thumb|AK Partiyanın emblemi Ədalət və İnkişaf Partiyası (AKP) — Türkiyə Respublikasında 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qurulan siyasi partiya. Nizamnaməsinə görə, rəsmi abbreviaturası "AK PARTİ"dır. Partiyanın simvolu lampadır."AK PARTİ Tüzük Ocak 2019" Sədri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır.
Partiya öz siyasi ideologiyasını mühafizəkar demokratiya kimi müəyyən edir."Muhafazakâr demokrat bir partiyiz!"."Muhafazakâr Demokrat Siyasi Kimlik"
AK Partiyanın təsisçilərindən və aparıcı simalarından bəziləri keçmiş Fəzilət Partiyasına (FP) yaxın idilər. Həm yarandığı zaman, həm də sonrakı dövrlərdə onun kadrları müxtəlif siyasi baxışlara malik şəxslərdən ibarət olmuşdur. Partiya üzvləri AK Partiyanı Fəzilət Partiyasının və ya əlaqəli siyasi ənənənin davamı kimi göstərilməsini qəbul etmirlər."Milli Görüş gömleğini 28 Şubat'ta çıkardık". Partiyanın həm də Ana Vətən Partiyasının (ANAP) davamı olduğu iddia edilib.
Ədalət və İnkişaf Partiyası (AKP) yarandığı gündən 2024-cü ilə qədər iştirak etdiyi bütün seçkilərdə lider partiya olub və iştirak etdiyi 7 ümumi seçki dördündə (2002, 2007, 2011 və noyabr 2015) təkbaşına hakimiyyətə gəlib.
Partiya sədrləri # Adı Portreti Başlaması Sonu Müddəti 1 Rəcəb Tayyib Ərdoğan 26 Fevral, 1954-cü il 60px 14 Avqust 2001 27 Avqust 2014 2 Əhməd Davutoğlu 26 Fevral, 2026-cı il 60px 27 Avqust 2014 22 May 2016 3 Binalı Ildırım 20 Dekabr, 1955-ci il 60px 22 Mayıs 2016 21 Mayıs 2017 (1) Rəcəb Tayyip Ərdoğan 26 Fevral, 2026-cı il 60px 21 May 2017 Vəzifədə
Yaranma tarixi: 1998–2001 16 yanvar 1998-ci ildə Konstitusiya Məhkəməsi tərəfindən Rifah Partiyasının bağlanmasından sonra Nəcməddin Ərbakanın Milli Baxış partiyasından olan siyasətçilər Fəzilət Partiyasının nəzdində yenidən birləşdilər. 2001-ci ilin iyununda Fəzilət Partiyası Konstitusiya Məhkəməsinin qərarı ilə bağlandı. Ərdoğanın onlara qoşulması ilə islahatçılar yeni partiya üzərində işləməyə başladılar. Ədalət və İnkişaf Partiyası (AKP) 2001-ci il avqustun 14-də yaradılıb. Partiyanın yaradılmasında Rəcəb Tayyib Ərdoğan, Abdullah Gül və Bülənt Arınc da daxil olmaqla cəmi 74 Qurucu İdarə Heyətinin üzvü iştirak etmişdir.Adalet ve Kalkınma Partisi kuruldu Mənbələr partiyanın adının, loqosunun və şüarlarının müəyyənləşməsində reklam rəhbəri Erol Olçokun rol oynadığını qeyd edir.AK Parti'ye 7 seçim kazandıran reklamcı"AK Parti'nin isim babası".
Birinci dövr: 2002-2007 +2007-ci ildə gəlir səviyyəsinə görə seçicilərin bölgüsü.Siyasal Eğilimler Araştırması" Partiya1. bölüm (ən kasıb)2. bölüm3. bölüm (orta gəlir)4. bölüm5. bölüm (ən zəngin)AK Parti%43,9%44,9%35,8%28,8%18,9CHP%6,8%12,2%18,5%27,6%40,5MHP%8,1%11,0%13,5%11,4%13,5 Partiya 2001-ci il avqustun 14-də yaradılıb. 2002-ci ildə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyədə 2002-ci il Parlament seçkiləri keçirilib. Ədalət və İnkişaf Partiyası parlamentdə 365 yer qazanaraq təkbaşına hakimiyyətə gəldi."2002 yılı seçim sonuçları".
