Ziyrik — Azərbaycan Respublikasının Laçın rayonunun Malıbəy kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Ziyrik kəndi Qarabağ yaylasındadır. İnqilabaqədərki ədəbiyyatda Zikrik kimi qeyd olunmuşdur. Yerli məlumata görə, yaşayış məntəqəsini Cənubi Azərbaycanın Ziyrik kəndindən gəlmiş ailələr saldığı üçün belə adlanmışdır. Kənddən 800–900 m aralıda yerləşən və tünc dövrünə aid kurqan arxeoloji abidə kimi qeydiyyata alınmışdır.
1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri