Şahin () və ya əsl adı ilə Samuel Tomas "Sem" Uilson () – Marvel Comics nəşriyyatı tərəfindən 1969-cu ildə yaradılmış komiks personajı. Sten Li və Cim Koland tərəfindən yaradılmış və ilk dəfə "Captain America" komiksinin 117-ci sayında peyda olmuşdur. "Şahin" ləqəbindən istifadə edən Sem Uilson mexaniki qanadları ilə sərbəst uçmaq və quşlarla telepatiya qurmaq bacarıqlarına malikdir. Stiv Rocersin yaxın köməkçisi olan Sem Uilson onun superqəhrəmanlıq karyerasını bitirməsindən sonra yeni Kapitan Amerika və Qisasçıların lideri olmuşdur.
Sem Uilsonun dayısı oğlu Cim Uilson Halkın yaxın köməkçisi olmuşdur. Cimin atası Qideon Uilson Qamma korpusuna qoşulmuşdur. Semin Pol və Derleyn Uilson adlı valideynləri və Sara Kasper adlı bacısı var.
Şahin Marvel Kinematoqrafiya Kainatının personajlarından biridir. Entoni Maki personajı "Birinci qisasçı: Başqa müharibə" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qarışqa-adam" (2015), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Qisasçılar: Sonsuzluq savaşı" filmlərində canlandırmışdır.
Yaradılması thumb|left|Şahinin göründüyü ilk buraxılış. "Captain America" #117. Şahin əsas ABŞ komikslərində peyda olan ilk afroamerikalı superqəhrəman, həmçinin superqəhrəman adında "qara" sözü olmayan ilk qaradərili superqəhrəmandır.Brothers, David. "A Marvel Black History Lesson Pt. 1" , Marvel.com, February 18, 2011.. Quoting Marvel Senior Vice President of Publishing Tom Brevoort: "The Falcon was the very first African-American super hero, as opposed to The Black Panther, who preceded him, but wasn't American." İlk dəfə "Captain America" komiksinin 117-ci sayında (sentyabr 1969) peyda olmuşdur. Marvel Comics ondan öncə uydurma Afrika ölkəsi Vakandadan olan Qara pantera personajını təqdim etmişdi. Ümumiyyətlə götürdükdə, komikslərdə ilk qaradərili personaj Dell Comics tərəfindən 1965-ci ildə təqdim olunan Lobo personajıdır.
Personaj əvvəlcə Nyu-Yorkun Harlem rayonunda Qırmızıqanad adlı şahin saxlayan adsız sakin kimi təqdim olunmuşdu (Sem Uilson adı növbəti buraxılışın 5-ci səhifəsinə qədər çəkilməmişdir). 1970-ci illər boyunca Kapitan Amerika və Şahin bir komanda olmuşdurlar və "Captain America" komiksinin #134–192 və 194–222 (fevral 1971 – iyun 1978) sayları "Captain America and the Falcon" başlığı ilə buraxılmışdır.Captain America cover scans, page 1 to page 4 , at the Grand Comics Database 186-cı sayda yazıçı Stiv İngelhart personajın keçmişini yeniləmişdir.
Şahin 62–64-cü saylarda (avqust-oktyabr 1978) Müdafiəçilər komandası, 183–194-cü saylarda (may 1979 – aprel 1980) Qisasçılar komandasına qoşulmuşdur. O, həmçinin 2012-ci ildə Marvel NOW! yenilənməsi zamanı Qisasçıların üzvü idi. 16 iyul 2014-cü ildə Sem Uilsonun yeni Kapitan Amerika olacağı açıqlanmışdır. 2015-ci ilin oktyabrında Sem Uilsonun Kapitan Amerika olduğu yeni komiks seriyası başlamışdır.
Bioqrafiya Samuel Tomson Uilson Nyu-Yorkun Harlem rayonunda tanınmış nazir Pol Uilson və Derleyn Uilsonun oğlu kimi dünyaya gəlib. Uşaqlığı şən keçir və quşlara xüsusi marağı olur. Göyərçinlərə təlim keçməyə başlayır və Harlemdə ən böyük göyərçin qəfəsinə sahib olur.Lee, Stan Captain America #117–119 (Sept.–Nov. 1969) Buna baxmayaraq, gəncliyində tez-tez irqçiliklə qarşılaşır.Englehart, Steve. Captain America #186 16 yaşında kilsəyə qoşulmaqdan imtina edir və düşünür ki, dini adamlar olan valideynləri ona qarşı çıxacaqlar. Lakin valideynləri etiraz etmək əvəzinə onu dini və teoloji kitablarla təmin edirlər. Növbəti gecə məhəllədəki bir döyüşə girişən atası öldürülür.Captain America #277 İki il sonra anası bir soyğunçu tərəfindən qətlə yetirilir. Keçmişini unutmaq üçün Sem cəmiyyət könüllüsü olmaqdan imtina edir. Los-Ancelesə gedir və qanqster üzvi və cinayətkar olur.Johns, Geoff. Avengers volume 3, #64Priest, Christopher J. Captain America and the Falcon #7