Ərdoğan siyasi qadağaya görə seçkilərdə iştirak edə bilmədi və buna görə də millət vəkili seçilə bilmədi. Seçkilərdən sonra Abdullah Gülün başçılığı ilə 58-ci Türkiyə hökuməti quruldu.58. Hükümet kuruldu. İşte yeni kabine
Hökumətin dönəmində Ərdoğanın siyasi qadağasının ləğvi ilə bağlı Türkiyə Böyük Millət Məclisinə qanun layihəsi təqdim edildi. Qanuna edilən bu dəyişiklik Türkiyə Böyük Millət Məclisində səs çoxluğu ilə qəbul edilsə də, o vaxtkı prezident Əhməd Necdət Sezər veto qoydu. Daha sonra eyni qanun Türkiyə Böyük Millət Məclisində heç bir dəyişiklik edilmədən yenidən qəbul edildi və bu dəfə o vaxtkı prezident Sezər qanuna dəyişikliyi təsdiqlədi."Tayyip Erdoğan'a siyaset yasağı nasıl kaldırıldı?". Bu qanunun təsdiqi ilə Rəcəb Tayyib Ərdoğanın Millət vəkili seçilməsinə artıq hüquqi maneə qalmadı. 2003-cü ildə Siirtdə keçirilən seçkilərdə Ərdoğan AK Partiyanın əsas namizədi kimi daxil və səslərin 85%-nı qazanaraq millət vəkili oldu."9 MART 2003 SİİRT SEÇİM SONUÇLARI".
Ərdoğanın millət vəkili seçilməsindən sonra Baş nazir Abdullah Gül istefa ərizəsini o vaxtkı prezident Sezərə təqdim edərək Rəcəb Tayyib Ərdoğanın Baş nazir olmasına icazə verdi. Əhməd Necdət Sezər daha sonra hökuməti qurmaq vəzifəsini Rəcəb Tayyib Ərdoğana həvalə etdi və ümumi seçkilərdən təxminən dörd ay sonra Rəcəb Tayyib Ərdoğanın başçılığı altında 59-cu Türkiyə Hökuməti quruldu.59. Hükümet kuruldu Bu seçkidən sonra 2004-cü il yerli seçkilər keçirildi. AK partiya 1750 bələdiyyədə qalib gəldi."2004 yerel seçim sonuçları" 2003-2009-cu illərdə Türkiyə iqtisadiyyatı inkişaf elədi və Türkiyənin Beynəlxalq Valyuta Fonduna olan borcu ödənilildi.
İkinci dövr: 2007-2014 2007-ci il Parlament seçkiləri CHP və AK Partiya siyasətçiləri arasında gərginliyin pik həddə çatması ilə siyasi böhrana çevrildi. Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul olundu və Konstitusiyaya bəzi dəyişikliklər edildi. Səlahiyyət müddəti başa çatan Türkiyənin 10-cu Prezidenti Əhməd Necdət Sezərdən sonra Konstitusiyanın 101-ci maddəsinə uyğun olaraq 22 iyul 2007-ci ildə Türkiyədə parlament seçkiləri keçirildi."Seçim sonuçları 2007".Prezidentin Parlament tərəfindən deyil, xalq tərəfindən iki turlu səsvermə yolu ilə seçilməsinə qərar verildi, səlahiyyət müddəti yeddi ildən beş ilə endirildi və iki müddətə olmasına icazə verildi. "Anayasa değişiklik paketi bugün yayımlandı, referandum süreci başladı" Konstitusiya dəyişiklikləri 21 oktyabr 2007-ci ildə keçirilən referendumda 68,95% səslə qüvvəyə minibReferandumdan "Evet" çıktı və 28 avqust 2007-ci ildə Abdullah Gül Türkiyənin 11-ci Prezidenti seçildi.
