İbrahim Ələkbər oğlu Gülməmmədov () — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR xalq su təsərrüfatı komissarı (1945–1946) və Azərbaycan SSR su təsərrüfatı naziri (1947–1951), SSRİ Dövlət mükafatı laureatı.
Həyatı İbrahim Gülməmmədov 1898-ci ildə Qubada anadan olmuşdur. O, Qubada fəaliyyət göstərən rus-tatar məktəbini (təhsil rus dilində aparılırdı) fərqlənmə diplomu ilə bitirmişdir.
1940–1950-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini və xalq su təsərrüfatı nazirinin müavini vəzifələrində fəaliyyət göstərmişdir. 1945–1946-cı illərdə Azərbaycan SSR xalq su təsərrüfatı komissarı; 1947–1951-ci illərdə isə Azərbaycan SSR su təsərrüfatı naziri vəzifəsində fəaliyyət göstərmişdir. Nazir vəzifəsində işlədiyi dövrdə SSRİ Nazirlər Soveti nəzdində müvafiq sahə üzrə yüksək rütbəli vəzifələrdə xidmət etmişdir.
Elm və texnika sahəsindəki nailiyyətlərinə görə o, Lenin mükafatları Komitəsinin sədri akademik M. Keldış və elmi katib N. Arjannikovun imzaları ilə təsdiq olunmuş II dərəcəli SSRİ Dövlət mükafatı laureatı adı və diplomuna layiq görülmüşdür.
İbrahim Gülməmmədov 1964-cü ildə vəfat etmişdir.
Mənbə
Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri