Skott-Hansen adaları — Kara dənizində yerləşən arxipelaq. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Qrupa daxil adalar tundra bitkiləri ilə örtülmüşdür. Mixaylov yarımadasından 20 km aralıda yerləşir. Qərbdə yerləşən ada nisbətən iridir. Ada 3 km uzunluğa malikdir. Adaların ayrılıqda adları yoxdur. Adaların ətrafları ilin qış mövsümü dönəmində buzla örtülü olur.
Skott-Hansen adaları Böyük Arktik qoruğu ərazisinə daxildir.
Adalar hərbi-dəniz donanmasının leytenantı Skott-Hansenin şərəfinə adlandırılmışdır. O Fram gəmisində Frityof Nansenin 1893-ci ildə təşkil etdiyi ekspedisiyada iştirak etmişdir.
Mənbə pubs.aina.ucalgary.ca «Böyük Arktik qoruğu»
Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Krasnoyarsk diyarı adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları