Samer Tauk (3 sentyabr 1998) — Livanlı xizək yürüşçüsü. Samer Tauk Livanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Samer Tauk birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Tauk 47:03.4 saniyəlik nəticəsi ilə 119 atlet arasında 109-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Mənbələr
İstinadlar
Kateqoriya:2018 Qış Olimpiya Oyunlarında xizəkçilər