"Gale" (azərbaycan dilinə transliterasiyada "Qeyl" kimi oxunur) — tədqiqat və rəqəmsal təlim resurslarının qlobal təchizatçısı. Şirkət ABŞ-nin Miçiqan ştatının Detroytun qərbindəki Farminqton Hills şəhərində yerləşir."Privacy Statement and Terms of Use ". Gale. Retrieved July 8, 2010. O, 2007-ci ildən bəri "Cengage" adlı ABŞ texnologiya şirkətinin bir bölməsidir.
Əvvəllər "Gale Research" və "Gale Group" kimi tanınan şirkət, ictimai, akademik və məktəb kitabxanaları və biznes təşkilatları üçün tədqiqat və təhsil nəşrləri sahəsində fəaliyyət göstərir. Şirkət "Gale OneFile" (əvvəllər "Infotrac" kimi tanınırdı) adlı tam mətnli jurnal və qəzet verilənlər bazaları və kitabxanaların abunə olduğu digər onlayn verilənlər bazaları məşhurdur, eləcə də xüsusilə din, tarix və sosial elmlər sahələrində çoxcildli istinad əsərləri ilə tanınır.
1954-cü ildə Miçiqanın Detroyt şəhərində Frederik Qeyl Ruffner kiçik tərəfindən təsis edilən şirkət, 1985-ci ildə "International Thomson Organization" (sonradan adı "Thomson korporasiyası"na dəyişdirildi) tərəfindən alınmışdır, 2007-ci ildə isə "Cengage" şirkətinə satılmışdır.
Tarixi 1998-ci ildə "Gale Research", "Thomson"-a məxsus iki şirkət olan "Information Access Company" və "Primary Source Media" ilə birləşdirilərək "Gale Group" adlı şirkət yaradıldı. "Thomson" şirkəti 1995-ci ildə "Information Access Company" ("InfoTrac"-ın nəşriyyatı) və 1979-cu ildə "Primary Source Media" (əvvəllər "Research Publications" adlanırdı) şirkətlərini satın almışdır.
1999-cu ildə "Thomson Gale" "Macmillan" kitabxana referansını (o cümlədən "Scribner's", "Thorndike Press", "Schirmer", "Twayne Publishers" və "G. K. Hall" nəşriyyatlarını) "Pearson"dan (hansı ki onu 1998-ci ildə "Simon & Schuster"-dən almışdır; "Simon & Schuster" "Macmillan USA"-nı 1994-cü ildə almışdır) əldə etdi. 2000-ci ildə Münhendə yerləşən "K. G. Saur Verlag" şirkətini satın aldı, lakin 2006-cı ildə onu "Walter de Gruyter"-ə satdı.The Academic Publishing Industry: A Story of Merger and Acquisition – Reed Elsevier . . but then sold it to Walter de Gruyter in 2006.
25 oktyabr 2006-cı ildə "Thomson Corporation", "Thomson Learning" bölməsini tamamilə satmaq niyyətində olduğunu elan etdi, çünki "Thomson"-un baş direktoru Riçard Harrinqtonun sözləri ilə desək, "bu, bizim uzunmüddətli strateji vizyonumuza uyğun gəlmir". "Thomson"-a əsasən, bu satışın təxminən 5 milyard dollar gəlir gətirəcəyi gözlənilir. "Thomson Learning", "Apax Partners" və "OMERS Capital Partners"-dən ibarət özəl kapital konsorsiumu tərəfindən 7,75 milyard dollara satın alındı və adı 24 iyul 2007-ci ildə "Thomson Learning"-dən "Cengage Learning"-ə dəyişdirildi."Thomson Gale Part of Larger Sale" by Norman Oder, Library Journal, June 1, 2007
Patrik Ç. Sommers 22 oktyabr 2007-ci ildən 2010-cu ildə təqaüdə çıxana qədər "Gale" şirkətinin prezidenti olmuşdur. 2013-cü ildə "Cengage Learning" ABŞ-də 11-ci fəsil üzrə iflas müdafiəsinə müraciət etdi.
Məhsulları "Gale" şirkəti, "Gale Academic OneFile", "Biography and Genealogy Master Index", "General OneFile", "General Reference Center", "Sabin Americana" (Cozef Sabinin "Bibliotheca Americana" əsasında) və Dünya Tarixi Kolleksiyası kimi yüzlərlə məhsul istehsal edir.
"Gale" çap məhsullarına "Primary Source Media", "Scholarly Resources Inc.", "Schirmer Reference", "St. James Press", "The TAFT Group" və "Twayne Publishers" kimi istinad brendləri daxildir. "Five Star Publishing" vestern, romantika, detektiv və elmi fantastika və fantaziya janrlarında yüzlərlə kitab çap edən "Gale"-in bədii əsərlər nəşriyyatıdır. "Gale" həmçinin böyük çap nəşriyyatları olan "Christian Large Print" və "Wheeler Publishing"-ə də sahibdir.
Həmçinin bax
Gale tərəfindən nəşr olunan Cudaika Ensiklopediyası
İstinadlar
Kateqoriya:1954-cü ildə Miçiqanda yarananlar Kateqoriya:Oklend qraflığı şirkətləri Kateqoriya:Biblioqrafik verilənlər bazası təminatçıları Kateqoriya:Kommersiya elektron kitabxanaları Kateqoriya:1985-ci ildəki birləşmələr və satınalmalar Kateqoriya:ABŞ elektron kitabxanaları