Rio-de-Janeyro şəhərinə uçarkən təyyarəsi Sürgün adasında qəzaya uğrayır.Priest, Christopher J. Captain America and the Falcon, #11 Bu ada İkinci dünya müharibəsində Qırmızı kəllə ilə əməkdaşlıq etmiş Sürgünlər tərəfindən idarə olunan adadır. Onlar Qırmızı kəllənin xəyanətinə məruz qalırlar və bu adada gizlənməyə məcbur olurlar. Uilson adada güclü əlaqə qurduğu Qırmızıqanad adlı şahinlə qarşılaşır.Captain America #186
Kapitan Amerikaya qarşı gələn Qırmızı kəllə reallığı dəyişdirə bilən Kosmik kubdan istifadə edir və nəticədə Uilson quşları kontrol etmək bacarığına malik olur.Englehart, Steve. Captain America #186 (June 1975).Johns, Geoff. The Avengers #475 / vol. 3, #60 (Jan. 2003). Daha sonra Uilsonun cinayətkar kimi keçmişini silir. Kapitan Amerika Uilson ilə dostlaşır və onu Şahin adı ilə döyüşməyə razı sala bilir. Stiv Rocers və Sem Uilson Sürgünləri və Qırmızı kəlləni məğlub etmək üçün birlikdə xeyli məşq edirlər. Beləliklə, Şahin Kapitan Amerikanın ən yaxın silahdaşına çevrilir, onunla birlikdə döyüşməyə başlayır,Captain America #133 hətta Kapitan Amerikanın öldüyünə inandığında onun şəxsiyyətini götürür.Captain America: Sentinel of Liberty #8–9 (April–May 1999)
Daha sonra Şahin Qara panteradan kömək alır və Qara pantera uçması üçün ona qanadlar düzəldir.Englehart, Steve, and Mike Friedrich. Captain America #170 (Feb. 1974)
Güclər Peyda olduğu ilk illərdə Şahin quşu Qırmızıqanad ilə güclü zehni əlaqəsinin olduğu göstərilmişdir. "Captain America" komiksinin 174-cü sayında Professor İks tərəfindən bu əlaqənin telepatik olduğu deyilmişdir.Englehart, Steve. Captain America #186. Marvel Comics, 1975 Daha sonra məlum olmuşdur ki, bu telepatik əlaqənin səbəbkarı Kosmik kubdan istifadə edən Qırmızı kəllədir.Johns, Geoff. Avengers vol. 3 #60. Marvel Comics, 2003
Şahin sadəcə Qırmızıqanad ilə deyil, digər quşlarla da əlaqə saxlaya bilir. Bunlardan əlavə, quşların yaddaşını oxuya bilir, keçmişdə nələr gördüklərini görə bilir.Brubaker, Ed. Captain America vol. 5 #35. Marvel Comics, 2008
Şahin həmçinin döyüş sənətləri ustasıdır. Stiv Rocers tərəfindən cüdoCaptain America and the Falcon vol 1 #163 (July 1973) və karateCaptain America vol 1 #118 (October 1969) təlimi alıb. Kapitan Amerikanın qalxanından istifadə edəcək qədər bacarıqlıdır.
Şahinin orijinal qanadları jetlə dəstəklənmiş, çıxarıla bilən, yüngül titaniumdan hazırlanmış qanadlardır. Qanadların üstündə yerləşən günəş panelləri günəş enerjisini elektrikə çevirir. Qanadlar "Captain America and the Falcon" komiksinin 2-ci sayında məhv edilmişdi (2004).
Digər mediada Televiziya Qisasçılar: Birlikdə onlar güclüdürlər Superqəhrəman heyəti şousu Qisasçılar: Yerin ən qüdrətli qəhrəmanları Qisasçılar, birləşinSands, Rich (June 12, 2012). "Exclusive: Marvel Assembles New Animated Series for the Hulk and Avengers" . TV Guide. Mükəmməl Hörümçək-adam: Tor döyüşçüləri Lego Marvel Super Heroes: Maksimum yüklənmə Marvel Disk Wars: The Avengers
Film Şahin Marvel Kinematoqrafiya Kainatı personajlarından biridir. Entoni Maki personajı "Birinci qisasçı: Başqa müharibə" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qarışqa-adam" (2015), "Birinci qisasçı: Qarşıdurma" (2016) və "Qisasçılar: Sonsuzluq savaşı" (2018). Qırmızıqanad "Birinci qisasçı: Qarşıdurma" filmində robotik dron kimi peyda olmuşdur.
Videooyun Marvel Super Hero Squad və onun sikveli Marvel Super Hero Squad: The Infinity Gauntlet Marvel Super Hero Squad: Comic Combat Marvel Super Hero Squad Online Lego Marvel Super Heroes Marvel: Avengers AllianceZalben, Alex (March 8, 2014). "Exclusive: Marvel's 'Avengers Alliance' Gets 'Winter Soldier' And 'Guardians of The Galaxy' Upgrade" . MTV. Marvel Heroes"Team-Up Heroes FAQ (Page 1)" Disney Infinity: Marvel Super Heroes Marvel: Future Fight Playmation: Avengers Marvel Avengers Academy Marvel Puzzle Quest
İstinadlar
Xarici keçidlər Qara qəhrəmanlar dünyası: Şahin bioqrafiyası
Kateqoriya:Kapitan Amerika Kateqoriya:1969-cu ildə tanıdılan komiks personajları Kateqoriya:Marvel Comics superqəhrəmanları Kateqoriya:Marvel Comics əlbəyaxa döyüşçüləri Kateqoriya:Q.A.L.X.A.N. casusları Kateqoriya:Sten Li tərəfindən yaradılmış personajlar Kateqoriya:Marvel Comics telepatları