Məmməd Rza oğlu Xəlilov () — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan SSR kənd təsərrüfatı naziri (1965–1976), Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı, Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru.

Həyatı Məmməd Rza oğlu Xəlilov 1917-ci ildə hazırkı Gəncə şəhərində anadan olmuşdur. 1940-cı ildə Melitopol Kənd Təsərrüfatı Mühəndis-Mexanizatorları İnstitutunu bitirdikdən sonra o, Azərbaycan SSR Xalq Əkinçilik Komissarlığına işləməyə göndərilmişdir.

1941-ci ildən Sovet Ordusu sıralarında xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. 1945-ci ildən 1958-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində, Pambıqçılıq Nazirliyində mühəndis, şöbə rəisi, sonralar isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin MTS və TTS baş idarəsinin rəisi vəzifələrində işləmişdir.

1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini, 1960-cı ildən Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1961–1965-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri, 1965-ci ildən Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuşdur.

Məmməd Xəlilov 1958-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı seçilmişdir. O, 1963–1964-cü illərdə Azərbaycan KP MK kənd təsərrüfatı bürosunun, 1965-ci ildən isə Azərbaycan KP MK üzvü olmuşdur.

Məmməd Xəlilov 9 oktyabr 1976-cı ildə Bakıda vəfat etmişdir. I Fəxri Xiyabanda dəfn edilmişdir.

Təltifləri "Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru" fəxri adı — 24 may 1960 3 dəfə "Qırmızı əmək bayrağı" ordeni — 30 aprel 1966, 27 avqust 1971, 12 dekabr 1973 "Döyüş xidmətlərinə görə" medalı — 5 noyabr 1944 "İgidliyə görə" medalı — 2 mart 1945 "Köniqsberqin alınmasına görə" medalı (təqdimat: 7 oktyabr 1946) "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945 (təqdimat: 7 oktyabr 1946) "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 7 may 1965 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı — 25 aprel 1975 "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı — 26 dekabr 1967 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970 Ümumttifaq Kənd Təsərrüfatı Sərgisinin qızıl medalı — 30 dekabr 1956 Ümumttifaq Kənd Təsərrüfatı Sərgisinin gümüş medalı — 22 oktyabr 1955 2 dəfə Ümumttifaq Kənd Təsərrüfatı Sərgisinin medalı — 24 may 1956, 20 avqust 1957 2 dəfə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı — 3 dekabr 1967, 18 noyabr 1975 2 dəfə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı — 18 noyabr 1971, 24 noyabr 1971 Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin medalı — 12 may 1965

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan SSR kənd təsərrüfatı nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları