Berthun Susseksli (, ; ) — Susseks eldormeni. Ehtimal olunur ki, 685–686-cı illərdə Susseks kralı idi.
Həyatı Beda adlı rahib yazara əsasən, təxminən 685-ci ildə Uesseksdən sürgün edilən şahzadə Kedvalla Uesseksa hücum etdi. Onunla döyüşdə Kral Etelvalk öldürüldü. Lakin, iki eldormen, Berthun və Anthun, Kedvallanı qovmağı bacardılar, bundan sonra özləri də krallığı idarə etməyə başladılar. Ola bilsin ki, onlar özlərini kral elan etmişdilər.
686-cı ildə Kedvalla Uesseks kralı oldu. Təzə resurslarl əldə edən o, yenidən Susseksə hücum etdi. Nəticədə, Berthun öldürüldü. Bundan sonra Susseks bir neçə illik Uesseksin əyalətinə çevrildi. Ölümündən sonra Susseksdə yeni bir kral peyda olsa da, o, Kedvallanın varisi olan Uesseks kralı İnenin vassalı idi.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Susseks monarxları Kateqoriya:VII əsrin ingilisləri