() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.

Bəzi növləri daha çox qiymətli, qara, ağır taxtasına görə tanınır. Bu ağaclar ebena adlanır. Bəzi növləri isə meyvələrinə görə tanınır və xurma ağacı adlanır.

Xurma birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə,Balakən Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar da Qafqaz xurması (*Diospyros lotus) və Virgin xurması (Diospyros virginiana) adlanır.

Azərbaycanda becərilən şərq xurmasının tərkibində 13-16% qlükoza və fruktoza şəkəri, 0,8%-ə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğuna görə onun mühüm müalicəvi əhəmiyyəti vardır. Şərq xurmasını zəiflik, qanazlığı, vitamin azlığı, xroniki mədə-bağırsaq xəstəlikləri zamanı yedikdə çox faydalıdır. O, həzm prosesinin fəaliyyətini artırır, maddələr mübadiləsini nizama salır, həmçinin triotoksikoz, ürək-damar sistemi xəstəliklərinin müalicəsinə yaxşı təsir göstərir.

Etimologiya Xurma fars mənşəli sözdür.Bəşir Əhmədov. Etimologiya lüğəti Ebena sözü isə Misir dilindən () Qədim Yunan dilinə (), ordan isə Latın dilinə () və sonra Orta İngilis dilinə (ebony) keçmişdi.

Xurma cinsinin latın adı () Qafqaz xurmasının yunan adından gəlir (). Diós (Διός) - Zevs və pyrós (πῡρός) - buğda, yəni "Zevsin buğdası", "Tanrı yeməyi" və ya "ilahi meyvə".Tice, John. H. "Essay on the Diospyros virginiana" Annual report / Missouri State Horticultural Society 1864.

Becərməsi və istehlakı

Meyvəçilik thumb|right|Diospyros kaki meyvəsi + Xurma meyvəsinin istehsalı – 2019 Ölkə İstehsal(million ton) 3,21 0,32 0,21 0,17 0,16 Dünya 4,27Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

2019-cu ildə dünyada 4,27 ton xurma meyvəsi yığılıb. Bundan 75%-i Çin Xalq Respublikası istehsal edib. Ticarət məqsədi üçün ən çox istehsal olunan xurma meyvəsi xirnik () növünə aiddir. O, əslən Çindən, şimal-şərqi Hindistandan və Hind-Çindən gəlir.

ABŞ vətəndaş müharibəsi zamanı Konfederativ əsgərlər və cənubun sakinləri Virciniya xurması qəhvə əvəzedicisi şəkildə işlənilirdi.

Taxta Oyulmuş ebena taxtası qədim Misirin meqbərələrində aşkar olunub. O, dünyanın ən baha taxta növlərindən biridir. Afrikada və Asiyada böyüyən xurma cinsinə aid olan bir sıra ağac növü ebonit ağacları kimi sayılır. Bu növlərin bir neçəsi təhlükə altındadır. Məsələn, 1994-cü ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi Cənubi və Cənub-şərqi Asiyada böyüyən Diospyros ebenum növünü Qırmızı kitaba əlavə etmişdi.

Rezindən hazırlanan ebena taxtasının əvəzedicisi ebonit adlanır.

Yarpaq Xirnik növünün yarpaqları çay hazırlamaq üçün istifadə etmək olar. Özəlliklə Koreyada bunun üçün xirnik yarpaları may və ya iyun aylarında yığılır. Yaponiyanın Nara prefekturasına aid olan suşi növü skumbriyadan hazırlanır və xirniyin yarpaqına bükülüb, bir neçə gün ərzində fermentasiya olunur. Cənubi Asiyada Koromandel ebenasının (Diospyros melanoxylon) yarpaqları bidi (və ya biri) siqaretlərini bükmək üçün istifadə olunur.

Sinonimləri Heterotipik sinonimləri

Növləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1753-cü ildə təsvir edilən taksonlar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Tropik meyvələr Kateqoriya:Avrasiya florası