AK Partiya seçkilərdə 341 mandat qazandı. Abdullah Gülün təsdiq etdiyi 60-cı Türkiyə hökuməti AK Partiyanın liderliyi ilə quruldu."İşte 60. Hükümet Listesi". 21 oktyabr 2007-ci il Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirildi. AK Partiya bu seçkidə "Hə" (EVET) səsini dəstəklədi. Bu seçki Prezidentin xalq tərəfindən seçiləcəyini və ümumi seçkilərin dörd ildən bir keçiriləcəyini müəyyən etdi.
2009-cu il Parlament seçkiləri 29 mart 2009-cu ildə keçirilmişdir. Seçkilərdə AK Partiya 1442 bələdiyyə sədri və 16 böyük şəhər bələdiyyə sədri vəzifəsindən 10-nu qazandı.2009 YEREL SEÇİM SONUÇLARI
AK Partiya 2011-ci ildə keçirilən Parlament seçkilərdə 327 mandat qazandı və 61-ci Türkiyə hökuməti quruldu.İşte 61. hükümet kabine listesi
29 mart 2014-cü ildə Türkiyədə Bələdiyyə seçkiləri keçirildi. AK Partiya 43,4% səslə lider partiya oldu. AK Partiya 30 böyük şəhər bələdiyyə sədrliyindən 18-ni qazandı. Cumhurbaşkanı Gül, 'çözüm süreci yasası'nı onayladı 2014-cü il Prezident seçkilərində Mehmed Ali Şahin prezidentliyə namizədin kim olduğunu açıqladı.AK Parti'nin cumhurbaşkanı adayı Recep Tayyip Erdoğan 10 avqust 2014-cü ildə 51,8% səslə Prezident seçildikdən sonra Ərdoğan AK Partiya sədrliyi və Baş nazirliyi Əhməd Davudoğluna təhvil verdi. AK Partiyanın avqustun 27-də keçirilən növbədənkənar 1-ci qurultayında Əhməd Davudoğlu sədir seçildi və onun başçılığı ilə 62-ci Türkiyə Hökuməti quruldu.62. Hükümet kuruldu! İşte yeni kabine ve yeni bakanlar
2007-ci il Prezident seçkiləri 2007-ci il Prezident seçkiləri yaxınlaşanda Türkiyədə “Cümhuriyyət mitinqləri” təşkil edildi.Dev Cumhuriyet Mitingi
İlk iclasda 367 millət vəkili olmasına baxmayaraq, ümumi səslərin 367-dən aşağı düşdüyü üçün CHP Prezident seçkilərinin iclaslarının ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Məhkəmənin seçkini ləğv etməsindən sonra növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edilib. İyulun 22-də keçirilən ümumi seçkilərdə partiya səs payını artıraraq 46,7 faiz səs qazandı. Xarici işlər naziri və Baş nazirin müavini Abdullah Gül Türkiyə Respublikasının 11-ci Prezidenti oldu.
"Hədəf 2023" AK Partiyanın Türkiyəni iqtisadiyyat, ədliyyə, səhiyyə, nəqliyyat, turizm və incəsənət sahələrində irəlilətmək və 2023-cü ilə qədər dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ilk 10 ölkəsi sırasına daxil olmasını təmin etmək hədəfi “Hədəf 2023” şüarı olaraq qəbul edilib. Adambaşına düşən milli gəlirin artırılması, işsizliyin aşağı rəqəmlərə endirilməsi, iqtisadi çətinliklərin tamamilə aradan qaldırılması, yerli tanklar, təyyarələr, avtomobillər və silahların istehsalı 2011 və 2015-ci il ümumi seçkilərində partiyanın əsas məqsədlərindən idi. Prezidentlik sistemi də “Hədəf 2023” çərçivəsində 2015-ci il Seçki Bəyannaməsinə daxil edilib.
