Kənzul-Ummal () — Süyutinin əsərinlərdəki rəvayətlərin fiqhi mövzularına görə, əlifba sırası ilə düzüldüyü hədis məcmuəsi.
Əsər Əsərin tam adı "Kənzul-Ummal fi sünənil-Əqval vəl-Əfəl"dir. Kənzul-Ummal Süyutinin "Cəmul-Cəvami", "əl-Cəmus-Sağir" (10 min hədis) və "Ziyadətül-Cəmi" (5 min hədis) adlı əsərləri əsas götürülərək hazırlanmışdır.
İstişhad (sübut) üçün işarələnmişlər istisna olmaqla, əsərin Heydərabad nəşrində 46180, Beyrut nəşrində isə 46624 hədis vardır.
Əsər haqqında Müttəqi əl-Hindinin müəllimi Əbül-Həsən əl-Bəkri belə demişdir:
Əsərin Hindistanda (Heydərabad 1895; 1945–1949, 1965 və s.) müxtəlif nəşrləri həyata keçilirmişdir. Daha sonra bu nəşrlər əsas götürələk və qeydlər əlavə edilərək əsər yenidən nəşr edilmişdir (Hələb 1970–1977; Beyrut 1969, 1979, 1981, 1985, 1990–1991).
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar
Kateqoriya:Sünni hədis topluları