Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı () — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1960).
Həyatı Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı 15 mart 1911-ci ildə Bakıda dənizçi ailəsində anadan olub. Yeddiillik təhsil alıb. On altı yaşında Bakı Dənizçilər Evinin nəzdindəki dram dərnəyinə üzv olub. 1929-cu ilin payız teatr mövsümündə Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Yeni forma və üslub, məzmun və ifadə vasitələri sorağı ilə eksperimentlər aparan, həm uğur qazanan, həm müvəffəqiyyətsizliyin acısını dadan teatr bütün təzadlara baxmayaraq formalaşmaya doğru inamla addımlayırdı. Teatrın repertuar simasını müəyyənləşdirən tamaşalarda Əlihüseyn Qafarlı da oynayırdı. Bu kollektiv 1933-cü ildə Gəncə şəhərinə köçürülüb.
Əlihüseyn Qafarlı on ilə yaxın Gəncə Dövlət Dram Teatrında çalışıb. 1942-ci ildən ömrünün sonuna qədər (az fasilə ilə) Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və kollektivin ansambl kimi fəaliyyət göstərdiyi truppada aktyor işləyib.
Aktyor 5 oktyabr 1961-ci ildə Bakıda vəfat edib.
Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 may 1960 "Şərəf nişanı" ordeni — 9 iyun 1959
İfa etdiyi əsas rollar Gəncə Dövlət Dram Teatrında
Şeyx Abuzər ("Şeyx Sənan", Hüseyn Cavid) Aydın və Dövlət bəy ("Aydın", Cəfər Cabbarlı) Salmanov, Bərbərzadə ("Toy" və "Xoşbəxtlər", Sabit Rəhman) Professor ("Bahar", Məmmədhüseyn Təhmasib) Qurban kişi, İsgəndər əmi ("Həyat" və "Məhəbbət", Mirzə İbrahimov) Şapur, Kürd Musa ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun) Şvandiya ("Düşmənlər", Konstantin Trenyov) Qoca Moor ("Qaçaqlar", Fridrix Şiller) Teodoro ("Nə yardan doyur, nə əldən qoyur", Lope de Veqa) Brabansio və Yaqo ("Otello", Vilyam Şekspir)
Musiqili Komediya Teatrında
Soltan bəy, Mərcan bəy, Məşədi İbad ("Arşın mal alan", "Ər və arvad" və "Məşədi İbad", Üzeyir Hacıbəyov) Muradxan bəy ("Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov) Quluş bəy ("Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət Əmirov) Dursun ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov) Filipo ("Bayadera", İmre Kalman) Əlimərdan ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov) Gülümsərov ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov) Hacı Qara ("Hacı Qara", yaxud "Xəsis", Şəmsi Bədəlbəyli və Vasif Adıgözəlov ilə Ramiz Mustafayev) Dilavərzadə ("Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid Rüstəmov) Kərbəlayı Hüseynəli ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov)
Filmoqrafiya Qəribə əhvalat (film, 1960)
Qeydlər
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Musiqili Teatrı şəxsləri