Xalqın səsi Partiyası ilə birləşməsi 2012-ci ilin iyulunda Rəcəb Tayyib Ərdoğan Xalqın Səsi Partiyasının lideri Numan Kurtulmuşa partiyalarının “birləşməsi”ni təklif etdi."Başbakan Erdoğan resmen teklif etti". İki tərəfin səlahiyyətli orqanlarının qəbul etdiyi qərara əsasən birləşmə prosesi başladı.'AK Parti ile bütünleşmeye karar verdik'"."Süleyman Soylu da AK Parti'de" Prosesin sonunda öz nümayəndələrini ümumi yığıncağa çağıran Xalqın Səsi Partiyası 19 sentyabr 2012-ci il tarixində keçirilən növbədənkənar qurultayında etibarlı 177 səsdən 165-i ilə "birləşmə səbəbiylə ləğvetmə" qərarını alaraq bağlandı.HAS Parti kapandı rota AK Parti Xalqın Səsi Partiyasının dağılmasından sonra Numan Kurtulmuş bir çox partiya üzvü ilə birlikdə 22 sentyabr 2012-ci ildə keçirilən tədbirdə Ədalət və İnkişaf Partiyasına qatıldı.Erdoğan: Yuvanıza hoş geldiniz!
2014-cü il Prezident seçkiləri 28 avqust 2014-cü ildə 11-ci prezident Abdullah Gülün səlahiyyət müddəti başa çatdığı üçün 1 iyul 2014-cü ildə AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan namizədliyi irəli sürülüb.AKP'nin adayı Erdoğan Adalet ve Kalkınma Partisi'nin Cumhurbaşkanı adayının Genel Başkan ve Başbakan Recep Tayyip Erdoğan olduğu açıklandı. Seçkinin ilk turu avqustun 10-da keçirilib. Ərdoğanın adı bülletendə birinci idi və avqustun 10-da keçirilən seçkidə o, 51,79% səs toplayıb."10 Ağustos 2014 Pazar Günüyapılan Onikinci Cumhurbaşaknı Seçimi İle İlgili Kesin Sonuçlar Kamuoyuna Duyurulur"
Davudoğlu dönəmi: 2014–2016 Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra Ədalət və İnkişaf Partiyasının 27 avqust 2014-cü ildə keçirilən 1-ci Fövqəladə Böyük Qurultayında Əhməd Davudoğlu 1382 nümayəndənin səsini toplayaraq Ədalət və İnkişaf Partiyasının ikinci sədri seçildi.AK Parti 1. Olağanüstü Büyük Kongresi 28 avqust 2014-cü ildə prezident Rəcəb Tayyib Ərdoğandan baş nazir səlahiyyətlərini icra edən Davudoğluna Türkiyənin 62-ci Hökumətini qurmaq tapşırıldı.Erdoğan Başbakanlık vekaletini Davutoğlu'na verdiErdoğan yerine geçecek ismi açıkladı "Davutoğlu "yeni başbakan"".Erdoğan'dan Davutoğlu'na hükümeti kurma görevi Beləliklə 62-ci Türkiyə hökuməti quruldu."Hükümet güven oyu aldı".İşte 62. Hükümet'in yeni bakanları
7 iyun 2015-ci il seçkilərində AKP təkbaşına hökumət qurmaq üçün səs çoxluğu əldə etməsə də, ən böyük partiya olaraq qaldı. Sonrakı koalisiya danışıqları nəticəsiz qaldı. Əhməd Davudoğlu istefa ərizəsini iyunun 9-da prezident Rəcəb Tayyib Ərdoğana təqdim etdi, lakin konstitusiyanın tələb etdiyi kimi yeni hökumət qurulana qədər vəzifəsində qaldı. 26 iyun 2015-ci ildə İsmət Yılmaz Böyük Millət Məclisinin sədrliyinə namizəd, 1 iyul 2015-ci ildə yeni spiker seçildi.Meclis Başkanı İsmet Yılmaz oldu İyulun 10-da hökuməti qurmaq üçün təyin olunan Davudoğlu iyulun 13-də CHP-nın, 14-də MHP-nın, 15-də isə HDP-nın qərargahını ziyarət edib, 22-də Ömər Çelik və Haluk Koçla koalisiya danışıqlarına başlayıb. 17 avqust 2015-ci ildə AK Partiya və MHP nümayəndə heyətləri bir araya gəldi.AK Parti - MHP koalisyon görüşmesinde sonuç çıkmadı