Əbu Aqil Ləbid ibn Rəbiə ibn Malik ibn Cəfər əl-Amiri əl-Cəfəri (; ) — müxədrəm ərəb şairi. O, müəlləqa müəllifi olan yeganə müsəlman şairdir.

Bioqrafiyası 560-570-ci illərdə doğulduğu güman edilir. Bəni-Amir, Bəni-Kilab və Bəni-Cəfər qəbilələrinə mənsubdur. Atası Rəbiə ibn Malikdir və o, Yəvmü Zi-ələq döyüşündə öldürülmüşdür.

Ləbid, gənc yaşlarında şairliyini sübuta yetirmiş, Numan ibn Münzirə elçi olaraq getdiyi vaxt oxuduğu şeirlə hökmdarı heyran etmiş və hökmdarın fikirlərinin qəbiləsi xeyrinə dəyişməsinə nail olmuşdur.

Məhəmmədin İslamı qəbul etmələri üçün zəkat verdiyi şəxslərdən (müəlləfəi-qülub) olan Ləbid, hicri 9-cu (631) ildə müsəlman olmuşdur. Kufə şəhərinin banilərindən olan Ləbid, daha sonra oğlanları ilə birlikdə Kufədə yaşamağa başlamışdır.

O, Osman və Əli xəlifəliyi dövründəki qarşıdurmalarda iştirak etməmiş, günlərini Quran oxumaq keçirmiş və insanlara nəsihətlər etməklə kifayətlənmişdir.

Uzunömürlü olduğu rəvayət edilən Ləbid, hicri 40-cı və ya 41-ci (660 və ya 661) ildə Kufədə vəfat etmişdir. Bəni-Cəfər ibn Kilab səhrasına dəfn edilmişdir.

İstinadlar

Kateqoriya:Səhabələr Kateqoriya:Ərəb dilində yazan şairlər Kateqoriya:VI əsr şairləri Kateqoriya:VII əsr yazıçıları Kateqoriya:VI əsr yazıçıları Kateqoriya:Ərəb şairlər Kateqoriya:VI əsr ərəbdilli şairlər Kateqoriya:VII əsr ərəbdilli şairlər Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:Satiraçılar Kateqoriya:VI əsr ərəbləri