Gömürdəhnə — Azərbaycan Respublikasının Quba rayonunun Qonaqkənd qəsəbə inzibati ərazi dairəsində kənd.

Toponimikası Gömürdəhnə oyk., mür. Kömürçayın sahilində, dağətəyi ərazidədir. Kənd əvvəllər Dəhnə adlanırdı. Yaşayış məntəqəsi Gömürçayın düzənə çıxdığı ağız hissədə salınmışdır. Oykonim Gömür (çayın adı) və dəhnə (çayın dar yerdən axaraq düzənə çıxdığı sahə, ağız) komponentlərindən düzəlib, "Gömürçayın dəhnəsi" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 167 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri