra yaxınlaşması qiymətqoymada liberallığın artmasını, birə yaxınlaşması isə qiymət tənzimlənməsinin güclənməsini ifadə edir. 2014-cü və 2015-ci illər üzrə tədqiqatlarda bu Sub-indeks iki alt-indeksin – Qiymət azadlığı alt-indeksinin və Monetar azadlıq alt-indeksinin sadə hesabi ortası kimi hesablanmışdı. 2016-cı il hesabatında isə nisbətən daha geniş anlamda həm monetar, həm qeyri-monetar, həm formal, həm də qeyri-formal qiymət tənzimləmələrini özündə əks etdirən alıcılıq qabiliyyəti pariteti (AQP) əmsallarından istifadə olunmuşdur. Hər bir ölkə üçün bu əmsal AQP ilə hesablanmış (beynəlxalq dollarla ifadə olunmuş) ÜDM həcminin cari ABŞ dollar ilə ifadə olunmuş ÜDM həcminə nisbəti kimi müəyyən edilmişdir. Hər iki göstərici sırası BVF-in statistik bazasından götürülmüşdür. AQP əmsalları, ölkələr üzrə qiymətlərin ümumi səviyyəsi ilə ABŞ-dakı qiymət səviyyəsinin müqayisəsini ifadə etməklə, həm də ölkələr arasındakı qiymət səviyyəsi fərqlərini müəyyənləşdirməyə imkan verir. Ölkələr arasında qiymət səviyyəsi fərqlərinin determinantları sırasında monetar qiymət tənzimləməsi (ən ümumi şəkildə iqtisadiyyatın monetizasiya səviyyəsi – milli valyuta ilə pul kütləsinin ÜDM nisbəti) və bəzi strateji məhsullar (məsələn, enerji) üzrə qiymətlərə yuxarı hədd məhdudiyyətlərinin tətbiqi ilk sıralarda dayanır. Hansı ölkələrdə monetizasiya səviyyəsi daha aşağı (bu, monetar qiymət tənzimləməsinin sərtliyini ifadə edir), eyni zamanda dövlət tərəfindən bir sıra məhsullar üçün rəsmi qaydada müəyyən olunmuş "tavan qiymət məhdudiyyətləri" həmin məhsulların real bazar qiymətindən daha aşağıdırsa (bu qeyri-monetar qiymət tənzimləməsinin sərtliyini ifadə edir), həmin ölkələrdə qiymətlərin səviyyəsi daha aşağıdır, başqa ifadə ilə, AQP əmsalı daha yüksəkdir. Bu baxımdan AQP əmsalı qiymət tənzimlənməsinin səviyyəsi üzrə beynəlxalq müqayisələr aparmaq üçün hazırda əlçatan olan göstəricilər arasında mənzərəni nisbətən daha dəqiq ifadə edənidir. AQP əmsallarının indeksləşdirməsi zamanı Vmin = 0,1, Vmax = 10 götürülmüşdür.
Xarici ticarət sub-indeksi xarici ticarətin liberallıq səviyyəsini (sağ qütb) və dövlətin bu sahədəki tənzimləmə tədbirlərinin sərtliyini (sol qütb) ölçür. Sub-indeksin sıfıra yaxınlaşması şirkətlərin xarici ticarət sərbəstliyinin artmasını, birə yaxınlaşması isə bu sahədə dövlət tənzimlənməsinin sərtləşməsini ifadə edir.