Müqəddəs Patrik kafedralı () — Nyu-York şəhərində yerləşən neoqotika üslubunda inşa edilən katolik kafedralı. Katedral ABŞ-ın Milli Tarixi Abidələr siyahısına daxildir. Kafedral ABŞ-da neoqotika üslubda tikilmiş ən böyük katolik kilsəsidir. Müqəddəs Patrik kafedralı Nyu-York arxyepiskopluğunun kürsüsüdür. Kafedral 50-ci küçə ilə Beşinci prospektin kəsişməsində yerləşir. Tarixi 1858-ci ildə Nyu-York Arxiyeparxiyasının artan ehtiyaclarını qarşılamaq və Müqəddəs Patrik Köhnə Kafedralını əvəz etmək üçün onun tikintisinə başlanıldı. İşlər 1860-cı illərin əvvəllərində Amerika vətəndaş müharibəsi zamanı dayandırıldı. Kafedral 1878-ci ildə tamamlandı və 25 may 1879-cu ildə təqdis edildi. Arxiyepiskopun evi və keşiş evi 1880-ci illərin əvvəllərində, Ceyms Renvik tərəfindən layihələndirilərək əlavə edildi. Qüllələr 1888-ci ildə tikildi. Çarles T. Mathevs tərəfindən layihəsi verilən Müqəddəs Məryəm Şapeli 1901-1906-cı illərdə inşa edildi. Kafedral bütün borcları ödənildikdən sonra 5 oktyabr 1910-cu ildə təqdis edildi. Kafedralda genişmiqyaslı bərpa işləri bir neçə dəfə aparıldı, o cümlədən 1940-cı, 1970-ci və 2010-cu illərdə.

Müqəddəs Patrik Kafedralı mərmərlə örtülmüşdür və onlarla rəngli şüşə pəncərələrə malikdir. Uzunluğu 101 m transeptlərdə maksimum eni 53 m təşkil edir. Beşinci prospektdəki əsas girişi təşkil edən tunc qapılar, hər biri 100 m hündürlüyündə qüllələrlə əhatə olunmuşdur. Şimal qülləsində on doqquz zəng var və daxili hissədə iki borulu orqan var. Daxildə bir nef və bir neçə şapel, iki transept, xor və apsid, həmçinin bir kript var. Apsidin şərqində keşiş evi, Müqəddəs Məryəm Şapeli və Madison prospektinə baxan arxiyepiskopun iqamətgahı yerləşir. Kafedral Nyu-York şəhərinin qorunan tarixi abidəsi statusuna malikdir və Milli Tarixi Abidələr siyahısında qeydə alınıb.

Qalereya

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Katolik kafedralları